Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1813/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndələri – Bakı şəhəri «xxxx» Vəkil Bürosunun vəkili İskəndərov Eltac Firudin oğlu və MMC-nin əməkdaşı X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. EP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i 50000.00 ABŞ dolları məbləğində vəsaiti ##.##.2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və 2 il müddət keçsə də 50000.00 ABŞ dolları vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Nəticədə, Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta ##.##.2026-cı il tarixdə hüquqi şəxsin ünvan 1 ünvanında törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 29.967 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 % miqdarında, yəni 5993,4 ABŞ dolları (dolların Azərbaycan manatına məzənnəsi ilə) məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə protokolu tərtib edən Protokolu tərtib edən orqan tərəfindən təqdim edilmiş sənədi sübut kimi qiymətləndirmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş nəticədə ədalətsiz qərar çıxarmışdır. İlk növbədə qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli halların əsasları qeyd edilmişdir: Lakin inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) – Protokolu tərtib edən orqan tərəfindən tərtib olunmuş sənədlərdə, protokolda və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarında inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Hesab edirəm ki, inzibati xətanın törədilməsi ilə bağlı kifayət qədər əsaslı sübutlar təqdim edilməmiş, məhkəmə sübut əhəmiyyətinə malik olmayan faktlara əsaslanmış və bununlada İXM-nin tələblərini kobudcasına pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin430.4cü maadəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən müvafiq araşdırmalar aparılmamış və sifariş edilmiş malın ölkə ərazisinə gətirilib-gitirilməməsi müəyyən edilməmişdir. Əgər inzibati xətanı haqqında protokolu tərtib etmiş orqan və ya məhkəmə belə araşdırma aparsaydı müəyyən edərdiki barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxs tərəfindən hissə-hissə olmaqla vəsaiti köçürülmüş mal ölkə ərazisinə idxal edilmiş və gətirilmişdir. Belə olan halda tərtib olunmuş protokol əsassız olmaqla yolverilməzdir. Eyni zamanda məhkəmə tərəfindən inzibati xətalarla bağlı işi araşdırarkən ümumilikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən sifariş edilmiş malların dəyəri ilə təqdim olunmuş bəyannamələr əsasında ölkəyə idxal edilmiş malların dəyərlərinin eynilik təşkil edib-etməməsi araşdırılmamış və yoxlanılmamışdır. Həmçinin, ##.##.2023-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsinə əsasən 20033 ABŞ dolları, ##.##.2023-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsinə əsasən 129178 ABŞ dolları, ##.##.2023-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsinə əsasən 20880 ABŞ dolları, ##.##.2023-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsinə əsasən 156720 ABŞ dolları dəyərində mallar ölkəyə “120” kodu ilə qabaqcadan idxal edilmiş, lakin 50000 ABŞ dolları pul müvafiq müqavilə üzrə ##.##.2024-cü il tarixdə avans ödənişi kimi köçürülmüşdür. Eyni zamanda xxxxın ##.##.2026-cı il tarixli arayışından da müəyyən edilir ki, bu bəyannamələr üzrə başqa köçürmələr edilməmiş və hər hansı formada istifadə olunmamışdır. İş üzrə təqdim olunan dörd bəyannamə üzrə əvvəlcə mallar idxal edilmiş, lakin köçürmə edilərkən səhvə yol verilməklə ödəniş təyinatı olaraq qabaqcadan ödəniş göstərilmişdir. Bəyannamə üzrə idxal edilmiş malların müqavilədə nəzərdə tutulan mallarla eyniliyi və müqavilənin uyğunluğuna baxsaq müəyyən edərik ki, hüquqi şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri mövcud deyil və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndələri İskəndərov Eltac Firudin oğlu və X3 apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli, KB-***/*-***/**** nömrəli məktubu və ona əlavə olunmuş cədvəldən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin hesabından ##.##.2024-cü il tarixdə 50000.00 ABŞ dolları ödəniş edilmiş, lakin həmin vəsait hesabına alınan mallar üzrə gömrük bəyannaməsi təqdim edilməmişdir. ##.##.2024cü il tarixli OX* nömrəli ödəniş tapşırığından görünür ki, TG ******** nömrəli müqavilə əsasında ##.##.2023-cü il tarixli, SR ****** nömrəli invoys üzrə 50000 ABŞ dolları qabaqcadan ödəniş təyinatı ilə (prepayment) xarici ölkəyə köçürülmüşdür. ##.##.2023-cü il tarixli, SR ****** nömrəli invoys üzrə “PROFORMA INVOICE” adlı sənəddən görünür ki, 3340584 ABŞ dolları dəyərində “Eko-X1 Generator”ın idxalı nəzərdə tutulmuşdur. Təqdim edilmiş gömrük bəyannamələrindən görünür ki, ##.##.2023-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsi üzrə 20.033 ABŞ dolları dəyərində “Eko-Gen” nişanlı generator “Proforma Invoıce” sənədində göstərilən mallarla uyğunluq təşkil etdiyi halda, ##.##.2023-cü il tarixli 01231000314811, ##.##.2023-cü il tarixli 01231000235934 və ##.##.2023-cü il tarixli ************** nömrəli bəyannamələr üzrə göstərilən “Eko-Gen nişanlı, 7,5 kVa, benzin” və “Saro” nişanlı generatorlar həmin invoysda əks olunan mallarla eynilik təşkil etmir. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli, RB**-*****/**** nömrəli məktubundan görünür ki, ##.##.2023-cü il tarixli ************** nömrəli, ##.##.2023-cü il tarixli ************** nömrəli, ##.##.2023-cü il tarixli ************** nömrəli, ##.##.2023-cü il tarixli ************** nömrəli gömrük bəyannamələri «xxxx» ASC-nin Nərimanov filialında köçürülən məbləğlər üzrə bağlanmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2016-cı il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən 50000.00 ABŞ dolları məbləğində vəsaiti ##.##.2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və 2 il müddət keçsə də 50000.00 ABŞ dolları vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati iş üzrə toplanmış yazılı sübutlar, bank sənədləri, gömrük bəyannamələri, müqavilə və invoys sənədləri ilə müəyyən edilmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən ## ###### 2024-cü il tarixdə OX* nömrəli ödəniş tapşırığı əsasında TG ******** nömrəli müqaviləyə uyğun olaraq ## ### 2023-cü il tarixli, SR ****** nömrəli invoys üzrə qabaqcadan ödəniş təyinatı ilə (“prepayment”) 50.000 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarından görünür ki, təqdim edilmiş “Proforma Invoıce” sənədinə əsasən həmin vəsait hesabına “Eko-X1 Generator” markalı generatorların idxalı nəzərdə tutulmuşdur. Lakin, məhkəmə tərəfindən tədqiq edilmiş gömrük bəyannamələri ilə müəyyən edilmişdir ki, yalnız ************** nömrəli gömrük bəyannaməsində göstərilən 20.033 ABŞ dolları dəyərində “Eko Gen” markalı generator təqdim edilmiş invoys sənədində qeyd olunan mallarla uyğunluq təşkil etmiş və həmin məbləğdə malların faktiki olaraq ölkəyə idxalı təsdiq olunmuşdur. Digər təqdim olunmuş gömrük bəyannamələrində isə invoys sənədində nəzərdə tutulmuş mallardan fərqli olaraq benzin mühərrikli və ya digər markalı malların göstərilməsi səbəbindən həmin malların müqavilə və invoys üzrə qabaqcadan köçürülmüş vəsait hesabına idxal olunmuş mallar hesab edilməsinə əsas verən uyğunluq müəyyən edilməmişdir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növünün təyin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşımaqla özünümüdafiə üsuli kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx" MMC-i inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqər nə apellyasiya şikayətində, nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sadalanan xüsusatlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 29.967 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 % miqdarında, yəni 5993,4 ABŞ dolları (dolların Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1813/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1813/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver