Məhkəmə qərarları › İş №3(3-6)-1837/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1837/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1837/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X5, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ###### 2026cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinin qismən təmin edilməsi haqqında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən çıxarılan MN ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, şikayətçi “xxxx” MMC-nin qanuni təmsilçisi və direktorudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi vəzifəli şəxs kimi şikayətçi barəsində MN ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında qərar qəbul etmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, X4 “xxxx” MMC-nin işçisi X8 ##.##.2025-ci il tarixində xəsarət alması ilə nəticələnmiş bəxbəxt hadisənin baş verərkən baş aşpazın böyük köməkçisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən iş yerində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmamışdır. Bu əsasla İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə uyğun olaraq MN ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh qərarı qəbul edilmişdir. Qərar ## ###### 2026-cı il tarixində əldə edilmişdir. Digər inzibati tənbeh qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən baş aşpazın böyük köməkçisi barəsində qəbul edilmişdir. Həmin maddə işəgötürən tərəfindən iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Lakin konkret halda müəssisə tərəfindən əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin tələbləri yerinə yetirilmişdir. Belə ki, işçiyə işə başlamazdan əvvəl təhlükəsizlik qaydaları tərəfindən ətraflı izah edilmiş, təhlükəli avadanlıqla işləmə zamanı qoruyucu vasitələrdən istifadə qaydası göstərilmiş və müvafiq fərdi mühafizə vasitələri tam həcmdə təmin edilmişdir. Bu hallar müvafiq təlimatlandırma sənədləri ilə təsdiq olunur və işçi tərəfindən təsdiqlənmişdir. Buna baxmayaraq, işçi öz ehtiyatsızlığı nəticəsində təqdim edilmiş qoruyucu vasitələrdən istifadə etməmiş və nəticədə əlini ət çəkən maşına qapdıraraq xəsarət almışdır. Qeyd olunan faktlar göstərir ki, işəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə öhdəliklər yerinə yetirilmiş, baş vermiş hadisə isə işçinin təhlükəsizlik qaydalarına əməl etməməsi nəticəsində yaranmışdır. Belə olan halda baş aşpaz barəsində əməyin mühafizəsi şəraitinin təmin edilməməsi kimi qiymətləndirmə aparılması maddənin mahiyyətinə uyğun deyildir. Çünki İnzibati Xətalar Məcəlləsinin 199- cu maddəsi təhlükəsizlik tədbirlərinin ümumiyyətlə görülmədiyi və ya təmin olunmadığı hallara şamil olunur. Hazırkı işdə isə təhlükəsizlik təmin edilmiş, müvafiq təlimatlandırmalar aparılmış, lakin işçi tərəfindən bu təminatlardan istifadə olunmamışdır ki, bu da işəgötürənin və nəzarətçi şəxsin hüquqazidd hərəkəti kimi qiymətləndirilə bilməz. Bu səbəbdən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh qərarı faktiki hallara və qanunvericiliyin tələblərinə uyğun olmayaraq çıxarılmışdır və ləğv edilməlidir. Qeyd olunan faktlar, təhqiqat aktında da öz əksini tapmışdır, belə ki, zərərçəkmiş işçi X8 izahatında hadisə baş verən gün ət çəkən avadanlıqdan istifadə etdiyini, anidən sağ əlinin avadanlığın fırlanan hissəsinə düşdüyünü və huşunu itirdiyini bildirmişdir. O, eyni zamanda hadisənin baş verməsinə səbəb olaraq ət çəkən avadanlığın qoruyucu hissələrindən istifadə etmədiyini, hadisə zamanı avadanlığın saz və işlək vəziyyətdə olduğunu, habelə həmin tarixdə qoruyucu hissələrin mövcud olduğunu açıq şəkildə təsdiq etmişdir. Bundan əlavə, təhqiqat aktında baş aşpazın böyük köməkçisi Qərardan şikayət verən orqan (şəxs) izahatında işçilərə işin xüsusiyyətinə uyğun olaraq təhlükəsizlik təlimatlarının verildiyi, xüsusi iş geyimlərinə nəzarət edildiyi, işçi Y.Gözəlova ət çəkən avadanlıqdan istifadə etməzdən əvvəl təkrar olaraq təhlükəsizlik qaydalarının izah edildiyi, daha sonra isə mətbəxdə ümumi nəzarətin həyata keçirildiyi göstərilmişdir. Hadisənin baş verməsi isə işçinin qoruyucu vasitələrdən istifadə etməməsi nəticəsində baş verdiyi izahatlarla təsdiqlənmişdir. Buna baxmayaraq aktın 6.3 və 4.3-cü bəndlərində Qərardan şikayət verən orqan (şəxs) üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi göstərilmişdir. Lakin bu ziddiyyətli məqam, aktı imzalayan komissiya üzvləri tərəfindən təsdiq edilməmiş və aktın həmin hissədə imzalanmasından imtina edilmişdir. Qeyd olunan hallar göstərir ki, müəssisə tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüş, təhlükəsizlik şəraiti yaradılmış və iş prosesinə nəzarət həyata keçirilmişdir. Baş vermiş bədbəxt hadisə isə işçinin təhlükəsizlik qaydalarına riayət etməməsi nəticəsində yaranmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayət qismən təmin olunaraq, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X9 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılan zaman müəyyən edilmişdir ki, baş aşpazın köməkçisi Tural Nəsibov tərəfindən iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmamış və nətiəcədə vəzifəli şəxin barəsində Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin 215-ci maddəsinin (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri- Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər) 1-ci hissəsinin (Əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini), 2-ci hissəsinin (binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini) və 222-ci maddəsinin (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) 1-ci hissəsinin (İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir) və 2-ci hissəsinin (İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir) tələbləri pozulmuşdur. Hadisə baş verən dövrdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən zərərçəkənin gördüyü işlər nəzarətdə saxlanılmamış, zərərçəkən tərəfindən yerinə yetirən iş, proses zamanı mövcud təsir riskləri qiymətləndirilməmiş, onlar prosesdə iştirak etməmiş, düzgün şəkildə prosesi təşkil etməmiş və zərərçəkənin sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl edilməsinə nəzarət etməmişlər. Bədbəxt hadisənin baş verməsində Qərardan şikayət verən orqan (şəxs) oğlunun cavabdehliyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, X8 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.## 2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalan"na müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "Dost İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətində uçota alınmalıdır. məhkəmə işə baxılmasında, yalnız barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən özünün müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. İşin mahiyyəti bundan ibarətdir ki, bədbəxt hadisə ##.##.2025-ci il tarixdə, saat 20:04 radələrində Bakl şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən "xxxx" MMC-yə məxsus "Paulaner" restoranında X8 "TC22" markall ətçəkən avadanlığında ət çəkərkən sağ əlinin avadanlıqda qalması nəticəsində baş vermişdir. Diqqətinizə çatdırırıq ki, işə baxan hakim DƏMX-ti tərəfindən təqdim edilən X7 Xidmətinin Bakı şəhər İdarəsinə verilən izahatlara, Təhqiqat Aktına və digər iş üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara hüquqi qiymət verməmişdir. Belə ki, həmin izahatlardan,Təhqiqat Aktından və digər iş üçün mühüm əhəmiyyət kəsb edən məlumatlardan müəyyən olunur ki, "xxxx" MMC-nin baş aşpazın böyük köməkçisi Qərardan şikayət verən orqan (şəxs) bir başa olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bildiririk ki, aparılan araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) nəzarətsizliyi nəticəsində "xxxx" MMC-yə məxsus "Paulaner" restoranında kiçik aşpaz köməkçisi işləyən X8 xəsarət almışdır. Belə ki, "xxxx" MMC-də kiçik aşpaz köməkçisi işləyən X8 ##.##.2025-ci il tarixdə, saat 20:04 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının' 6-cı bəndindən, yəni “Əməyin mühafizə üzrə qanunvericlik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyindən görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.3-cü bəndinə əsasən "xxxx" MMCnin baş aşpazının böyük köməkçisi Qərardan şikayət verən orqan (şəxs) nəzarətsizliyə görə cavabdehliyini müəyyən etmişdir. Diqqətinizə çatdırırıq, bədbəxt hadisənin təhqiqatı zamanı Qərardan şikayət verən orqan (şəxs) cavabdehliyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, X8 xəsarət alması Qərardan şikayət verən orqan (şəxs) üzərinə düşən öhdəliyin yerinə yetirilməməsini təsdiq edir. Beləliklə, Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Eyni zamanda, bildiririk ki, yekun təhqiqat aktı, bədbəxt hadisənin araşdırılmasının yekununda tərtib edilməklə hadisəni ümumiləşdirir, təqsiri müəyyənləşdirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsi ilə Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri müəyyənləşdirilmişdir. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariyagigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasın; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Həmin Məcəllənin 222-ci maddəsi ilə Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi şərtləri belə müəyyənləşdirilmişdir: İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir. İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir. İşəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilədə, əmək müqaviləsində nəzərdə tutulur. Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilir. İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiya aparmalıdır. Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verilir. İşəgötürən iş yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir. İşəgötürən işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməlidir. İşəgötürən qanunvericilikdə nəzərdə tutulmuş istehsalat sahələrini qazlı və duzlu su ilə təchiz etməlidir. 8. İşəgötürən ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və isti sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar hazırlamalıdır. Qərardan şikayət verən orqan (şəxs) təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan, İnzibati Xətalar Məcəlləsinin 199cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X5 verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, təhqiqat aparılıb və təhqiqatın 6 cı bəndində Qərardan şikayət verən orqan (şəxs) təqsiri müəyyən olunmuşdur. Belə ki, baş aşpaz məzuniyyətdə olmuş və onun vəzifələri Qərardan şikayət verən orqan (şəxs) həvalə edilmişdir. Nəzarət etməli şəxs o olduğundan protokol onun barəsində tərtib edilmişdir. Məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq nüməyəndə bildirmişdir ki, işəgötürən “xxxx” MMC olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etdi ki, o işə götürən olmadığı halda, işəgötürən kimi cərimə edilmişdir. Bundan başqa, Gözəlov Yusifə bütün təlimlər keçirilmişdir, tanış edilmiş və avadanlıqla işləmə qaydası izah edilmişdir. Bunların hamısı onun imzası ilə təsdiq edilmişdir. Özünü təqsirli bilmir, bütün prosedurları izah etmişdir. Məhkəmədən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X2 tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MMC-nin işçisi X10 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnən iş bədbəxt hadisəsinin təhqiqatı zamanı müəyyən edilmişdir ki, baş aşpazın köməkçisi Tural Nəsibov tərəfindən iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin mühafizəsinin təşkil edilməməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 700 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş vəzifə təlimatından görünür ki, kiçik aşpaz köməkçisi vəzifəsinə qəbul edilmiş Yusif Gözəlova ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və prosedurlarına riayət etmək vəzifələri izah edilmiş və işçi təlimatda qeyd olunanlarla tanış olmasını öz imzası ilə təsdiq etmişdir; İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib edilmiş **/**** saylı istehsalatda bədbəxt hadisə haqqında aktdan görünür ki, təhqiqat zamanı izahatı alınmış X8 ##.##.2025-ci il tarixdən "xxxx" MMC-də kiçik aşpaz köməkçisi vəzifəsində işlədiyini, həftəlik iş qrafikinin altı günlük olduğunu, ##.##.2025-ci il tarixdə saat 14:00-da "xxxx" MMC-yə məxsus "Paulaner" restoranına iş yerinə gəldiyini, əmək funksiyasının icrasına uyğun olaraq ətlərin, balıqların və.s məhsulların hazırlanmasını təmin etməkdən ibarət olduğunu, işlərin yerinə yetirilməsindən öncə ətçəkən və digər avadanlıqların istifadəsinə dair təlimatlar keçirildiyini, həmin gün işləri normal şəkildə yerinə yetirdiyini, təxminən saat 20:05-də ətləri qiymə etmək üçün ətçəkən avadanlıqda istifadə etdiyini, anidən sağ əlinin ətçəkən avadanlığın fırlanan hissəsində qaldığını və huşunu itirdiyini, iş yoldaşlarının köməyə gəldiyini, ona ilkin tibbi yardım göstərərək müayinə olunması üçün xəstəxanaya apardıqlarını qeyd etmişdir. O, izahatında hadisənin baş verməsinə səbəb özünün ətçəkən avadanlığının qoruyucu hissələrindən istifadə etmədiyini, hadisə baş verən anda yanında heç kimin olmadığını, hadisə anında işlərin təhlükəsiz yerinə yetirilməsinə Qərardan şikayət verən orqan (şəxs) nəzarət etdiyini, hadisə zamanı ətçəkən avadanlığın saz və işlək vəziyyətdə olduğunu, ##.##.2025-ci il tarixdə ətçəkən avadanlığın qoruyucu hissələrinin olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə - yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarda qeyd etmişdir ki, inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı qərara əsasən “xxxx” MMC-nin işçisi X10 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnən iş bədbəxt hadisəsinin təhqiqatı zamanı müəyyən edilmişdir ki, baş aşpazın köməkçisi Tural Nəsibov tərəfindən iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin mühafizəsinin təşkil edilməməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 700 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara etiraz edərək izahatında əlavə olaraq bildirmişdir ki, “xxxx” MMC-yə məxsus “Paulaner” restoranında hadisə baş verən zaman baş aşpazın köməkçisi vəzifəsində çalışmış, onunla çalışan işçilərə də hər zaman qoruyucu vasitələrdən istifadə etməli olduqlarını izah etmişdir, lakin o, həmin restoranda işəgötürən vəzifəsində çalışmır və onun kimisə işə götürmək və ya işdən azad etmək kimi səlahiyyəti yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsinin müddəalarından da göründüyü kimi işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə işəgötürənin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulduğu halda, səlahiyyətli orqan tərəfindən “xxxx” MMC-yə məxsus “Paulaner” restoranında hadisə baş verən zaman baş aşpazın köməkçisi vəzifəsində çalışan, işəgötürənin səlahiyyətlərini yerinə yetirmək öhdəliyi olmayan Qərardan şikayət verən orqan (şəxs) sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs faktiki və hüquqi baxımdan işəgötürən olmamışdır. Işdə onun əmək münasibətinin tərəfi kimi çıxış etməsini, işçiləri işə qəbul etmək və ya əmək müqavilələri bağlamaq səlahiyyətinə malik olmasını təsdiq edən kifayət qədər sübut mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inibati xətanın subyekti yalnız işəgötürən və ya qanunla müəyyən edilmiş vəzifəli şəxs ola bilər. Məhkəmə xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi üzrə məsuliyyətin yaranması üçün yalnız istehsalatda bədbəxt hadisənin baş verməsi faktı kifayət etmir. Həmin maddənin tətbiqi üçün iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin məhz işəgötürən tərəfindən təmin edilməməsi, bu hərəkətsizliklə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu və barəsində icraat aparılan şəxsin bu öhdəliyin daşıyıcısı olması sübut edilməlidir. Hazırkı işdə isə Qərardan şikayət verən orqan (şəxs) işəgötürən statusunda olması, işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin bağlanılması, əməyin mühafizəsi tədbirlərinin təşkilinə dair inzibatisərəncamverici səlahiyyətlərə malik olması iş materialları ilə təsdiq olunmur. Bundan əlavə məhkəmə hesab edir ki, inzibati məsuliyyət fərdi xarakter daşıdığından, ümumi nəzarət funksiyasının mövcudluğu şəxsin İXM-in 199-cu maddəsi üzrə məsuliyyətə cəlb edilməsi üçün yetərli sayıla bilməz. Şəxsin yalnız hadisə zamanı iş prosesinə ümumi nəzarət etməsi onun işəgötürənə aid olan hüquqi öhdəliklərin daşıyıcısı olması nəticəsinə gəlmək üçün kifayət deyil. Bu baxımdan səlahiyyətli orqan tərəfindən inzibati xəta tərkibinin subyekti düzgün müəyyən edilməmiş, maddənin dispozisiyası ilə barəsində qərar qəbul edilmiş şəxsin faktiki və hüquqi statusu arasında zəruri əlaqə əsaslandırılmamışdır Həmçinin, şikayət ərizəsinə əlavə edilmiş sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş vəzifə təlimatına əsasən kiçik aşpaz köməkçisi vəzifəsinə qəbul edilmiş Yusif Gözəlova ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və prosedurlarına riayət etmək vəzifələri izah edilmiş və işçi təlimatda qeyd olunanlarla tanış olmasını öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib edilmiş **/**** saylı istehsalatda bədbəxt hadisə haqqında aktdan məlum olduğu kimi təhqiqat zamanı izahatı alınmış X8 ##.##.2025-ci il tarixdən "xxxx" MMC-də kiçik aşpaz köməkçisi vəzifəsində işlədiyini, həftəlik iş qrafikinin altı günlük olduğunu, ##.##.2025-ci il tarixdə saat 14:00-da "xxxx" MMC-yə məxsus "Paulaner" restoranına iş yerinə gəldiyini, əmək funksiyasının icrasına uyğun olaraq ətlərin, balıqların və.s məhsulların hazırlanmasını təmin etməkdən ibarət olduğunu, işlərin yerinə yetirilməsindən öncə ətçəkən və digər avadanlıqların istifadəsinə dair təlimatlar keçirildiyini, həmin gün işləri normal şəkildə yerinə yetirdiyini, təxminən saat 20:05-də ətləri qiymə etmək üçün ətçəkən avadanlıqda istifadə etdiyini, anidən sağ əlinin ətçəkən avadanlığın fırlanan hissəsində qaldığını və huşunu itirdiyini, hadisənin baş verməsinə səbəb özünün ətçəkən avadanlığının qoruyucu hissələrindən istifadə etmədiyini, hadisə baş verən anda yanında heç kimin olmadığını, hadisə anında işlərin təhlükəsiz yerinə yetirilməsinə Qərardan şikayət verən orqan (şəxs) nəzarət etdiyini, hadisə zamanı ətçəkən avadanlığın saz və işlək vəziyyətdə olduğunu, ##.##.2025-ci il tarixdə ətçəkən avadanlığın qoruyucu hissələrinin olduğunu bildirmişdir. İşçinin izahatında ətçəkən avadanlığın hadisə zamanı saz və işlək vəziyyətdə olması, qoruyucu hissələrin mövcudluğu, habelə həmin qoruyucu vasitələrdən məhz işçinin özü tərəfindən istifadə edilməməsi göstərilmişdir. Bu hallar onu deməyə əsas verir ki, səlahiyyətli orqan hadisənin baş verməsi faktını avtomatik olaraq əməyin mühafizəsi şəraitinin təmin edilməməsi kimi qiymətləndirmiş, lakin təhlükəsizlik tədbirlərinin həqiqətən görülübgörülməməsini, həmin tədbirlərin kim tərəfindən təşkil edilməli olduğunu və Qərardan şikayət verən orqan (şəxs) konkret hansı hərəkəti və ya hərəkətsizliyi ilə inzibati xətanın törədildiyini fərdiləşdirməmişdir. Eyni zamanda, iş materiallarında olan vəzifə təlimatı, işçinin öz izahatı və avadanlığın qoruyucu hissələrinin mövcud olması barədə məlumatlar birgə qiymətləndirildikdə, hadisənin baş vermə səbəbinin işəgötürən tərəfindən təhlükəsiz əmək şəraitinin ümumiyyətlə yaradılmaması deyil, işçinin təhlükəsizlik qaydalarına riayət etməməsi ilə bağlı olması ehtimalı aradan qaldırılmamışdır. Belə şübhəli vəziyyətdə isə İXM-in 8.3-cü maddəsinin tələbinə əsasən bütün şübhələr inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hallar və şikayətçinin ərizəsində göstərdiyi xüsusatlar araşdırılmadan, Qərardan şikayət verən orqan (şəxs) sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməməsi əsas gətirilərək, inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini və ümumiyyətlə işçilər üçün sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin yaradılmasının onun səlahiyyətləri daxilində olmasını təsdiq edən kifayət qədər dəlil toplanılmadan Qərardan şikayət verən orqan (şəxs) barəsində vəzifəli şəxs qismində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” ## ###### 2023-cü il tarixli qərarına əsasən İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir..... inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində işəgötürən tərəfindən iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Lakin hazırki iş üzrə inzibati tənbeh qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən baş aşpazın böyük köməkçisi barəsində qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inibati xətanın subyekti yalnız işəgötürən və ya qanunla müəyyən edilmiş vəzifəli şəxs ola bilər. Hazırkı işdə isə Qərardan şikayət verən orqan (şəxs) işəgötürən statusunda olması, işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin bağlanılması, əməyin mühafizəsi tədbirlərinin təşkilinə dair inzibati-sərəncamverici səlahiyyətlərə malik olması iş materialları ilə təsdiq olunmur. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Beləliklə məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarı ilə düzgün nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən Qərardan şikayət verən orqan (şəxs) barəsində toplanmış material üzrə zəruri araşdırma aparılmayaraq onun inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6- cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan hesab olunur. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla şikayətçi Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə cərimə olunmasına dair ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hesab edirəm ki, apellyasiya qaydasında verilmiş şikayət əsasssız olduğundan təmin edilməməli, sözügedən inzibati xəta haqqında iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ###### 2026cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinin qismən təmin edilməsi haqqında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar