Məhkəmə qərarları › İş №3(3-6)-1812/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1812/2026

24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1812/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Protokol tərtib edən orqanlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## #### 2026-cı il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 14000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 2.800 ABŞ dolları məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdirlər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə məsuliyyətin yaranması üçün əsas şərt valyuta vəsaitinin müqabilində malların ölkəyə gətirilməməsidir. Lakin təqdim olunan ## ###### 2024-cü il tarixli, ************** saylı gömrük bəyannaməsi birbaşa sübut edir ki, vəsaitə uyğun mallar faktiki olaraq ölkəyə idxal edilmişdir. Yəni əgər bəyannamə indi mövcuddursa (hətta müddət keçdikdən sonra təqdim edilsə belə) bu o deməkdir ki, mallar idxal edilib (və ya xidmət göstərilib), dövlət valyuta nəzarəti orqanları heç bir itki görməyib, şirkətin bank qarşısında heç bir borcu yoxdur. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş ## ### 2026-cı il tarixli *** saylı arayışda aydın şəkildə qeyd olunur ki, ## ###### 2024cü il tarixin də “X3 A.Ş” şirkətinə köçürülmüş 14000 ABŞ dolları vəsaitin müqabilində bəyannamə mövcuddur. Arayışda bəyannamənin gec təqdim edilməsi səbəbindən nəzarətin bağlanması qeyd olunsa da, bu malların gətirilmədiyi mənasına gəlmir. Əksinə bank sənədi malların gəldiyini, lakin sənədləşmənin prosedur qaydada gecikdiyini təsdiqləyir. Bəyannamənin banka vaxtında təqdim edilməməsi şirkət rəhbərliyinin iradəsindən kənar, sırf keçmiş mühasibin texniki səhlənkarlılğı və işinə məsuliyyətsiz yanaşması nəticəsində baş vermişdir. Şirkət malların fiziki idxalını təmin etməklə qanunvericiliyinə əsas tələbini yerinə yetirmişdir. Sənədin banka çatdırılmaması isə formal xarakterli prosessual xətadır və İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən az əhəmiyyətli hesab edilməlidir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi apellyasiya şikayətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən sədlik edən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -## ###### 2024-cü il tarixli “Köçürmə haqqında” ərizədən görünür ki, «X1» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” ASC-də olan hesabdan 14000.00 ABŞ dolları məbləğində pul vəsaiti “xxxx” şirkətinin müvafiq bankdakı olan hesabına köçürülmüşdür. -“xxxx” ASC-nin ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, «X1» Məhdud Məsuliyyətli Cəmiyyəti ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. -Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən «X1» MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş ## #### 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 14000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 14000.00 ABŞ dolları məbləğində vəsait hesabına alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Apellyasiya mərhələsində təqdim edilmiş “xxxx” ASC-nin ## #### 2026-cı il tarixli arayışından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (VÖEN **********) xxxx ASC Əhmədli filialında olan AZ**BRES*****US************* saylı hesabından ## ###### 2024-cü il tarixində 14000 USD valyutasında xxxx A S-yə köçürmə icra edilmişdir. Qeyd edilən köçürmələr üzrə gömrük bəyannaməsi 2 il müddətində tam təqdim edilmədiyi üçün köçürmə üzrə bağlanma icra edilməmişdir və sənədlər mərkəzi banka göndərilmişdir. Qeyd edilən köçürmə üzrə gömrük bəyannaməsi banka gec teqdim edildiyindən köçürmə ## ##### 2026 tarixində 01241000494309 gömrük bəyannaməsi üzrə tam bağlanılmışdır. Eyni zamanda Mərkəzi Bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ************** saylı bəyannamə ilə müvafiq malların idxalının təsdiq edildiyindən apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin köçürdüyü valyuta vəsaitinin qarşılığında malları qanunla müəyyən edilmiş müddətdə ölkə ərazisinə idxal etməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin faktiki halları tam, hər tərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026cıil tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Protokol tərtib edən orqanlar tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## #### 2026-cı il tarixli, EP 0358699 nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar