Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1829/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Mehbəliyev Kamran İlham oğlunun, Protokolu tərtib edən orqann nümayəndəsi nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 14151,75 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 2830 (iki min səkkiz yüz otuz) ABŞ dolları, 35 (otuz beş) sent məbləğində (Azərbaycan manatı məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Protokolu tərtib edən orqan tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 14151,75 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 2830 (iki min səkkiz yüz otuz) ABŞ dolları, 35 (otuz beş) sent məbləğində (Azərbaycan manatı məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarını ləğv edərək iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Türkiyənin “MTM X1 San.Tic.Ltd.Sti.” şirkətindən M479/MT-0007 və M***/MT-**** nömrəli sifarişlər əsasında malların idxalı həyata keçirilmişdir. Həmin sifarişlər ilkin olaraq ##.##.2024-cü il tarixində müvafiq olaraq 23,586.25 ABŞ dolları və 21,324.50 ABŞ dolları məbləğlərində tərtib edilmişdir. Sonradan sifariş edilmiş malların bir hissəsindən imtina olunması səbəbindən sifarişlərə ##.##.2024-cü il tarixində dəyişiklik (amendment) edilmiş və sifarişlərin ümumi dəyəri azaldılmışdır. Dəyişiklik edilmiş sifarişlər əsasında faktiki olaraq Azərbaycan Respublikasına idxal olunan mallar 01241000224859 və ************** nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. Faktiki idxal edilmiş malların dəyəri dəyişdirilmiş sifarişlərdə göstərilən məbləğlərə və qeyd olunan gömrük bəyannamələrində əks etdirilmiş məlumatlara tam uyğundur. Qeyd edilməlidir ki, sifarişlərə edilmiş dəyişikliklər yalnız bəzi malların sifarişdən çıxarılması ilə əlaqədar olmuşdur. Bu dəyişikliklər nəticəsində sifarişlərin yekun məbləği faktiki olaraq idxal edilmiş malların dəyərinə uyğunlaşdırılmışdır. Hər hansı əlavə mal idxalı və ya ödəniş məbləğinin gizlədilməsi halı baş verməmişdir. Bank tərəfindən təqdim edilmiş sorğuya cavab olaraq ilkin sifariş formaları, dəyişdirilmiş sifariş formaları, invoyslar və digər təsdiqedici sənədlər tam həcmdə təqdim edilmişdir. Təqdim olunmuş sənədlərdən də aydın şəkildə görünür ki, həm ilkin, həm də dəyişdirilmiş sifarişlər eyni müqavilə çərçivəsində və eyni müqavilə nömrəsi əsasında rəsmiləşdirilmişdir. Buna baxmayaraq, sifarişlərə edilmiş dəyişikliklərin tarixi əsas götürülərək məsələ məhkəməyə göndərilmişdir. Halbuki sifarişlərdə edilmiş dəyişikliklər yalnız sifarişdən çıxarılan malların sənədləşdirilməsi məqsədi daşımış və faktiki idxal edilmiş malların dəyəri gömrük bəyannamələrində düzgün şəkildə əks etdirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, təqdim edilmiş sənədlərin və faktiki idxal əməliyyatlarının bir-birinə uyğun olduğu nəzərə alınaraq məsələyə obyektiv hüquqi qiymət verilməlidir. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Mehbəliyev Kamran İlham oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən Protokolu tərtib edən orqann nümayəndəsi nümayəndə1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsinin öz təsdiqini tapmasını və apellyasiya şikayətində göstərilən dəlilərin inzibati xəta haqqında protokolun ləğvi üçün əsas olmadığını qeyd edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 14151,75 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 2830 (iki min səkkiz yüz otuz) ABŞ dolları, 35 (otuz beş) sent məbləğində (Azərbaycan manatı məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Protokolu tərtib edən orqan ## ###### 2016-cı il tarixli, **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş ## #### 2024-cü il tarixli köçürmə haqqında ərizənin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan hesabından 14151,75 ABŞ dolları xarici valyutada olan vəsait «MTM Turizm Kimya İNS San ve Tic LTD» şirkətinin müvafiq bank hesabına köçürülmüşdür. İnzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” ASC-dən təqdim olunmuş məlumat və sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 14151,75 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən “xxxx” ASC-də olan hesabından ## #### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki il müddət keçməsinə baxmayaraq, 14151,75 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialları tədqiq edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin məhkəmə inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun araşdırma apararaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə müəyyən olunmuşdur ki, hazırda iş materiallarında olan sənədlərdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maddənin dispozisiyasına uyğun olaraq ödənişin aparıldığı gündən 2 (iki) il müddətinə 14151,75 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmət) ölkəyə idxal edilməməsi və ya həmin məbləğdə valyutada vəsaitin geri qaytarılmaması öz təsdiqini tapdığından şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 14151,75 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 2830 (iki min səkkiz yüz otuz) ABŞ dolları, 35 (otuz beş) sent məbləğində (Azərbaycan manatı məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 14151,75 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 2830 (iki min səkkiz yüz otuz) ABŞ dolları, 35 (otuz beş) sent məbləğində (Azərbaycan manatı məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1829/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1829/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver