Məhkəmə qərarları › İş №3(3-6)-1815/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1815/2026

22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1815/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Milana Varis qızının katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarından və ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayətin qismən təmin olunması və həmin qərarların ləğv edilməsi, qərarların surətinin yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X3 Xidmətinin Bakı şəhər Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarın, ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim: Gültəkin Əsədova) *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarından və ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət qismən təmin olunmuş və həmin qərarlar ləğv edilmiş, ərarın surəti yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarından narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini, ##.##.2026- cı il tarixli MN 1933457 inzibati tənbeh vermə haqqında qərar və MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvədə saxlanılmaqla vətəndaş tərəfindən verilmiş şikayətin icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə tərəfindən müxtəlif inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət bir icraata götürülmüş və bir icraatda baxılmaqla prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində müxtəlif qərarlardan verilmiş şikayətlərin birləşdirilməsi nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən hazırkı şikayətin icraata götürülməsindən imtina edilməli, hər bir qərardan müstəqil şikayət verilməli və müstəqil icraatda baxılmalı idi. Mahiyyəti üzrə isə bildirir ki, vətəndaş barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda göstərilən hal aradan qaldırıldığından Inzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən (bu Məcəllənin 116.2ci maddəsində nəzərdə tutulan müddətdə törədilmiş hüquqpozman aradan qaldırıldıqda inzibati cərimə ödənilmir) vətəndaş inzibati cərimənin ödənilməsindən azad edilmişdir.Göründüyü kimi bu halda vətəndaş barəsində qəbul edilmiş qərar qüvvədə qalır, bu əsasla həmin qərarın icrasına xitam verilməsi Məcəllədə nəzərdə tutulmmışdır. Bu əsasla xitam verilmə şərti cərimə institutunun ümumi mahiyyətinə zidd olardı. Çünki qanunverici şərti cərimənin tətbiq edilməsində eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna etmişdir. Qərarın qüvvədə saxlanılması növbəti dəfə 1 il ərzində təkrar inzibati xəta törədildikdə birbaşa inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün əsasdır. ##.##.2026-cı il tarixli, MN 1933457 inzibati tənbeh vermə haqqında qərar barədə isə bildiririk ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərdən (2025-ci ilin noyabr ayı üzrə iş vaxtının uçotu və əmək haqqının hesablanması cədvəli) X2 Əmək Məcəlləsinin 108-ci maddəsinin (Istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti) tələbləri pozularaq iş günü hesab edilməyən səsvermə, günü qabağı iş günü müddətinin bir saat qısaldılmadığı və buna uyğun əlavə əmək haqqının hesablanmadığı müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikasınin Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci (normal əmək və istirahət rejiminə riayət edilməməsinə) maddəsinin tələbləri pozulmuşdur. Bildirir ki, müəssisə tərəfindən təqdim edilən iş uçotu tabeli cədvəli həm müəssisənin mühasibi (yaxud HR), həm də işəgötürən tərəfindən nəzərdən keçirilir və işəgötürənin imzası və müəssisənin möhürü ilə təsdiq edilir. Belə olan halda məsuliyyət yaradan tabel cədvəlinin texniki səhv olması kimi təqdim edilməsi inzibati məsuliyyətdən yayınma halı kimi qiymətləndirilməlidir. Ona görə ki, sözügedən sənəd işəgötürən tərəfindən yenidən tərtib oluna bildiyinə görə və həmin sənədin reysetri aparılmadığına görə mötəbərliyi şübhə doğurur. Odur ki, ilk təqdim edilən iş uçotu tabel cədvəli daha mötəbər sübut hesab olunur.Həmçinin müəssisə tərəfindən təqdim edilmiş məktubda bildirilir ki, işçiyə bir saat müddət qısaldılmadığı üçün vətəndaşa əlavə ödəniş ödənilmişdir. Bununla da vəzifəli şəxs tərəfindən faktiki olaraq iş vaxtının qısaldılmadığı etiraf edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xidmətin Bakı Şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN 1933457 inzibati tənbeh vermə haqqında qərarı və MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı tam qanuni və əsaslıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarından görünür ki, vətəndaş X2 müraciəti əsasında aparılan araşdırma zamanı iş günü hesab edilməyən bayram günü qabağı (##.##.2025-ci il) iş günü müddətinin 1 (bir) saat qısalmadığı müəyyən edilmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 700 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, vətəndaş X2 müraciəti əsasında aparılan araşdırma zamanı iş günü hesab edilməyən bayram günü qabağı (##.##.2025-ci il) iş günü müddətinin 1 (bir) saat qısalmadığı və işçiyə iş vaxtından əlavə işə görə əmək haqqı ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 900 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə X2 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsini işəgötürən qismində Insan Resursları Departamentinin direktoru X1 və işçi X2 bağlamışdır. Məhkəmə qeyd edir ki, verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası IXM-in 84-cü maddəsinin tələblərinə uyğun olaraq sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla əsaslı nəticəyə gəlmişdir. Belə ki, səlahiyyətli orqan tərəfindən obyektiv araşdırma aparılmamış, Qərardan şikayət verən orqan (şəxs) təqsiri sübuta yetirilməmişdir. Iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə X2 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsini işəgötürən qismində Insan Resursları Departamentinin direktoru X1 və işçi X2 bağlamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi IXM-in 192.4 və 198.1.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb etmək üçün subyekti düzgün müəyyən edə bilməmiş, əmək müqaviləsini bağlamaq, onu dəyişdirmək və xitam vermək səlahiyyətinə malik Insan Resursları Departamentinin direktoru X1 deyil, Qərardan şikayət verən orqan (şəxs) məsuliyyətə cəlb etmişdir. Belə ki, işəgötürən əmək müqaviləsi və təlimatlar çərçivəsində daxili əmr ilə səlahiyyətlərini vəzifəli şəxslərə verə bilər. Kadrlar üzrə məsul şəxs Inzibati Xətalar Məcəlləsində (IXM) nəzərdə tutulan hallarda və səlahiyyətlər daxilində vəzifəli şəxs kimi inzibati məsuliyyət daşıya bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Səlahiyyətli orqan şikayətində məhkəmə tərəfindən müxtəlif inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət bir icraata götürülmüş və bir icraatda baxılmaqla prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində müxtəlif qərarlardan verilmiş şikayətlərin birləşdirilməsi nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən hazırkı şikayətin icraata götürülməsindən imtina edilməli, hər bir qərardan müstəqil şikayət verilməli və müstəqil icraatda baxılmalı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət bir icraatda birləşdirməkdə haqlı olmuşdur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: X3 Xidmətinin Bakı şəhər Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarından və ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayətin qismən təmin olunması və həmin qərarların ləğv edilməsi, qərarların surətinin yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar