Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1814/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam Idarəsinin nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi və vəkili “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam Idarəsi tərəfindən tərtib edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Xalidə Əlisoy) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, Bakı şəhər Reklam Idarəsi onun fiziki şəxs olmağını necə müəyyən etmiş və onu AR IXM-nin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmişdir. Qeyd edir ki, “Kirşan” gözəllik salonu ##.##.2024-cü il tarixdən başqa şəxs tərəfindən vergidə qeydiyyata alınmaqla istifadə edilir. Onun “Kirşan” gözəllik salonu ilə heç bir hüquqi və faktiki bağlılığı yoxdur. O, fiziki şəxs kimi 2024-cü ildən qeydiyyatını dayandırmışdır. ünvan 1 saylı ünvanda yerləşən “Kirşan” adlı qeyri-yaşayış sahəsində yerləşən gözəllik salonu onun faktiki yaşadığı binanın həyətində yerləşməsidir. “Kirşan” gözəllik salonunun mülkiyyətçisi başqa şəxsin olması, elə mülkiyyətçisi tərəfindən istifadə edilməsi, öz adına olmaqla müqavilələr, hesabatlar və ödənişlər başqa şəxs tərəfindən icra edilməsidir. Bakı şəhər Reklam Agentliyi tərəfindən protokol tərtib edilərkən müəyyən edilməmişdir ki, “Internet vergi idarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında çıxarışın yoxlanmaması və nəticədə ona aid olmayan inzibati qərarın tətbiq edilməsi qanunvericilik baxımından pozuntu kimi qiymətləndirilməlidir. Barəsində cərimə tətbiq edilməsi barədə məlumatı Nərimanov icra şöbəsindən daxil olan məktub ilə əldə etmişdir. Məhkəmənin qərarı qanunsuz və əsassızdır (iş materialları ilə təkzib edilir). Buna görə də ilk növbədə hazırkı apellyasiya şikayəti tam təmin edilməli, və Bakı şəhər Reklam Idarəsi tərəfindən barəsində AR IXM-nin 428.7.1 maddəsinə əsasən MN seriyalı ******* nömrəli, ##.##.2025-cü il tarixli protokol üzrə qəbul edilmiş qərar ləğv edilməli və icraata xitam verilməlidir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi və vəkili X1 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam Idarəsinin nümayəndəsi şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək, belə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır: Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvan 2 ünvanında yerləşən “Kirşan” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmiş, bununla da, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs açıq məkanda «Kirşan» adlı reklam lövhələri yerləşdirmişdir. ## ####### 2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Reklam Idarəsinin əməkdaşları tərəfindən ## ####### 2025-ci il tarixdə, saat 16:10-da ünvan 2 ünvanında yerləşən “Kirşan” adlı obyektdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus obyektin üzərində müvafiq icazə olmadan yayımlanmış 4 ədəd 3,04 m2 ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. Bakı şəhəri Reklam Idarəsi tərəfindən fərdi sahibkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ## ####### 2025-ci il tarixli göstərişdən görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3-cü bəndinin tələblərinə müvafiq olaraq ## ####### 2025-ci il tarixli aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam Idarəsinə müraciət edilməsi və ya icazəsiz reklam yayımının dayandırılması tələb edilsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən göstəriş icra edilməmiş, pozuntular aradan qaldırılmamışdır. Reklam haqqında Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Icazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. Icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. Icazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Bu Qanunun 26.2-3-cü maddəsinə görə reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Fərmanın 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Fərmanın 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Icazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir; Fərmanın 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; Fərmanın 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; Fərmanın 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Bakı Şəhər Reklam Idarəsi tərəfindən ## ####### 2025-ci il tarixdə, saat 16:10-da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ünvan 2 ünvanında yerləşən “Kirşan” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı müəyyən edilmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının IXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapır və birinci instansiya məhkəməsinin bu barədə nəticəsi qanunidir. Iş materialları ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ünvan 2 ünvanında yerləşən “Kirşan” adlı obyektin üzərində Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam Idarəsinə müraciət edərək reklam yerləşdirilməsi üçün icazə alınmadan açıq məkanda “Kirşan” məzmunlu reklam yerləşdirilmişdir. Məhkəmə belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, belə ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam Idarəsinin baş müfəttişi X2 tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən ## ####### 2025-ci il tarixdə, saat 16:10 radələrində, ünvan 2 ünvanında yerləşən “Kirşan” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Hesab edilir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq edilmiş sənədlərlə, inzibati xəta haqqında protokolla və digər mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs reklam yayıcısı hesab olunmaqla açıq məkanda reklam yerləşdirmək üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalı, icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödəməli olmuşdur. Lakin material tədqiq edilərkən müəyyən edilir ki, Bakı şəhər Reklam Idarəsinin əməkdaşları tərəfindən ## ####### 2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işlətdiyi obyektdə yoxlama zamanı həmin obyektin üzərində, açıq məkanda reklam yerləşdirilmiş vəziyyətdə olmuşdur. Burada, reklam yayıcısı hesab olunan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs reklam yerləşdirmək üçün müvafiq qurumdan, yəni Bakı şəhər Reklam Idarəsindən icazə almamış, icazənin verilməsinə görə qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; - 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd olunur ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qərar qəbul edərkən iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək düzgün və qanuni olaraq onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul etmişdir ki, bu məsələyə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Belə ki, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə düzgün müəyyənləşdirmiş və inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğu nəzərə alınmışdır. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Onun “Kirşan” gözəllik salonu ilə heç bir hüquqi və faktiki bağlılığı yoxdur. O, fiziki şəxs kimi 2024-cü ildən qeydiyyatını dayandırmışdır. ünvan 1 saylı ünvanda yerləşən “Kirşan” adlı qeyri-yaşayış sahəsində yerləşən gözəllik salonu onun faktiki yaşadığı binanın həyətində yerləşməsidir. “Kirşan” gözəllik salonunun mülkiyyətçisi başqa şəxsin olması, elə mülkiyyətçisi tərəfindən istifadə edilməsi, öz adına olmaqla müqavilələr, hesabatlar və ödənişlər başqa şəxs tərəfindən icra edilməsidir. Qeyd edilən şikayətin dəlilləri öz təsdiqini tapmır. Hesab edilir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, Apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair *(***)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1814/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1814/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver