Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1830/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X2 Idarəsinin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Respublikası DIN-nin Bakı şəhər BPI X2 Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) AR IXM-nin 327.2-ci maddəsi ilə tənbeh edilməsinə dair qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X2 Idarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Dövlət Yol Polis Idarəsinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə 100 manat məbləğində cərimə edilməsi haqqında ##.##.2026-cı il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, o, **-TM-*** dövlət qeydiyyat nişanlı “Changan Qiyuan Q07 X3” markalı nəqliyyat vasitəsinin sürücüsüdür. Onun barəsində ##.##.2026-cı il tarixdə tərtib edilmiş IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Bakı Şəhər X2 Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərar qəbul edilmiş və onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi qərara alınmışdır. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, ##.##.2026-cı il tarixdə, saat 19:50 radələrində, ünvan 1 ünvanı yaxınlığında yerləşən yolayrıcında hərəkətdə olarkən, svetoforun yaşıl işığı ilə hərəkətə başlamış və yolayrıcına daxil olmuşdur. O yolayrıcına daxil olduqdan sonra svetoforun işığı dəyişmişdir. Buna baxmayaraq, Bakı Şəhər X2 Idarəsinin əməkdaşı tərəfindən saxlanılmış və ona guya svetoforun qırmızı işığında keçdiyi bildirilmişdir. O polis əməkdaşına aydın şəkildə izah etmişdir ki, svetoforun qırmızı işığında hərəkətə başlamamış, əksinə, yolayrıcına icazəverici siqnal zamanı daxil olmuşdur. Nəqliyyat vasitəsinin həmin andakı hərəkət vəziyyəti, yol şəraiti və yol hərəkəti təhlükəsizliyi tələbləri nəzərə alınmaqla, nəqliyyat vasitəsini qəfil və təhlükəli şəkildə saxlamaq nə mümkün, nə də təhlükəsiz olmuşdur. Buna baxmayaraq, onun verdiyi izahat nəzərə alınmamış, hadisənin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmadan barəsində inzibati məsuliyyət haqqında qərar qəbul edilmişdir. Inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar, o cümlədən mənim yolayrıcına hansı siqnalda daxil olmağım, hadisə yerinin real vəziyyəti, svetoforun dəyişmə anı, yolun hərəkət sxemi, dayanmanın mümkün olub-olmaması və digər mühüm xüsusatlar lazımi səviyyədə araşdırılmamışdır. Qərar yalnız formal yanaşma əsasında verilmiş, onun izahatına və iş üzrə mövcud ola biləcək digər sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Bundan əlavə, iş materiallarından da görünür ki, protokolda hadisənin xüsusi texniki vasitə ilə qeydə alınmasına dair məlumat əks olunmamış, şahidlər göstərilməmiş, habelə onun izahatı və vəsatəti dolğun şəkildə rəsmiləşdirilməmişdir. Belə olan halda, onun guya qadağanedici siqnal verilərkən hərəkəti davam etdirməyi barədə nəticə mötəbər, kifayət qədər və şübhədən uzaq sübutlarla təsdiq edilməmişdir. Inzibati məsuliyyət yalnız pozuntu faktı qanunla nəzərdə tutulmuş qaydada tam sübuta yetirildiyi halda yarana bilər. Hazırkı halda isə iş üzrə faktiki hallar arasında ziddiyyətlər mövcuddur və həmin ziddiyyətlər aradan qaldırılmadan barəsində cərimə tətbiq edilmişdir. Halbuki, iş üzrə əsas araşdırılmalı məsələ onun nəqliyyat vasitəsini qırmızı işıqda hərəkətə başlatmağı yox, yaşıl siqnalda yolayrıcına daxil olub-olmadığıdır. O isə yolayrıcına yaşıl işıqda daxil olmuşdur. Qərarın əsasında duran sübutların məhkəmə iclasında birbaşa tədqiq edilmədən və onların mötəbərliyi yoxlanılmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qanuni hesab oluna bilməz. Bu səbəbdən hesab edir ki, ona yazılan cərimə əsassız olduğundan barəsində qəbul olunmuş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı Şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan Bakı şəhər BPI X2 Idarəsi şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X2 Idarəsinin nümayəndəsi X4 şikayətin dəlillərinə uyğun izahat verib Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfləri dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 19:50-də “Changan Qiyuan Q07 Plug-in Hibrid” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastiəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən, hərəkəti davam etdirmiş nəticədə onun tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaətlə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, Yol hərəkəti haqqında Qanununun; 1-ci maddəsinin 12-ci hissəsinə əsasən nizamlanan yolayrıcı – hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır. Hazırkı iş üzrə nizamlayıcı olmuş, svetofor qurulmış, yolayrıcı nizamlanan olmuşdur. Yol hərəkəti haqqında Qanununun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən İ. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (* saylı Əlavə). II. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir. III. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb - sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıbsönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 19:50-də “Changan Qiyuan Q07 Plug-in Hibrid” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastiəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən, hərəkəti davam etdirmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsluiyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə edilir. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar əsasında **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yolayrıcını keçmə qaydalarını pozması müəyyən edilmiş, əməldə həqiqətən də Azərbaycan Respublikasının IXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri mövcud olmuş və Qərardan şikayət verən orqan (şəxs) həmin maddə ilə 100 manat məbləğində cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni, əsaslı olmuşdur. Azərbaycan Respublikası IXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası IXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası IXM-nin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Azərbaycan Respublikası DIN-nin Bakı şəhər BPI X2 Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası DIN-nin Bakı şəhər BPI X2 Idarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Respublikası DIN-nin Bakı şəhər BPI X2 Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) AR IXM-nin 327.2-ci maddəsi ilə tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DIN-nin Bakı şəhər BPI X2 Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) AR IXM-nin 327.2-ci maddəsi ilə tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1830/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1830/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver