Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1827/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi – X23, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xırdalan şəhər vəkil bürosunun vəkili nümayəndə1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 20.000 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək əmək müqaviləsi və ya mülki müqavilə hüquqi qüvvəyə minmədən Şahid işlərin (xidmətləin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib olunmuş ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.M.Hüseynov) ## ### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Şahidheç bir vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işçisi olmamışdır. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin layihəsində podratçı qismində çıxış edən Məhəmməd Kırıcının işçisidir. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin bütün sorğuları ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il və nəhayət ##.##.2026-cı il tarixlərdə rəsmi email vasitəsilə (elektron ünvan 1) cavablandırılmışdır. Həmçinin ətraflı məlumat məktubu ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru İlkin Həmzəyev şəxsən iclaslarda iştirak edərək sübutları (podratçı qismində çıxış edən Məhəmməd Kırıcı ilə olan yazışmalar) təqdim etmişdir. Buna baxmayaraq əlində heç bir sübutu və dəlili olmayan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsiŞahid saxta izahatları əsasında qərəzli şəkildə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCdən mövcud olmayan əmək münasibətləri olduğunu israr edərək ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı qəbul edərkən heç bir araşdırma aparmamış, təxminən 10 dəqiqə ərzində qərar qəbul etmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin podratçısı olmuş Məhəmməd Kırıcı ilə əldə edilmiş razılaşma əsasında layihə üzrə ümumilikdə 1569 m sahədə alçipan və arakəsmə işləri görülməli idi. Görüləcək hər bir işin 1 m görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən podratçı Məhəmməd Kırıcıya 18 (on səkkiz) manat pul ödənilməsi razılaşdırılmışdır. Bu işlərin icrası üçün podratçı Məhəmməd Kırıcı tərəfindən “WhatsApp” proqramı vasitəsilə Həmzəyev İlkinə işçi siyahısı təqdim etmişdir. Həmin işçilər bunlar olmuşdur: 1. X18; 2. X19; 3. X7; 2 2 4. X2; 5. X3; 6. X8; 7. X9; 8. Şahid; 9. X4; 10. Kurtməmmətov Elvin İzzət oğlu. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə Məhəmməd Kırıcı arasında hüquq münasibəti olmuşdur. Sonuncu isə öz növbəsində yuxarıda adları qeyd olunan işçiləri işin icrası məqsədilə təqdim etmişdir. Şahid isə baş usta olaraq təqdim etmişdir. Görülmüş işlərin 21.000 (iyirmi bir min) manat dəyərində xidmət haqqı isə tam şəkildə Məhəmməd Kırıcıya və Şahid ödənilmişdir. Bununla bağlı bütün yazışmalar təqdim edilmişdir. Lakin məhkəmə bu yazışmaları oxumadan və qərarında bu dəlillərə istinad etmədən qərar qəbul etmişdir. Şahid qərəzli şəkildə işçi olduğunu bildirmişdir. Bununla bağlı heç bir sübut və dəlil təqdim etməmişdir. Yalnız yalan izahatı əsasında X10 protokol tərtib etmiş və məhkəməyə göndərmişdir. Məhkəmə isə araşdırma aparmadan qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dəvət olunmuş Şahid izahatında bildirmişdir ki, o, ustadır və 2025-ci ilin yaz aylarından həmin ilin avqust ayınadək, yəni beş ay ərzində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işləmiş və Allahverdiyev Elxan adlı şəxslə birlikdə gördükləri işin pulunu tələb edir. Belə ki, onlara 16.000 manat ödənildiyi halda, 4.000 manat ödənilməmiş qalmışdır. Sözügedən məbləğin yarısı ona, yarısı isə Elxana aiddir. O bununla bağlı hətta Binəqədi RPİ-nin Biləcəri qəsəbəsində yerləşən bölməsinə də şikayətlə müraciət etmişdir. Məbləği Qədir adlı Türkiyə Respublikasının vətəndaşı ilə danışıb razılaşdırmışlar və onlar aylıq məvacibə görə deyil, hər kvadrat metrə görə 12 manatdan razılaşmışlar. Sonradan Qədir onları işdən çıxartdığı üçün qalan məbləği ala bilməmişlər. Qədirlə anlaşa bilmədiyi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən pulunu tələb etmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dəvət olunmuş Çağlı Kadir izahatında bildirmişdir ki, o, memardır və 23 ildir Azərbaycanda yaşayır və işləyir, azərbaycan dilində də tam başa düşür və sərbəst danışa bilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Ağ Şəhərdə təmir işləri aparırdılar və alçipan işinin aparılması ilə bağlı ona müraciət etmişlər. O da ustalarla danışıb işə başlamışlar. Şahid tanıyır, belə ki, sonuncu alçipan ustasıdır və həmin layihə çərçivəsində onun işçisi olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi nümayəndə1 şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X10 Xidmətinin səlahiyyətli nümayəndəsi X23 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv tədqiq edərək qeyd edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv olunmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasında, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət və inzibati tənbeh nəzərdə tutulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından görünür ki, X10 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsinə səbəb işəgötürən qismində işçi ilə əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması qeyd olunmuşdur. İşə əlavə olunmuş Şahid adına olan əmək müqaviləsinə dair məlumatların əldə edilməsi ilə bağlı məhkəmənin sorğusuna X10 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli cavab məktubundan görünür ki, Şahid ilə ##.##.2015-cı ildə “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialı, ##.##.2019-cu ildə X12, ##.##.2020-ci ildə “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialı, ##.##.2020-ci ildə “xxxx” MMC, ##.##.2022-ci ildə “xxxx” MMC, ##.##.2022-ci ildə Yusifov Yusif İlham oğlu, ##.##.2025-ci və ##.##.2026-cı illərdə X6 arasında əmək müqavilələri bağlanmışdır. İşin hallarından göründüyü kimi, işlərin görülməsi “xxxx” MMC ilə Kadir Çağlı və Məhəmməd Kırıcı arasında razılaşdırılmışdır. Tərəflər arasında əmək münasibətləri deyil, mülki hüquq münasibətləri mövcud olmuş və bu hal tərəflərin bərabərliyi prinsipi əsasında yaranan münasibətdir, belə olan halda bu əmək münasibətləri kimi qiymətləndirilə bilməz. Bununla da, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına münasibətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti qismində inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün qanunla müəyyən olunmuş qaydada əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, şikayət təmin edilməli, inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Gstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya instaniyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. İnzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1827/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1827/2026
16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver