Məhkəmə qərarları › İş №3(3-6)-1818/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1818/2026

16.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1818/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş şikayəti Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim M.İ.Hacıyeva) ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə iş üzrə icraata xitam verilmişdir. Qərardan Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən apellyasiya qaydasında şikayət verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından prosessual müddət buraxılmaqla şikayət verildiyi müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ## ### 2026-cı il tarixdə Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin elektron kabinetinə yerləşdirilmiş və apellyasiya şikayəti müddət ötürülməklə ##.##.2026-cı il tarixdə verilmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş 10 (on) gün prosessual müddət buraxılmaqla şikayət verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından şikayət qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla verildiyindən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələbinə əməl edilməsi üçün, inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalı və buraxılmış müddətin bərpası haqqında vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinə izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən şikayət qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla verdiyindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələbinə əməl edilməsi üçün inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Buraxılmış müddətin bərpası haqqında vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinə izah edilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar