Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1839/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Məmədov İlkin Rövşən oğlunun iştirakları ilə, “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Protokolu tərtib edən orqan “İntermak Group” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## #### 2026- cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə “İntermak Group” MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 13.410 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, yəni 2.682 ABŞ dolları inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qərarında İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasının hüquqi mahiyyətini yanlış anlayaraq işdə olan sənədlərlə müqaisəli şəkildə səhv təvsir edərək yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə “İntermak Group" MMC-nin tərəf qismində işə baxılmasında iştirakını lazımi qaydada təmin etməmiş, bu səbəbdən də cəmiyyət onun tərəfindən inzibati xətanın törədilməsini təkzib edən sübut əhəmiyyətli sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə prinsipini pozmuşdur. Bundan əlavə məhkəmə guya cəmiyyət qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Halbuki, cəmiyyət dəfələrlə malların ölkəyə idxalını təsdiq edən Dövlət Gömrük Komitəsinin rəsmi saytında dərc edilmiş elektron gömrük bəyannaməsini çap edərək bilavasitə banka təqdim etmişdir. Belə ki, əgər ödəniş tapşırığına diqqətlə baxılsa görmək olur ki, “İntermak Group" MMC-nin pul vəsaitini malların alınması məqsədi ilə avans olaraq xaricə göndərir, əvəzində isə dəyəri ödəniş tapşırığında göstərilmiş malları Gömrük bəyannaməsinə əsasən ölkəyə idxal edir. Beləliklə Cəmiyyət müvafiq qanunvericiliyin tələblərinə tam şəkildə riayət etmiş olur. Əksinə səhlənkarlığa yol verən və öz müştərisinə keyfiyyətsiz xidmət göstərən bank ona təqdim edilmiş məlumatları və sənədləri vaxtında və lazımi qaydada dövlət qurumlarına çatdırmayaraq onlarda çaşqınlıq yaradaraq qanunsuz qərarın qəbul edilməsinə şərait yaratmış olur. Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, səlahiyyətli orqandan inzibati xətanı təsdiq edən mötəbər sübutlar tələb etmədən, yalnız formal olaraq Mərkəzi Bank tərəfindən tərtib edilmiş protokolda qeyd edilənlərə əsaslanaraq hüquqi şəxsin güya inzibati xəta törətməsi qənaətinə gəlmişdir. Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslasında iştirak etmiş “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Mərkəzi Bankın nümayəndəsi iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlər: - Ödəniş tapşırığının surətindən görünür ki, «xxxx ASC-dən » vasitəsilə ## ###### 2024-cü il tarixində 13.410 ABŞ dolları məbləğində pul vəsaiti “İntermak Group MMC tərəfindən avans olaraq ölkə xaricinə köçürülmüşdür. - “xxxx” ASC-nin ## ###### 2026-cı il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs “İntermak Group MMC tərəfindən “Azərbaqycan Respublikası rezidentlərinin və qeyrirezidentlərin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq maların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsi və ya xidmətlərin göstərilməsi təsdiq edən sənəd banka təqdim edilməmişdir. Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs “İntermak Group MMC 13.410 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından ## ###### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 13.410 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri, dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “İntermak Group MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Apellyasiya instansiyasında baxış mərhləsində “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən təqdim edilmiş xxxxnın ## #### 2026-cı il tarixli məktubundan görünür ki, “İntermak Group“MMC-nin xxxx ASC Nəsimi filialında mövcud olan AZ**BRES******************** saylı USD hesabına ## #### 2026-ci il tarixində 2026032000527267 referensli “SHANGHAİ CANMAX ELECTRONIC AND MEC+” tərəfindən “REFUND BY THE CONTRACT NO:CMBJL240219AZ DD. 19 fevral 2024” təyinatı ilə 13410.00 USD vəsait daxil olmuşdur. Eyni zamanda Mərkəzi bankın nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, xxxx ASC tərəfindən təqdim edilmiş məktubda qeyd olunan vəsaitin geri qaytarılması 2 illik müddətdən sonra yəni inzibati xəta tərikibi yaranan ## ###### 2026cı il tarixindən sonra ## #### 2026-cı il tarixində icra edildiyindən bank tərəfindən tərtib edilmiş protokolu müdafiə edərək və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması xahiş edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzbati xətanın törədilməsini istisna edən hər hansı sübut əlavə edilməmişdir. Əksinə MMC tərəfindən təqdim edilmiş məktubdan aydın görmək olur ki, qeyd olunan vəsaitin 2 illik müddətdən sonra, yəni ## #### 2026-cı il tarixində icra edilmişdir.Bu isə inzibati xətanı istina edən hal kimi qəbul edilə bilməz. Beləliklə, “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. İnzibati tənbeh məsələsinə gəldikdə isə birinci instansiya məhkəməsi “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati təhbeh təyin edərkən qanuni və ədalətli inzibati təhbeh təyin etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1839/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1839/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver