Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1842/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinin (bundan sonra – səlahiyyətli orqan) qəbul etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarla Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi “xxxx” Iş Mərkəzi MMC-nin ona təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş işçisi X3 ## ###### 2025-ci ildə iş yerində xəsarət alması barədə məlumatı səlahiyyətli orqana hadisənin baş verdiyi gün verməməsi müəyyən edildiyinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası IXM-in) 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 1200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X1) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət qismən təmin edilmiş, sonuncu barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilərək, iş materialları yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməsi qərara alınmışdır. Həmin qərardan səlahiyyətli orqan şikayət verib, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası IXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün nəinki hadisənin ağırlıq dərəcəsi, ümumiyyətlə hadisənin istehsalatda baş verən bədbəxt hadisə olması belə mütləq deyildir. Sözügedən maddə üzrə inzibati xəta hadisə barədə araşdırmanın yekun nəticəsi ilə yox, hadisə baş verdikdən sonra araşdırılma aparılması məqsədi ilə bağlıdır. Buna görə də birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixdə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi “xxxx” Iş Mərkəzi MMC-nin ona təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş işçisi X3 iş yerində xəsarət alması barədə məlumatı səlahiyyətli orqana hadisənin baş verdiyi gün verməməsinə əsaslanıb, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası IXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmaması barədə nəticəyə gəlməsi qanunsuz və əsassız olmuşdur. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 şikayətin dəlillərinə uyğun çıxış edib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında müdafiəçi Vəkil çıxışında verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. - 217.4-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası IXM-in 555.1-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası IXM-in: - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrindən biri inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. - 75.0.1 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Iş materiallarında olan ## ####### 2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, həmin tarixdə X3 ilə “xxxx” Iş Mərkəzi MMC arasında əmək müqaviləsi bağlanmışdır. Işəgötürən şəxs “xxxx” Iş Mərkəzi MMC -nin icraçı direktoru X6r. X3 işəgötürəni “xxxx” Iş Mərkəzi MMC olsa da, sonuncu ilə yerli icra hakimiyyəti orqanın icraçısı Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanmış saziş əsasında işçinin xəsarət alması barədə məlumatın verilməsi öhdəliyi Qərardan şikayət verən orqan (şəxs) ötürülmüşdür. Işçi ilə faktiki olaraq əmək müqaviləsini bağlayan “xxxx” Iş Mərkəzi MMC olsa da, ## ###### 2019-cu il tarixli 3 tərəfli sazişə əsasən Rayon Icra Hakimiyyətinin göstərişinə əsasən icraçı (Suraxanı rayon Mənzil Kommunal təsərrüfat Birliyinin rəisi, Qərardan şikayət verən orqan (şəxs)) tərəfindən təşkil olunmuş ictimai işlərə Mərkəzin təqdim etdiyi işçi qüvvəsini cəlb etməkdən, habelə işəgötürən kimi Mərkəzin işçi qüvvəsinə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklərinə görə icraçının cavabdehlik daşımasından ibarətdir. Apellyasiya instansiyası məhkəməsi iş materialları ilə ## ###### 2025-ci il tarixdə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi “xxxx” Iş Mərkəzi MMC-nin ona təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş işçisi X3 iş yerində xəsarət alması barədə məlumatı səlahiyyətli orqana hadisənin baş verdiyi gün verməməsi faktını müəyyən etmişdir. Bununla da, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikasının IXM-in 555.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri yaranmışdır. Buna görə də iş üzrə səlahiyyətli orqan sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən haqlı olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv qaydada araşdırmalı idi. Azərbaycan Respublikası IXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normaları və işin faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməməli, səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.2, 135.1.2 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1842/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1842/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver