Məhkəmə qərarları › İş №3(3-6)-1841/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1841/2026

22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1841/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Zərərçəkmiş şəxs – İbrahimov Mehman Abbas oğlunun, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, X4 Xidmətinin ##.##.2026-ci il tarixli, *-**-*/*-R-****/**** nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, *-**-*/*-R-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin nümayəndəsi Vəkil apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-R- ****/**** nömrəli qərarı və X4 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, İbrahimov Mehman Abbas oğlu ilə “Azəriqaz” İB arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 77ci maddəsinin tələbləri pozulmuş, ona 6 təqvim həftəsi xəbərdarlıq müddəti tətbiq edilmiş və işdənçıxarma müavinəti düzgün hesablanmamışdır. Həmin protokola əsasən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarla “Azəriqaz” İB-nin Baş direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd edilən qərardan yuxarı səlahiyyətli orqan olan X4 Xidmətinə şikayət verilmiş, lakin ##.##.2026-cı il tarixli, 3-17- */*-R- ****/**** nömrəli qərarla şikayət təmin edilməmiş, Bakı şəhər İdarəsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi də ##.##.2026-cı il tarixli qərarı ilə şikayəti təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, İbrahimov Mehman Abbas oğlunun ##.##.2010-cu il tarixdən ##.##.2015-ci il tarixədək olan əmək fəaliyyəti də “Azəriqaz” üzrə staja daxil edilməli, nəticə etibarilə onun ümumi əmək stajı 10 ildən artıq hesab olunmalı idi. Məhkəmə bu əsasla işçiyə 9 təqvim həftəsi xəbərdarlıq və orta aylıq əməkhaqqının azı 2 misli miqdarında işdənçıxarma müavinəti tətbiq edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmənin bu nəticəsi iş materiallarında olan əmək müqavilələri, işə qəbul və əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər, habelə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 69.3 və 77-ci maddələrinin məzmunu ilə uzlaşmır. İş materiallarından görünür ki, İbrahimov Mehman Abbas oğlu ilə ##.##.2010-cu il tarixdən ##.##.2015-ci il tarixədək əmək müqaviləsi Nəsimi Qaz İstismar Sahəsi ilə bağlanmışdır. Nəsimi Qaz İstismar Sahəsinin ##.##.2015-ci il tarixli, ***-K nömrəli əmri ilə həmin əmək müqaviləsinə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, yəni başqa işəgötürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar xitam verilmişdir. ##.##.2015-ci il tarixdən isə İbrahimov Mehman Abbas oğlu ilə “Azəriqaz” İstehsalat Birliyi arasında yeni əmək müqaviləsi bağlanmış və o, Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin Qaradağ rayonu üzrə Texniki istismar Xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə qəbul edilmişdir. Əmək Məcəlləsinin 69.3-cü maddəsinin hüquqi mahiyyəti ondan ibarətdir ki, işçi başqa işəgötürənlə əmək münasibətlərinə daxil olduqda əvvəlki əmək müqaviləsinə xitam verilə bilər və həmin əmək münasibəti hüquqi baxımdan başa çatır. Hazırkı halda ##.##.2015-ci il tarixli əmrlə əvvəlki əmək müqaviləsinə məhz bu əsasla xitam verilmişdir. Bu isə əvvəlki və sonrakı əmək münasibətləri arasında avtomatik hüquqi ardıcıllığın olmadığını təsdiq edir. Birinci instansiya məhkəməsi 69.3-cü maddə ilə verilmiş xitamı “texniki qaydada yenidən rəsmiləşdirmə” kimi qiymətləndirmiş, lakin bu nəticəni təsdiq edən heç bir hüquqi norma və ya sübut göstərməmişdir. Əgər əvvəlki əmək münasibəti sadəcə texniki qaydada davam etdirilirdisə, o halda 69.3-cü maddəyə istinad edilməklə əmək müqaviləsinə xitam verilməsinin, daha sonra isə yeni əmək müqaviləsi bağlanmasının hüquqi məntiqi izah edilməli idi. Məhkəmə bu ziddiyyəti aradan qaldırmamışdır. Qanunvericilikdə başqa işəgötürənlə bağlanmış və 69.3cü maddəyə əsasən ləğv edilmiş əmək müqaviləsi üzrə stajın sonrakı işəgötürən üzrə avtomatik nəzərə alınması barədə norma yoxdur. Bu səbəbdən Nəsimi Qaz İstismar Sahəsi ilə bağlanmış müqavilə üzrə stajın “Azəriqaz” İB ilə ##.##.2015-ci ildən sonrakı əmək müqaviləsi üzrə staja avtomatik əlavə edilməsi qanunun mətninə ziddir. İşəgötürən anlayışı və əmək müqavilələrini bağlayan səlahiyyətli subyektlər düzgün müəyyən edilməmişdir. Mübahisəli dövrlərdə İbrahimov Mehman Abbas oğlu ilə əmək müqaviləsini bağlayan və ona xitam verən subyektlər fərqli olmuşdur. 2010- 2015-ci illərdə əmək müqaviləsi Nəsimi Qaz İstismar Sahəsi ilə bağlanmış, işəgötürən qismində Nəsimi Qaz İstismar Sahəsinin sahə rəisi çıxış etmişdir. ##.##.2015-ci ildən sonra isə əmək münasibəti “Azəriqaz” İB ilə bağlanmış yeni əmək müqaviləsi əsasında yaranmış, işəgötürən səlahiyyətləri Birliyin baş direktoru tərəfindən həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi bu fərqi formal məsələ kimi qiymətləndirmişdir. Lakin məhz həmin fərq Əmək Məcəlləsinin 77-ci maddəsindəki “həmin işəgötürənlə” meyarının tətbiqi üçün həlledici əhəmiyyət daşıyır. Əmək müqaviləsini bağlayan və ona xitam verən səlahiyyətli subyekt fərqlidirsə, həmin subyektlər üzrə formalaşmış əmək stajlarının avtomatik birləşdirilməsi üçün ayrıca hüquqi əsas tələb olunur. İş materiallarında belə hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan qurumların rəhbərlərinin təyin edilməsi, onların əsasnamələrinin təsdiqi və işəgötürən funksiyalarını həyata keçirən səlahiyyətli orqanların müəyyən edilməsi SOCAR-ın səlahiyyətlərinə aid olsa da, bu hal bütün struktur qurumlar üzrə əmək stajlarının avtomatik olaraq eyni işəgötürən stajı sayılması demək deyildir. Əksinə, hər bir struktur qurumun işəgötürən funksiyalarını öz səlahiyyətləri çərçivəsində həyata keçirməsi onların əmək hüquq münasibətlərində ayrıca səlahiyyətli subyekt kimi çıxış etdiyini göstərir. Məhkəmə Nəsimi Qaz İstismar Sahəsinin 2010-2015-ci illərdə hansı əsasnamə və hansı səlahiyyətlə əmək müqaviləsi bağladığını, həmin dövrdə “Azəriqaz” İB-nin bu əmək münasibətləri üzrə birbaşa işəgötürən olub-olmadığını, ##.##.2015-ci il tarixli xitam və ##.##.2015-ci il tarixli yeni işə qəbul əmrlərinin hüquqi nəticələrini hərtərəfli araşdırmamışdır. 5. Elektron informasiya sistemindən çıxarışın həlledici sübut kimi qəbul edilməsi əsassızdır. Birinci instansiya məhkəməsi elektron informasiya sistemindən əldə edilmiş çıxarışa istinad edərək İbrahimov Mehman Abbas oğlunun ##.##.2010-cu il tarixdən ##.##.2025-ci il tarixədək ümumi əmək stajının 15 il 02 ay 29 gün təşkil etdiyini və işəgötürəninin “məhz Azəriqaz” olduğunu göstərmişdir. Lakin həmin çıxarışın özü ##.##.2010-##.##.2015 və ##.##.2015-##.##.2025 dövrlərini ayrıca əmək müqavilələri kimi göstərir. Bununla bağlı da ## ##### 2026-ci il tarixində Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin rəisi cənab X1 öz rəy və fikirlərini bildirməsilə bağlı məktub ünvanlanmışdır. Əsas hüquqi sənədlər – ##.##.2010-cu il tarixli əmək müqaviləsi, ##.##.2010-cu il tarixli işə qəbul əmri, ##.##.2015-ci il tarixli xitam əmri və ##.##.2015-ci il tarixli yeni işə qəbul əmri – işəgötürən subyektlərinin fərqli olduğunu və 2015-ci ildə əvvəlki əmək münasibətinə hüquqi xitam verildiyini təsdiq edir. Elektron informasiya sistemində ümumi sistem mənsubiyyətinin “SOCAR Azəriqaz” kimi əks olunması bu ilkin hüquqi sənədlərin məzmununu dəyişdirə bilməz. Hazırkı iş üzrə işəgötürən tərəfindən işçinin əmək stajı “Azəriqaz” İB ilə bağlanmış ##.##.2015-ci il tarixli əmək müqaviləsi üzrə 9 il 9 ay 8 gün kimi müəyyən edilmiş, bu staja uyğun olaraq 6 təqvim həftəsi xəbərdarlıq müddəti tətbiq edilmiş və orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Bu hesablamanın əsasında iş materiallarında olan real əmək müqavilələri və əmrlər dayanır. İşəgötürənin hərəkətləri qanunun mətninə və rəsmi əmək sənədlərinə əsaslandığı halda, inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan hüquqaziddlik və təqsir elementləri sübuta yetirilmiş hesab edilə bilməz. Ən azı hüquqi vəziyyətin mübahisəli olması və “həmin işəgötürən” anlayışının konkret halda müxtəlif cür şərh edilə bilməsi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini istisna etməlidir. Birinci instansiya məhkəməsi inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsirinin hansı formada – qəsdən və ya ehtiyatsızlıqdan törədildiyini müəyyən etməmiş, inzibati xəta tərkibinin subyektiv tərəfini ayrıca araşdırmamışdır. Bu isə qərarın qanuniliyini və əsaslılığını şübhə altına alır. İşin halları tam və obyektiv araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi şikayətçinin əsas dəlillərinə, o cümlədən ##.##.2015-ci il tarixli ***-K nömrəli əmrlə əmək müqaviləsinə 69.3- cü maddə əsasında xitam verilməsinin hüquqi nəticələrinə, ##.##.2015-ci il tarixli yeni əmək müqaviləsinin müstəqil əmək münasibəti yaratmasına, işəgötürən səlahiyyətlərini həyata keçirən subyektlərin fərqli olmasına, Əmək Məcəlləsinin 77-ci maddəsində “həmin işəgötürənlə” ifadəsinin məhz konkret işəgötürəni nəzərdə tutmasına tam və əsaslandırılmış cavab verməmişdir. Məhkəmə “əmək stajının süni şəkildə bölünməsi” ifadəsindən istifadə etmiş, lakin hansı sübut əsasında bu bölünmənin süni olduğunu, 2015-ci ildə əmək müqaviləsinə xitam və yeni əmək müqaviləsi bağlanmasının niyə real hüquqi nəticə yaratmadığını göstərməmişdir. Qərarda bu nəticəni əsaslandıran normativ hüquqi akt və ya konkret sübut yoxdur. Məhkəmə, həmçinin Nəsimi Qaz İstismar Sahəsinin həmin dövrdə müstəqil işəgötürən səlahiyyətlərini həyata keçirib-keçirmədiyini müəyyən etmək üçün müvafiq əsasnamələri, səlahiyyət sənədlərini və işəgötürən funksiyalarını tənzimləyən daxili aktları tam araşdırmamışdır. Bu hallar müəyyən edilmədən “eyni işəgötürən” nəticəsinə gəlmək mümkün deyildir. Göstərilən pozuntular məhkəmə qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini zəruri edir. Hazırkı iş üzrə həm obyektiv tərəf – yəni əmək qanunvericiliyinin pozulması, həm də subyektiv tərəf – yəni Qərardan şikayət verən orqan (şəxs) təqsiri sübuta yetirilməmişdir. Buna görə də inzibati tənbeh vermə haqqında qərarların qüvvədə saxlanılması üçün hüquqi əsas mövcud deyildir. Məhkəmə iclasında şikayətçi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Vəkil verilmiş şikayətin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-R- ****/**** nömrəli qərarı və X4 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X8 və zərərçəkmiş şəxs İbrahimov Mehman Abbas oğlu verilmiş şikayətin əsassız olduğunu qeyd edib təmin edilməməsini xahiş etmişlər. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X2 tərəfindən ## ###### 2025-ci il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İbrahimov Mehman Abbas oğlunun əmək müqaviləsinə ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası ƏM-nin 77-ci maddəsinin tələbləri pozularaq Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əsas gətirilərək Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin rəis müavini Azər Rəhimov tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, *-**-*/*-R- ****/**** nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin “Azəriqaz” İstehsalat Birliyinin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz İB”-nin Nəsimi Qaz İstismar Sahəsinin sahə rəisi X3 ilə İbrahimov Mehman Abbas oğlu arasında bağlanmış ##.##.2010-cu il tarixli, *** nömrəli əmək müqaviləsindən görünür ki, həmin tarixdən etibarən İbrahimov Mehman Abbas oğlu 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli, **-*-*-*/*-*K****/**** saylı əmrdən görünür ki, SOCAR “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamenti/Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vəzifəsində işləyən İbrahimov Mehman Abbas oğlu ilə bağlanmış *******000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi səbəbindən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş elektron portaldan əldə edilmiş çıxarışdan görünür ki, SOCAR “Azəriqaz” İB Nəsimi Qaz İstismar sahəsi (2010-2015) və SOCAR “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamenti/Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində (2015-2025) çalışan İbrahimov Mehman Abbas oğlu ilə bağlanılmış əmək müqavilələri ##.##.2010cu il tarixdən ##.##.2015-ci il tarixədək 05 il 05 ay 21 gün, ##.##.2015-ci il tarixdən ##.##.2025-ci il tarixədək 09 il 09 ay 08 gün qüvvədə olmuşdur. İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə, törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin qeyd olunur ki, əməli inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Həm qəsdən törədilən inzibati xəta, həm də ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və göstərilən hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Sadalanan iş materiallarından aydır olur ki, İbrahimov Mehman Abbas oğlunun ümumi əmək stajı 10 ildən artıq olmuşdur və bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 3-cü hissələrinin tətbiqini şərtləndirir. Bu halda ona azı doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq edilməli və orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Lakin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən bu tələblərə əməl edilməmiş, işçiyə yalnız altı təqvim həftəsi əvvəl xəbərdarlıq edilmiş və orta aylıq əməkhaqqının 1.7 misli miqdarında müavinət ödənilmişdir. Bununla da Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Tətbiq edilmiş inzibati tənbehin növü və həddi ilə bağlı olaraq isə qeyd edilməlidir ki, səlahiyyətli orqan “Azəriqaz İB”-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri nəzərə almış, sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni müəyyən həddə tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onun şikayətini təmin etməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar