Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1831/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs), zərərçəkmiş şəxs X6 və onun nümayəndəsi “Zəfər” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə (bundan sonra – nümayəndə) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Icra şöbəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 528.1-1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda sonuncunun borclu olduğu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədini (bundan sonra – hazırki icra sənədi) üzrsüz səbəbdən icra etmədiyini göstərib, həmin protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Nümayəndə həmin qərardan şikayət verib, onun ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barədə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. Lakin cərimə edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməldən nəticə çıxarmamış və alimenti ödəməməyə davam etmişdir. Bu səbəblə barəsində yenidən şikayət verilmiş və yenidən həmin şəxs barəsində cərimə növündə inzibati tənbeh seçilmişdir. Məhkəmə inzibati tənbeh növünü seçərkən əvvəlki cərimə növündə inzibali tənbehi nəzərə almalı və daha ağır inzibati tənbeh növü olan iki ayadək müddətə inzibati həbsin verilməsi barədə qərar qəbul etməli idi. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq olunan cərimələr məhkəmə qətnaməsinin icra edilməsində yetərsiz qalır. Apellyasiya məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında icra sənədi üzrə öhdəliklərini yetirməkdən boyun qaçırmadığını, sonuncu məhkəmə qərarından sonra əlavə 500 manat da ödədiyini bildirdi. Hazırda işsiz olduğundan maddi imkanının zəif olduğunu, gələcəkdə borc məbləğini tam bağlayacağından ona möhlət verilməsini, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasında zərərçəkmiş şəxs X6 və onun nümayəndəsi Nümayəndə şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdirlər. Apellyasiya məhkəmə iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq gəlməmiş, məhkəməyə bunun üzrlü səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki icra sənədi və onun verilməsinə əsas olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədindən görünür ki, ##.##.2014-cü il təvəllüdlü X1 və 19 oktybr 2016-cı il təvəllüdlü X2 18 yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi və alimentin tutulmasının əvvəlinin ## #### 2024-cü il tarixdən hesablanması qət edilmişdir. ##.##.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədindən görünür ki, tərəflərin birgə nikahından olan ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 anaları X6 yanında qalmaları müəyyən edilmiş, tərəflər faktiki ayrı yaşadıqları gündən (##.##.2024-cü il tarixdən) hazırkı qətnamə qüvvəyə günədək iddiaçı tərəfindən ödənilmiş 3 aylıq ödənişlər və bundan sonra ödənilməsi nəzərdə tutulan 6 aylıq hissəsinin 1/2 hissədə cavabdehə aid edilərək, ümumilikdə 790 (yeddi yüz doxsan) manat məbləğində pul vəsaiti cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq iddiaçı X6 ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaitinim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq X6 ödənilməsi qət edilmişdir. ##.##.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 3412 manat aliment borcunu X6 ödəməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərkən, tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun olaraq, sonuncunun hazırki icra sənədini üzürsüz səbəbdən icra etməməsinə əsaslanmışdır. Azərbaycan Respublikası IXM-in: - 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. - 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olmasını və tənbeh edilməli olmasını göstərsə də, bu əsaslı olmamışdır. Çünki, Azərbaycan Respublikası IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Azərbaycan Respublikası IXMin 8-ci maddəsi). Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası IXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, inzibati məsuliyyətin yaranmasının müəyyən edilməsi özlüyündə icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Iş materialları ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə ödənişlər etmiş, protokol tərtib edilən zaman ödənilməmiş 3412 manat borcu olmuş, bunun obyektiv səbəbləri olmuşdur. Borclu bunu işləməməsi və ailəsində olan problemləri ilə izah etmiş, təqdim etdiyi sənədlərlə bu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı da o, 500 manat ödəniş etmiş, icra sənədini icra etmək niyyətində olduğunu göstərmişdir. Azərbaycan Respublikası IXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Məhkəmə yuxarıda göstərilən işin müəyyən edilmiş faktiki hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, hazırkı halda isə borclu tərəfindən icra sənədinin onun hərəkət və ya hərəkətsizliyi səbəbindən üzrsüz icra edilməməsi halının mövcudluğu istisna olunduğundan nümayəndənin verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Binəqədi Rayon Icra Şöbəsi tərəfindən tərtib edilmiş edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməli və sonuncu müvafiq inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əasalanaraq, Azərbaycan Respublikası IXM-in 53.1.2, 133, 134.1.3, 135.1.5-1 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Binəqədi Rayon Icra Şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, müvafiq inzibati məsuliyyətdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1831/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1831/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver