Məhkəmə qərarları › İş №3(3-6)-1838/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1838/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1838/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə Mübariz oğlunun iştirakı ilə, «Xətai-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinun Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından «Xətai-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə Mübariz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Xətai rayon Icra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MənzilMülkiyyətçilərinin Müştərək Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai rayon Icra Şöbəsinin icra məmuru X2 tərəfindən ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (Hakim Orxan Əlizadə) ##.##.2026-cı il tarixli qərarı ilə «Xətai- 48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan «Xətai-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə Mübariz oğlu apellyasiya şikayəti verib Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «Xətai-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə Mübariz oğlu şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, icra məmuru və tələbkar məhkəmə prosesinə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə icra məmurunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti və ona əlavə təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olmasını və tənbeh edilməli olmasını göstərsə də, bu əsaslı olmamışdır. Çünki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, inzibati məsuliyyətin yaranmasının müəyyən edilməsi özlüyündə icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülübgörülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Iş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)- ***/**** saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xətai rayonu 1212-ci məhəllə Nobel prospekti 15 ünvanda yerləşən 786 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə bağlı (aid olan) bütün kommunikasiyaların yerləşdiyi qazanxanadan istifadəyə edilən maneənin, ərizəçinin mülkiyyətində olan sahayə gələn isti-soyuq suyun verilməsində, isti və soyuq havanın verilməsində, Çillər və AHU avadanlıqlarının yerləşdiyi texniki sahələrə sərbəst girişə açarı verməməklə edilən maneənin, çillər və AHU avadanlıqlarına, quraşdırılan digər sayğaclara texniki baxışın göstərilməsinə, nasazlığın aradan qaldırılmasına edilən maneələrin, qazanxanada olan 2 qazan sahəsinə və texniki sahədə olan 2 generatora girişə, texniki xidmətin göstərilməsinə, elektrik, qaz və su sərfiyyatının sayğaclanması prosesinə, qeyriyaşayış sahəsinə xidmət göstərən nasosxanaya girişin və texniki baxışa, çirkab və qrunt sularının axıdılmasına maneələrin edilməsi ilə bağlı hərəkətlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (VÖEN **********) 1 ay müddətinə qadağan edilmişdir. Qeyd olunan məhkəmə aktı ## ### 2026-cı il tarixdə qanuni qüvvəyə minmiş və dərhal icraya yönəldilmişdir. ##.##.2026-cı il tarixli bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə tələbin könüllü icrasına dair bildiriş göndərilmişdir. Həmçinin, ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qərardad və icraata başlama haqqında qərar göndərilmişdir. ##.##.2026-cı il tarixli aktdan görünür ki, icra sənədinin icra edilməsinə, “AzərIşıq”ın səlahiyyətli nümayəndəsinin buraxılmasına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri tərəfindən icazə verilməmiş, bu səbəbdən icra sənədinin icrası mümkün olmamışdır. Apellyasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərarındadın görünür ki, ərizəçi X1 müvəqqəti təminat tədbirinin tətbiq edilməklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-*(*-**)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qüvvəsini alanadək mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu 1212- ci məhəlllə Nobel prospekti 15 ünvanda yerləşən 786 kv.m. ümumi sahəsi olan qeyri yaşayış sahəsinə xidmətlərin göstərilməsi məqsədilə binaya aid bütün kommunikasiyaların yerləşdiyi ümumi sahədən istifadə ediləməsinə maneə yaradan hərəkətlərin edilməsini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) qadağan edilməsi barədə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmənin qeyd olunan qərardadında da göstərilmişdir ki, hal- hazırda məhkəmənin icraatında iddiaçı X1 cavabdeh "Xətai- 48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı Xətai - 48 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (VÖEN **********) tərəfindən mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu 1212-ci məhəlllə Nobel prospekti 15 ünvanda yerləşən 786 kv.m. ümumi sahəsi olan qeyri yaşayış sahəsi ilə bağlı (aid olan) bütün kommunikasiyaların, qurğuların və sayğacların yerləşdiyi qazanxanadan və digər ümumi sahələrdən istifadəyə edilən maneənin, mülkiyyətimdə olan sahəyə qələn isti-soyuq suyun verilməsində, isti və soyuq havanın verilməsində, Çillər və AHU avadanlıqlarının yerləşdiyi texniki sahələrə sərbəst qirişə edilən maneənin, çillər və AHU avadanlıqların, quraşdırılan digər sayğaclara texniki baxışın göstərilməsinə, nasazlığın aradan qaldırılmasına edilən maneələrin, qazanxanada olan 2 qazan sahəsinə və texniki sahədə olan 2 qeneratora girişə, texniki xidmətin göstərilməsinə, elektrik, qaz və su sərfiyyatının sayğaclanması prosesinə, qeyri- yaşayış sahəsinə xidmət göstərən nasosxanaya girişin və texniki baxışa, çirkab və qrunt sularının axıdılmasına maneələrin edilməsi ilə bağlı hərəkətlərə son qoyulması, qadağan edilməsi və həmin ünvanda yerləşən binanın yaşayış və qeyri yaşayış sahələrinin mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrin girişinə aid açarın təhvil verilməsini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həvalə edilməsinə dair iddia ərizəsi mövcuddur. ərizəçi X1 hal-hazırda məhkəmənin icraatında olan iddiası üzrə tələblər hazırki müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizədəki tələblər ilə eynilik təşkil edir. Qeyd edilən məsələyə məhkəmə tərəfindən mülki prosesin çəkişmə prinsipinə uyğun olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıracaq sübutların təqdim edilməsi üçün şərait yaradılmaqla iddia icraatı qaydasında baxılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia icraatı qaydasında baxılmalı olan tələbin yazılı icraat qaydasında baxılaraq təmin edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq, qarşı tərəfin qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu tərəfindən icra sənədinin onun hərəkət və ya hərəkətsizliyi səbəbindən üzrsüz icra edilməməsi halının mövcudluğu istisna olunduğundan birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. IXM-in; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «Xətai-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «Xətai-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə Mübariz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. «Xətai-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar