Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1840/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, Məhkəmə iclas katibi X6, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər Idarəsinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəis müavini Azər Rəhimov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, *- **-*/*-R-*****/**** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Nümayəndə şikayətinin təmin edilməməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, *-**-*/*-R-*****/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəis müavini Azər Rəhimov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, *-**-*/*-R-*****/**** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, X5 ##.##.2014-cü il tarixindən ##.##.2015-ci il tarixinədək olan əmək fəaliyyəti də “Azəriqaz” üzrə staja daxil edilməli, nəticə etibarilə onun ümumi əmək stajı 10 ildən artıq hesab olunmalı idi. Məhkəmə bu əsasla işçiyə 9 təqvim həftəsi xəbərdarlıq və orta aylıq əməkhaqqının azı 2 misli miqdarında işdənçıxarma müavinəti tətbiq edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmənin bu nəticəsi iş materiallarında olan əmək müqavilələri, işə qəbul və əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər, habelə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 69.3 və 77-ci maddələrinin məzmunu ilə uzlaşmır. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 77-ci maddəsindəki “həmin işəgötürənlə” ifadəsini qanunun mətnindən kənar genişləndirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işə götürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi həmin işə götürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Həmin normada 5 ildən 10 ilədək staj üçün azı 6 təqvim həftəsi, 10 ildən çox staj üçün azı 9 təqvim həftəsi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə görə də əmək müqaviləsi 70-ci maddənin “a” və “b” bəndləri ilə ləğv edilərkən işdən çıxarma müavinəti işçinin məhz həmin işə götürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq ödənilir. 5 ildən 10 ilədək staj olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli, 10 ildən çox staj olduqda isə orta aylıq əməkhaqqının azı 2 misli məbləğində müavinət nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunverici “ümumi əmək stajı”, “eyni sahədə iş stajı”, “eyni sistemdə iş stajı” və ya “eyni iqtisadi-təşkilati bağlılıqda iş stajı” ifadələrindən istifadə etməmiş, məhz “həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajı” ifadəsini işlətmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsi dəfələrlə həmin işə götürən ifadəsini işlədir. Bu ifadənin mənası aydın və birmənalıdır – işçinin müqavilə bağladığı konkret hüquqi şəxs. Əgər qanunverici eyni hüquqi şəxsin struktur bölmələri arasında keçən vaxtın da nəzərə alınmasını istəsəydi, bunu ayrıca normada açıq şəkildə nəzərdə tutardı ki, belə bir norma da mövcud deyildir. Həmçinin, hüquqi müəyyənlik prinsipi tələb edir ki, qanunun mətni aydın olduqda, ona geniş şərh verməklə fərqli məna yükləmək olmaz. Bu ifadələr imperativ xarakter daşıyır və inzibati məsuliyyətin tətbiqi zamanı genişləndirici şərh edilə bilməz. Birinci instansiya məhkəməsi isə qanunda nəzərdə tutulmayan “real iqtisadi-təşkilati bağlılıq”, “faktiki əmək fəaliyyətinin davamlılığı” və “sosial ədalət” kimi meyarları əsas götürərək Əmək Məcəlləsinin 77-ci maddəsinin mətnini genişləndirmişdir. Halbuki inzibati məsuliyyət yalnız qanunda aydın şəkildə nəzərdə tutulmuş hüquqazidd əməl mövcud olduqda tətbiq edilə bilər. Qanun normasının mətnindən kənar genişləndirici və analogiya xarakterli yanaşma inzibati məsuliyyətin əsaslandırılması üçün hüquqi əsas ola bilməz. Iş materiallarından görünür ki, X5 ilə ##.##.2014-cü il tarixindən ##.##.2015-ci il tarixinədək əmək müqaviləsi Nərimanov Qaz Istismar Sahəsi ilə bağlanmışdır. X4 Sahəsinin ##.##.2015-ci il tarixli, **-K nömrəli əmri ilə həmin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, yəni başqa işə götürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar xitam verilmişdir. ##.##.2015-ci il tarixdən isə X5 ilə “Azəriqaz” Istehsalat Birliyi arasında yeni əmək müqaviləsi bağlanmış və o, Birliyin Bakı Regional Qaz Istismarı Departamentinin Nərimanov rayonu üzrə Texniki istismar xidmətinin qaz paylayıcı stansiyanın operatoru peşəsinə qəbul edilmişdir. Əmək Məcəlləsinin 69.3-cü maddəsinin hüquqi mahiyyəti ondan ibarətdir ki, işçi başqa işə götürənlə əmək münasibətlərinə daxil olduqda əvvəlki əmək müqaviləsinə xitam verilə bilər və həmin əmək münasibəti hüquqi baxımdan başa çatır. Hazırkı halda ##.##.2015-ci il tarixli əmrlə əvvəlki əmək müqaviləsinə məhz bu əsasla xitam verilmişdir. Bu isə əvvəlki və sonrakı əmək münasibətləri arasında avtomatik hüquqi ardıcıllığın olmadığını təsdiq edir. Birinci instansiya məhkəməsi 69.3-cü maddə ilə verilmiş xitamı “texniki qaydada yenidən rəsmiləşdirmə” kimi qiymətləndirmiş, lakin bu nəticəni təsdiq edən heç bir hüquqi norma və ya sübut göstərməmişdir. Əgər əvvəlki əmək münasibəti sadəcə texniki qaydada davam etdirilirdisə, o halda 69.3-cü maddəyə istinad edilməklə əmək müqaviləsinə xitam verilməsinin, daha sonra isə yeni əmək müqaviləsi bağlanmasının hüquqi məntiqi izah edilməli idi. Məhkəmə bu ziddiyyəti aradan qaldırmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 69.3-cü maddəsinə istinad edilməklə əvvəlki əmək münasibətlərinin tam başa çatması və işə götürənin fərqli olması barədə mövqeyin “formal xarakter daşıdığı” qənaətinə gəlmiş, lakin bu nəticəni əsaslandıran heç bir faktiki sübut təqdim etməmişdir. Əgər məhkəmənin qeyd etdiyi kimi bu maddəyə istinad edilməsi “əmək münasibətlərinin mahiyyətini deyil, yalnız hüquqi rəsmiləşdirmə formasını əks etdirirsə və işçinin fasiləsiz əmək fəaliyyətinin və işə götürənin eyni olması nəticələrini əks etdirirsə” onda bu prosedurun məhz 69.3-cü maddəyə istinad edilməklə həyata keçirilməsinin hüquqi məntiqi izah edilməlidir. Həmin maddə işçinin başqa işə götürənlə əmək münasibətinə daxil olmasını nəzərdə tutur. O halda, məhkəmə ya etiraf etməlidir ki, işə götürən dəyişmişdir, ya da 69.3-cü maddəyə istinad edilərək eyni işə götürən daxilində əmək müqaviləsinə xitam verilməsinin nə üçün baş verdiyini izah etməlidir. Məhkəmə bu məsələyə yetərincə aydınlıq gətirməmiş, öz qərarını əsaslandırmamışdır. Qanunvericilikdə başqa işə götürənlə bağlanmış və 69.3-cü maddəyə əsasən ləğv edilmiş əmək müqaviləsi üzrə stajın sonrakı işəgötürən üzrə avtomatik nəzərə alınması barədə norma yoxdur. Bu səbəbdən X8 Sahəsi ilə bağlanmış müqavilə üzrə stajın “Azəriqaz” IB ilə ##.##.2015-ci ildən sonrakı əmək müqaviləsi üzrə staja avtomatik əlavə edilməsi qanunun mətninə ziddir. Işə götürən anlayışı və əmək müqavilələrini bağlayan səlahiyyətli subyektlər düzgün müəyyən edilməmişdir. Mübahisəli dövrlərdə X5 ilə əmək müqaviləsini bağlayan və ona xitam verən subyektlər fərqli olmuşdur. 2014-2015-ci illərdə əmək müqaviləsi Nərimanov Qaz Istismar Sahəsi ilə bağlanmış, işə götürən qismində Nərimanov Qaz Istismar Sahəsinin sahə rəisi çıxış etmişdir. ##.##.2015-ci ildən sonra isə əmək münasibəti “Azəriqaz” IB ilə bağlanmış yeni əmək müqaviləsi əsasında yaranmış, işə götürən səlahiyyətləri Birliyin baş direktoru tərəfindən həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi bu fərqi formal məsələ kimi qiymətləndirmişdir. Lakin məhz həmin fərq Əmək Məcəlləsinin 77-ci maddəsindəki “həmin işə götürənlə” meyarının tətbiqi üçün həlledici əhəmiyyət daşıyır. Əmək müqaviləsini bağlayan və ona xitam verən səlahiyyətli subyekt fərqlidirsə, həmin subyektlər üzrə formalaşmış əmək stajlarının avtomatik birləşdirilməsi üçün ayrıca hüquqi əsas tələb olunur. Iş materiallarında belə hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan qurumların rəhbərlərinin təyin edilməsi, onların əsasnamələrinin təsdiqi və işəgötürən funksiyalarını həyata keçirən səlahiyyətli orqanların müəyyən edilməsi SOCAR-ın səlahiyyətlərinə aid olsa da, bu hal bütün struktur qurumlar üzrə əmək stajlarının avtomatik olaraq eyni işəgötürən stajı sayılması demək deyildir. Əksinə, hər bir struktur qurumun işə götürən funksiyalarını öz səlahiyyətləri çərçivəsində həyata keçirməsi onların əmək hüquq münasibətlərində ayrıca səlahiyyətli subyekt kimi çıxış etdiyini göstərir. Məhkəmə Nərimanov Qaz Istismar Sahəsinin 2014-2015-ci illərdə hansı əsasnamə və hansı səlahiyyətlə əmək müqaviləsi bağladığını, həmin dövrdə “Azəriqaz” IB-nin bu əmək münasibətləri üzrə birbaşa işəgötürən olub-olmadığını, ##.##.2015-ci il tarixli xitam və ##.##.2015-ci il tarixli yeni işə qəbul əmrlərinin hüquqi nəticələrini hərtərəfli araşdırmamışdır. Elektron informasiya sistemindən çıxarışın həlledici sübut kimi qəbul edilməsi əsassızdır. Birinci instansiya məhkəməsi elektron informasiya sistemindən əldə edilmiş çıxarışa istinad edərək X5 ##.##.2014-cü il tarixindən ##.##.2025-ci il tarixədək ümumi əmək stajının 11 il 03 ay 28 gün təşkil etdiyini və işə götürəninin “məhz Azəriqaz” olduğunu göstərmişdir. Lakin həmin çıxarışın özü ##.##.2014-##.##.2015 və ##.##.2015-##.##.2025 dövrlərini ayrıca əmək müqavilələri kimi göstərir. Bununla bağlı da ## ##### 2026-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəisi cənab X1 öz rəy və fikirlərini bildirməsilə bağlı məktub ünvanlanmışdır, lakin heç bir cavab alınmamışdır. Əsas hüquqi sənədlər – ##.##.2014-cü il tarixli əmək müqaviləsi, ##.##.2014-cü il tarixli işə qəbul əmri, ##.##.2015-ci il tarixli xitam əmri və ##.##.2015-ci il tarixli yeni işə qəbul əmri – işə götürən subyektlərinin fərqli olduğunu və 2015-ci ildə əvvəlki əmək münasibətinə hüquqi xitam verildiyini təsdiq edir. Elektron informasiya sistemində ümumi sistem mənsubiyyətinin “SOCAR Azəriqaz” kimi əks olunması bu ilkin hüquqi sənədlərin məzmununu dəyişdirə bilməz. Əgər elektron çıxarış ilə əmək müqavilələri və əmrlər arasında hüquqi məna baxımından ziddiyyət yaranırsa, inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsirliliyi barədə şübhələr Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən onun xeyrinə həll edilməlidir. Məhkəmə isə həmin şübhələri inzibati məsuliyyətə cəlb edilən şəxsin ziyanına şərh etmişdir. Konstitusiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı hazırkı mübahisəyə tətbiq edilərkən düzgün hüquqi nəticə çıxarılmamışdır. X12 Xidmətinin qərarında və məhkəmə araşdırmasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli “Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına istinad edilmişdir. Həmin qərarın predmeti hüquqi şəxsin struktur bölmələrinin mülki prosessual fəaliyyət qabiliyyəti və onların məhkəmə mübahisələrində hüquqi şəxsin adından hansı əsasla çıxış edə bilməsi ilə bağlıdır. Həmin qərar Əmək Məcəlləsinin 69.3-cü maddəsinin hüquqi nəticələrini, habelə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan “həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun əmək stajı” anlayışını genişləndirmir. Bu səbəbdən Konstitusiya Məhkəməsinin göstərilən qərarı başqa işə götürənlə bağlanmış və daha sonra ləğv edilmiş əmək müqaviləsi üzrə stajın yeni işəgötürən üzrə avtomatik nəzərə alınması üçün hüquqi əsas kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi həmin qərarın predmetini və hüquqi təsir dairəsini düzgün müəyyən etməmişdir. 7. Inzibati xəta tərkibi və təqsir sübuta yetirilməmişdir. Hazırkı iş üzrə işəgötürən tərəfindən işçinin əmək stajı “Azəriqaz” IB ilə bağlanmış ##.##.2015-ci il tarixli əmək müqaviləsi üzrə 9 il 9 ay kimi müəyyən edilmiş, bu staja uyğun olaraq 6 təqvim həftəsi xəbərdarlıq müddəti tətbiq edilmiş və orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Bu hesablamanın əsasında iş materiallarında olan real əmək müqavilələri və əmrlər dayanır. Işəgötürənin hərəkətləri qanunun mətninə və rəsmi əmək sənədlərinə əsaslandığı halda, inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan hüquqaziddlik və təqsir elementləri sübuta yetirilmiş hesab edilə bilməz. Ən azı hüquqi vəziyyətin mübahisəli olması və “həmin işə götürən” anlayışının konkret halda müxtəlif cür şərh edilə bilməsi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini istisna etməlidir. Birinci instansiya məhkəməsi inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsirinin hansı formada – qəsdən və ya ehtiyatsızlıqdan törədildiyini müəyyən etməmiş, inzibati xəta tərkibinin subyektiv tərəfini ayrıca araşdırmamışdır. Bu isə qərarın qanuniliyini və əsaslılığını şübhə altına alır. Işin halları tam və obyektiv araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi şikayətçinin əsas dəlillərinə, o cümlədən ##.##.2015-ci il tarixli **-K nömrəli əmrlə əmək müqaviləsinə 69.3-cü maddə əsasında xitam verilməsinin hüquqi nəticələrinə, ##.##.2015-ci il tarixli yeni əmək müqaviləsinin müstəqil əmək münasibəti yaratmasına, işə götürən səlahiyyətlərini həyata keçirən subyektlərin fərqli olmasına, Əmək Məcəlləsinin 77-ci maddəsində “həmin işəgötürənlə” ifadəsinin məhz konkret işəgötürəni nəzərdə tutmasına tam və əsaslandırılmış cavab verməmişdir. Məhkəmə “əmək stajının süni şəkildə bölünməsi” ifadəsindən istifadə etmiş, lakin hansı sübut əsasında bu bölünmənin süni olduğunu, 2015-ci ildə əmək müqaviləsinə xitam və yeni əmək müqaviləsi bağlanmasının niyə real hüquqi nəticə yaratmadığını göstərməmişdir. Qərarda bu nəticəni əsaslandıran normativ hüquqi akt və ya konkret sübut yoxdur. Məhkəmə, həmçinin Nərimanov Qaz Istismar Sahəsinin həmin dövrdə müstəqil işəgötürən səlahiyyətlərini həyata keçirib-keçirmədiyini müəyyən etmək üçün müvafiq əsasnamələri, səlahiyyət sənədlərini və işə götürən funksiyalarını tənzimləyən daxili aktları tam araşdırmamışdır. Bu hallar müəyyən edilmədən “eyni işə götürən” nəticəsinə gəlmək mümkün deyildir. Göstərilən pozuntular məhkəmə qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini zəruri edir. Inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcuddur. Hazırkı iş üzrə həm obyektiv tərəf – yəni əmək qanunvericiliyinin pozulması, həm də subyektiv tərəf – yəni Qərardan şikayət verən orqan (şəxs) təqsiri sübuta yetirilməmişdir. Buna görə də inzibati tənbeh vermə haqqında qərarların qüvvədə saxlanılması üçün hüquqi əsas mövcud deyildir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında iştirak etmir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin razılığı ilə şikayətə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər Idarəsinin nümayəndəsi X7 verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər Idarəsinin rəis müavini X2 tərəfindən ## ###### 2026-cı il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X5 “Azəriqaz” IB-nin işəgötürəni ilə bağladığı ##.##.2015-ci il tarixli əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilməməsi, ##.##.2014-cü il tarixdən ##.##.2015-ci il tarixədək stajı nəzərə alınmadan, eyni zamanda son haqq-hesabı düzgün ödənilməməsi əsas gətirilərək Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəis müavini Azər Rəhimov tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, *-**-*/*-R-*****/**** nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər Idarəsinin “Azəriqaz” Istehsalat Birliyinin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “xxxx”-nin Nərimanov Qaz Istismar Sahəsinin sahə rəisi X9 ilə X5 arasında bağlanmış ##.##.2014-cü il tarixli, ** nömrəli əmək müqaviləsindən görünür ki, ##.##.2014-cü il tarixdən etibarən X5 təchizatı, çirkli suların ötürülməsi, su mənbələrinin səmərəli istifadəsi və qorunması mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “xxxx”-nin baş direktoru X3 ilə X5 arasında bağlanmış ##.##.2015-ci il tarixli, *** nömrəli əmək müqaviləsindən görünür ki, ##.##.2015-ci il tarixdən etibarən X5 SOCAR “Azəriqaz” IB-nin Bakı Regional Qaz Istismarı Departamentinin Nərimanov rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsinə işə qəbul edilmişdir. Iş materiallarında olan Əmək müqaviləsinin ləğv edilməsi haqqında ##.##.2025-ci il tarixli, **-*-*-*/*-*K****/**** saylı əmrdən görünür ki, SOCAR “Azəriqaz” IB-nin Bakı Regional Qaz Istismarı Departamentinin Nərimanov rayonu üzrə Texniki istismar xidmətində “qaz paylayıcı stansiyanın operatoru” vəzifəsində işləyən X5 ilə bağlanmış ##.##.2015-ci il tarixli, *** nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi səbəbindən xitam verilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər Idarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş elektron portaldan əldə edilmiş çıxarışdan görünür ki, SOCAR “Azəriqaz” IB Nərimanov qaz istismar sahəsində (2014-2015) və SOCAR “Azəriqaz” IB-nin Bakı Regional Qaz Istismarı Departamentinin Nərimanov rayonu üzrə Texniki istismar xidmətində (2015- 2025) çalışan X5 ilə bağlanılmış əmək müqavilələri ##.##.2014-cü il tarixdən ##.##.2015-ci il tarixədək 01 il 06 ay 25 gün, ##.##.2015-ci il tarixdən ##.##.2025ci il tarixədək 09 il 09 ay 03 gün qüvvədə olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan “xxxx”-nin Nərimanov Qaz Istismar Sahəsinin sahə rəisi X9 ilə X5 arasında bağlanmış ##.##.2014-cü il tarixli, ** nömrəli əmək müqaviləsi ilə onun həmin tarixdən etibarən su təchizatı, çirkli suların ötürülməsi, su mənbələrinin səmərəli istifadəsi və qorunması mühəndisi vəzifəsinə qəbul edildiyi, sonrakı dövrdə isə (##.##.2015-ci il tarixli müqavilə ilə ##.##.2015-ci il tarixdən başlamaqla) “Azəriqaz” IB-nin digər struktur bölməsi olan Bakı Regional Qaz Istismarı Departamentinin Nərimanov rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsini icra etməklə fəaliyyətini davam etdirdiyi müəyyən olunur. Bundan əlavə, məhkəmə iclasında tədqiq edilmiş elektron informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, X5 ilə bağlanmış əmək müqavilələri ##.##.2014-cü il tarixdən ##.##.2015-ci il tarixədək 01 il 06 ay 25 gün, ##.##.2015-ci il tarixdən ##.##.2025-ci il tarixədək 09 il 09 ay 03 gün qüvvədə olmuş, onun ümumi əmək stajı 11 il 03 ay 28 gün təşkil etmişdir. Bu məlumatlar obyektiv və rəsmi sübut kimi iş üzrə həlledici əhəmiyyət daşıyır. Həmçinin həmin elektron çxarışdan görünür ki, X5 işəgötürəni məhz “Azəriqaz” olmuşdur. Iş materiallarında olan əmək müqaviləsinin ləğv edilməsi haqqında ##.##.2025-ci il tarixli, **-*-*-*/*-*K-****/**** saylı əmrdən görünür ki, SOCAR “Azəriqaz” IB-nin Bakı Regional Qaz Istismarı Departamentinin Nərimanov rayonu üzrə Texniki istismar xidmətində “qaz paylayıcı stansiyanın operatoru” vəzifəsində işləyən X5 ilə bağlanmış ##.##.2015-ci il tarixli, *** nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi səbəbindən xitam verilmişdir. Lakin həmin xitam zamanı işəgötürən X5 tərəfindən işçinin yalnız ##.##.2015-ci il tarixdən sonrakı əmək stajının nəzərə alınması, əvvəlki dövrün isə tamamilə kənarda saxlanılması iş materiallarında olan sübutların məcmusu ilə təkzib olunur və hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 3-cü hissələrində nəzərdə tutulmuş “həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajı” anlayışı sırf formal yanaşma ilə məhdudlaşdırıla bilməz. Bu norma işçinin faktiki əmək fəaliyyəti, əmək münasibətlərinin davamlılığı və real iqtisadi-təşkilati bağlılıq nəzərə alınmaqla şərh edilməlidir. Iş materiallarının məcmusu göstərir ki, X5 faktiki olaraq eyni hüquqi şəxsin – SOCAR “Azəriqaz” IB-nin tabeliyində olan struktur bölmələrdə fasiləsiz fəaliyyət göstərmişdir və bu səbəbdən onun əmək stajının süni şəkildə bölünməsi hüquqi baxımdan qəbuledilməzdir. Struktur bölmələrin dəyişməsi və ya əmək müqaviləsinin texniki qaydada yenidən rəsmiləşdirilməsi əmək münasibətlərinin mahiyyətini dəyişdirmir və işçinin əvvəlki əmək stajının hüquqi nəticələrini aradan qaldıra bilməz. Bu baxımdan, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə istinad etməklə əvvəlki əmək münasibətlərinin tam başa çatması və işəgötürənin fərqli olması barədə mövqeyi formal xarakter daşıyır və işin faktiki hallarına uyğun deyildir. Həmin norma konkret halda əmək münasibətlərinin mahiyyətini deyil, yalnız hüquqi rəsmiləşdirmə formasını əks etdirir və işçinin fasiləsiz əmək fəaliyyətinin və işəgötürənin eyni olması nəticələrinin nəzərə alınmasını istisna edə bilməz. Məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin tətbiqi zamanı formal hüquqi yanaşma ilə kifayətlənmək deyil, münasibətlərin real məzmununun müəyyən edilməsi əsas götürülməlidir. Bu yanaşma həm hüquqi müəyyənlik, həm də sosial ədalət prinsiplərinin təmin olunması baxımından zəruridir. Əks halda işəgötürən tərəfindən təşkilati dəyişikliklərdən istifadə etməklə işçinin hüquqlarının məhdudlaşdırılması üçün əsassız imkan yaranmış olardı. Məhkəmə nəzərə çatdırır ki, əmək qanunvericiliyinin məqsədi işəgötürənə formal hüquqi konstruksiyalardan istifadə etməklə işçinin sosial təminat hüquqlarını məhdulaşdırmaq imkanı vermək deyil, əksinə, işçinin faktiki əmək fəaliyyəti əsasında onun hüquqlarının real və effektiv müdafiəsini təmin etməkdir. Bu baxımdan, əmək stajının süni şəkildə bölünməsi və nəticədə işçiyə daha az təminat verilməsi hüququn mahiyyətinə zidd olmaqla yanaşı, hüquqi müəyyənlik və ədalət prinsipləri ilə də uzlaşmır. Bu mövqe həm də hüququn aliliyi və hüquqi dövlət prinsiplərindən irəli gəlir. Belə ki, hüquq normaları tətbiq edilərkən onların məqsədi və mahiyyəti nəzərə alınmalı, formal şərhlə hüquqların real təminatı aradan qaldırılmamalıdır. Hüququn tətbiqi zamanı ədalətlilik, proporsionallıq qorunmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb ətraflı təhlil etmiş və X5 faktiki olaraq eyni hüquqi şəxsin – SOCAR “Azəriqaz” IB-nin tabeliyində olan struktur bölmələrdə fasiləsiz fəaliyyət göstərmiş və bu səbəbdən onun əmək stajının süni şəkildə bölünməsi hüquqi baxımdan qəbuledilməzdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 3-cü bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Sadalanan çoxsaylı mötəbər sübutların məcmusundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) vəzifəli şəxs kimi Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, X5 ümumi əmək stajı 10 ildən artıq olmuşdur və bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 3-cü hissələrinin tətbiqini şərtləndirir. Bu halda ona azı doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq edilməli və orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Lakin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən bu tələblərə əməl edilməmiş, işçiyə yalnız altı təqvim həftəsi əvvəl xəbərdarlıq edilmiş və orta aylıq əməkhaqqının 1.7 misli miqdarında müavinət ödənilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onun şikayətinin təmin edilməməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin ## #### 2026-cı il tarixli, *-**-*/*-R-*****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəis müavini Azər Rəhimov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, *- **-*/*-R-*****/**** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Nümayəndə şikayətinin təmin edilməməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1840/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1840/2026
01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver