Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1826/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlu, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin vəkili və nümayəndəsi Vəkil, səlahiyyətli orqanın nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Protokolu tərtib edən orqan MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə ## ##### 2026cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə MMC İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 13672,00 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 2734 (iki min yeddi yüz otuz dörd) ABŞ dolları, 40 (qırx) sent məbləğində cərimə edilmiş və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin vəkili və nümayəndəsi Vəkil şikayət verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş edilmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, əslində ödəniş müqabilində mallar ##.##.2023-cü il tarixdə Azərbaycana gətirilmişdir və bu Gömrük bəyannaməsi ilə təsdiq olunur. Sadəcə Şirkət həmin malların ölkədəki distribüteri tərəfindən mallar birbaşa onların sifarişçisinin adına idxal edilmişdir. Sifarişçi isə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir. ##.##.2023-cü il tarixdə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi vasitəçi olan General Supply LLC-yə malların alınması barədə ********** saylı sifariş vermişdir. General Supply LLC Şirkətə müraciət etmiş və ##.##.2023-cü il tarixdə Şirkət “Artvik İnc.”lə malların alınması ilə bağlı ********** saylı alqı-satqı müqaviləsi bağlamışdır. ##.##.2023-cü il tarixdə General Supply LLC Şirkətə 28081,28 manat ödəmişdir (hesabdan çıxarışdan görünür). ##.##.2023-cü il tarixdə General Supply LLC ilə Şirkət arasında malların birincinin nəqliyyat agentinə təhvil verilməsinə dair sənəd imzalanmışdır. ##.##.2023-cü il tarixdə isə mallar artıq idxal olunmuşdur. Yəni burada faktiki avans da olmayıb, mallar ödənişdən 3 ay əvvəl idxal olunub. Sadəcə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi gömrük bəyannaməsini Şirkətə gec təqdim etdiyi üçün xaricə ödəniş avans kimi görünür. Əslində, pul müqabilində mal daxil olub və heç bir pozuntu yoxdur. Vəsait artıq mallar ölkəyə daxil olduqdan sonra xaricə köçürülüb. Niyə nə “xxxx”, nə AMB, nə də Məhkəmə təqdim olunmuş gömrük bəyannaməsi üzrə ödənişin edilib-edilməməsini araşdırmadı? Həmin mallar əvəzsiz gəlməmişdi. *** saylı kod da texniki səhvdir. Məhkəmə bəyannamədə adı gedən şəxslərə və ya gömrük orqanına sorğu verməli idi. Araşdırma belə olmalıdır. Cinayət icraatına yaxın olan inzibati xəta icraatıdır. Burada təqsirszilik prezumpsiyası tətbiq edilməlidir. Bu xəta tərkibi qanunda ona görə təsbit edilib ki, heç kəs əsassız olaraq valyuta sərvətlərini xaricə çıxarmasın. Buna görə sanksiya da formal deyil, bu mərama uyğun tətbiq edilməlidir. Şirkət ciddi və sağlam sahibkarlıq subyektidir. Şirkət əvvəllər də bu cür sxem əsasında “xxxx” Şirkətinə aid olan qurumları malla təchiz edib və problem də olmayıb. Buna görə də fəaliyyətinə sistemli şəkildə yanaşılmalıdır. Qanunun da məqsədi, məramı budur. Hər bir fəaliyyətə nəzarət formal deyil, risk yönümlü olmalıdır. Dürüstlük təşviq edilməlidir. Hanısa sənəddə texniki səhvin olması məsuliyyətə cəlb olunmaq səbəb və əsas deyil. Texniki səhv şirkətin təqsiri üzündən baş verməmişdir. Məhkəmə baxış iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin vəkili və nümayəndəsi Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə1 konkret sübut olunan bəyannamənin təqdim edilmədiyini bildirib, şikayətin əsassız olduğunu, bu səbəbdən təmin edilməməsini xahiş etdi. İşin halları və hüquqi məsələlər: Məhkəmə şikayətlə əlaqədar iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin MMC-in İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Şirkəti tənbeh etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İş materiallarında olan sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkəti 13672,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən «xxxx» ASC-də olan hesabından ## #### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, 13672,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır Apellyasiya şikayətində Şirkət malların üçüncü şəxsin vasitəsilə sifariş verdiyini bildirsə də, təqdim edilmiş Gömrük bəyannaməsindən görünür ki, bəyannamədə “xxxx” Şirkətinin və “X1” MMC-nin adları qeyd olunmuş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin adı qeyd edilməmişdir. Şikayət müəllifi bunun texniki səhvlik olduğunu, səlahiyyətli orqan tərəfindən araşdırma aparılmadığını bildirsə də, qüvvədə olan qanunvericiliklə inzibati araşdırmanın hansı hallarda aparılması tənzimlənmişdir. İXM-in 102.1-ci maddəsinə əsasən, sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232- 1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Göründüyü kimi, hazırda mübahisələndirilən protokol inzibati qaydada araşdırma tələb edən normalarla bağlı olmamış, xəta səlahiyyətli orqan tərəfindən aşkar olunduqdan dərhal sonra qanunvericiliyin tələblərinə müvafiq qaydada protokol tərtib edilərək baxılması üçün göndərilməli olmuşdur. Şirkət malların ölkəyə idxal edilməsini göstərsə də, bu barədə hər hansı sənəd təqdim etməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Şirkət barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, Şirkətin törətdiyi inzibati xətaya görə İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1826/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1826/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver