Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1836/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş ## #### 2026-cı tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 16:30 radələrində Əhməd Rəcəbli küçəsi 75 ünvanında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etməsi səbəbindən barəsində Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı, ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 16:30 radələrində Əhməd Rəcəbli küçəsi 75 ünvanında ictimai qaydanı pozmaqla yanaşı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da barəsində Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## #### 2026-cı tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərimişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X.K.Əlisoy) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində IXM-nın 510.1-ci maddəsi ilə 10 gün, IXM-nın 535.1-ci maddəsi ilə 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi nəzərə alınmaqla təyin olunmuş inzibati tənbehlər qismən toplanılmaqla, qəti olaraq 01 (bir) ay müddətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon *(*-**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarında yol verilən anlaşılmazlıq aradan qaldırılmış, qərarın nəticə hissəsinin birinci və ikinci abzası aşağıdakı redaksiyada oxunması qərara alınmışdır: “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və IXM-in 34.3-cü maddəsinə əsasən barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin”. Qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə razı olmadığını qeyd etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində ona köməklik göstərilməsini, barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta törətmədiyini, əsassız saxlanıldığını, saxlanılma səbəbinin coxsaylı şikayət və sosial şəbəkədə müraciət etməsi olduğunu bildirmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, Bakı şəhəri Nərimanov RPInin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 və həmin şöbənin əməliyyat müvəkkili X2 izahatları, məhkəmədə tədqiq edilmiş sənədlər, inzibati xəta haqqında protokollar və inzibati işin digər halları ilə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi X1 barəsində toplanmış sübutlara məcmu halında düzgün hüquqi qiymət vermiş və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qanuni və əsaslı qərar qəbul etmişdir ki, bu məsələyə dair məhkəmənin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya qaydasında araşdırılmış iş materiallarına əsasən, müdafiəçinin hüquqlarını müdafiə etdiyi şəxsin hərəkətlərində inzibati xəta tərkibinin olmaması haqqında yürütdüyü mülahizə əsassızdır və X1 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanunla istisna edən hallar iş üzrə müəyyən olunmamış və tətbiq edilmiş inzibati tənbehin növü və həddi törədilmiş xətanın xarakterinə, inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə və təqsirlilik dərəcəsinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, hər iki maddənin dispozisiyası iki növ – cərimə və ya inzibati həbs tənbeh tədbirlərinin tətbiqini özündə ehtiva edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21ci maddəsinin tələbləri baxımından X1 barəsində cərimə tənbeh növünün tətbiq edilməməsini inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri və qanunun tələbləri baxımından düzgün müəyyənləşdirmiş və nəzərə almışdır. Birinci instansiya məhkəməsi X1 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32, 33 və 34.3cü maddələrinin tələblərini nəzərə almışdır. Şikayətin dəlillərinə münasibətdə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Qanunvericiliyin qeyd olunan müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və X1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 01 (bir) ay müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 01 (bir) ay müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1836/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1836/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver