Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1824/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Məhkəmə iclas katibi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X11 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin rəisi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin rəisi tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin rəisi, Elnur Cəlilov tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 272- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin rəisi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin rəisi şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilərək 0* X6 və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı qərarının qüvvədə qalması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkəmə * X6 və Təbii Sərvətlər idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərarını Qərardan şikayət verən orqan (şəxs) Altıağac Milli Parkının X14 Sarvan dayaq məntəqəsinin ərazisində qanunsuz ov edilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola sübutların əlavə edilməməsi, Faiq Quliyevin ov etməsinin hərtərəfli araşdırılmaması, qərarın əsaslandırılmaması, inzibati xəta hadisəsinin müəyyən və sübut edilməməsi ilə əsaslandırmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi nəzərə almamışdır ki, vətəndaş Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixində müvafiq lisenziya olmadan Altıağac Milli Parkının Ağzıbir ovçuluq təsərrüfatının Sarvan dayaq məntəqəsi ərazisində qanunsuz ov ilə məşğul olmuşdur. Bu fakt Ağzıbir ovçuluq təsərrüfatının mühafizə yegeri vəzifəsində işləyən X2 tərəfindən aşkar olunmuşdur. Daha sonra qeyd olunan fakt əsasında IXM-nin 272-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol və həmin protokol əsasında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. "Ovçuluq haqqında” və ”Heyvanlar aləmi haqqında” AR Qanunlarının tələblərinə əməl olunması vəziyyəti yoxlanılan zaman qeyd olunan ərazidə qanunsuz ov etməsi aşkar edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) yanındakı qadınla birlikdə ov etməyə gəldiyini bildirmişdir Qərardan şikayət verən orqan (şəxs) ov günü olmadığını bildirilmiş, lakin o, ov etməli olduğunu demişdir. Qərardan şikayət verən orqan (şəxs) silahı təhvil alınmış, Şabran rayon Polis şöbəsinə təqdim edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi çəkişmə prinsipini pozaraq məhkəmədə çıxışlarını dinləmədən, işin hərtərəfli, obyektiv araşdırılması istiqamətində heç bir tədbir görməmiş, şikayətçinin mülahizələri əsasında əsassız qərar qəbul etmişdir. Qeyd olunan hal foto və video çəkilişlərlə təsdiq olunur. Lakin məhkəmə təqdim olunmuş foto və video çəkilişləri nəzərə almamışdır. Qeyd olunanlar Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarının əsassız və qanunsuz olmasının birbaşa sübutur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilərək 0* X6 və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı qərarının qüvvədə qalması barədə qərar qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi X1 şikayətin dəlillərinə münasibət bildirərək məhkəmədən apellyasiya şikayətin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, hadisə baş verən günü o, Qərardan şikayət verən orqan (şəxs) yaxınlaşmışdır. Həmin vaxt Qərardan şikayət verən orqan (şəxs) yanında taksi nişanı olan avtomobil dayanmışdır. Sürücü onu tanıdığı üçün bildirmişdir ki, ov etmək üçün adam gətirib. Həmin gün isə ov günü olmamışdır. O, Qərardan şikayət verən orqan (şəxs) ərazini tərk etməyi bildirmiş lakin sonuncu ona bildirmişdir ki, bura onun daimi gəlib getdiyi yerdir və hazırda da ov etmək üçün gəlmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin an spirtli içki də qəbul etmiş və spirtin qoxusunu hiss etmək mümkün idi. Qərardan şikayət verən orqan (şəxs) yanında bir xanım da olmuşdur. O, həmin an məlumat verərək sahə müfəttişini əraziyə dəvət etmişdir. Qərardan şikayət verən orqan (şəxs) sahə müfəttişinin də gəldiyini bildikdən sonra maşına oturub çıxıb getmişdir. Verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin rəisi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarı ilə hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin rəisi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaətlə razılaşmır. Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X6 və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Altıağac Milli Parkının Ağzıbir ovçuluq təsərrüfatının Sarvan dayaq məntəqəsi ərazisində ## ###### 2026-cı il tarixində qanunsuz ov ilə məşğul olmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Iş materiallarında olan Şabran rayon prokurorunun köməkçisi, ll dərəcəli hüquqşünas X3 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) müraciəti ## ###### 2026-cı il tarixdə X2 ondan X4 göstərişi ilə silahını ona qaytarmaları üçün 500 manat məbləğində rüşvət istəməsi hissəsində cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, X2 təsərrüfat ərazisindən kənarda əyləşdiyi avtomobili palçığa batdığından yolda qalmış Qərardan şikayət verən orqan (şəxs) təsərrüfat ərazisinə öz idarə etdiyi avtomobildə aparacağını bildirməklə aldadaraq sonuncunun 12 kalibrli, “Bronwing” markalı ov silahı, 38 ədəd patron və 1 ədəd ördək çağıran alətini əldə edərək öz avtomobilinin arxa yük hissəsinə yerləşdirtməsi və bundan sonra çıxıb getməklə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi hissəsində sonuncunun əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, X2 tərəfindən yol verilmiş intizam pozuntularının bir daha təkrarlanmaması, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün təqdimat verilməsi məsələsinə baxılması üçün rayon prokuroruna müraciət edilməsi qərara alınmışdır. Iş materiallarında olan Şabran rayon prokuroru, R Cəlaləddin Axundov tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış ##.##.2026-cı il tarixli, **C-** nömrəli məktubdan görünür ki, Bakı şəhər sakini, ##.##.1967-ci il təvəllüdlü Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə Altıağac Milli Parkı “Ağzıbir” Ovçuluq Təsərrüfatının mühafizə yegeri vəzifəsində işləyən X2 onu aldadaraq ov silahını ələ keçirməklə vəzifə səlahiyyətlərini aşması və həmin tarixdə Şabran rayon polis şöbəsində sonuncunun ondan inzibati məsuliyyətə cəlb edilməməsi müqabilində 500 manat məbləğində rüşvət istəməsi barədə müraciəti üzrə aparılmış araşdırma nəticəsində Şabran rayon prokurorunun köməkçisi, R X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarla cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən rədd edilmiş, Altıağac Milli Parkının “Ağzıbir” Ovçuluq Təsərrüfatının mühafizə yegeri vəzifəsində işləyən X2 öz vəzifələrinin icrasında yol verdiyi nöqsan və qanun pozuntuları barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdimat göndərilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin Nərimanov Rayon Polis Idarəsi tərəfindən verilmiş ##.##.2008-ci il tarixli, *** saylı şəhadatnamənin surətindən görünür ki, 12 çaplı, ****** nömrəli yivsiz ov tüfəngi Qərardan şikayət verən orqan (şəxs) məxsusdur. Təqdim edilmiş fotoşəkillərdən aydın görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin əməkdaşları tərəfindən yoxlama aparılan ərazidə Qərardan şikayət verən orqan (şəxs) xüsusi ov geyimində və ov silah ilə saxlanılmış, bu fakt onun əraziyə ov etmək məqsədi ilə gəldiyini sübut edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan başqa hüquq ədəbiyyatlarında ov etmək üçün ayrılmış yerlərdə (ov yerlərində) tüfənglə, ov itləri, ov quşları və ov alətləri ilə olmanın özü də ov etmə kimi qiymətləndirilir. Iş materiallarına əlavə edilmiş fotoşəkillərdə Qərardan şikayət verən orqan (şəxs) yanında ov tüfənginin olması açıq-aydın müəyyən olunur. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında qərarla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə olan halda qeyd edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmış və düzgün olaraq Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qəbul etdiyi qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göstərilənlərə əsasən hesab edirəm ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli MN ******* saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlar biri qəbul edilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALIRAM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 0* X6 və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1824/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1824/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver