Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1843/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun nümayəndəsi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X12 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İnzibati Xətalar Məcəlləsi) 555.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar ## ##### 2026cı il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, qərarda göstərilən faktlar işin real halları ilə tam və obyektiv araşdırılmamışdır. Belə ki, qərar qəbul edilərkən inzibati xəta subyekti düzgün müəyyən edilməmişdir. İş materiallarına əlavə edilən əmək müqaviləsindən açıq şəkildə görünür ki, X4 ilə əmək müqaviləsi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə deyil, “DOST İş Mərkəzi” MMC-ilə bağlanmışdır. İşçinin Birliyə təhkim olunması onun işəgötürəninin dəyişdirilməsi demək deyil və Suraxanı rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi, habelə onun rəisi işəgötürən statusuna malik deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, istehsalat xəsarətləri ilə bağlı müvafiq dövlət orqanlarına məlumat vermək öhdəliyi yalnız işəgötürənin üzərinə düşür. Bu baxımdan, işəgötürən olmayan subyektin İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qanunsuzdur. Qərar qəbul edilərkən səlahiyyət bölgüsü nəzərə alınmamış, yəni mübahisələndirilən qərarda onun, Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun, istehsalat xəsarətləri barədə X7 Xidmətinə məlumat vermək üzrə birbaşa səlahiyyətli və məsul şəxs olduğunu təsdiq edən hər hansı hüquqi sənədə istinad edilməmişdir. Bununla da inzibati məsuliyyətin fərdiləşdirilməsi prinsipi pozulmuş, inzibati xəta subyekti düzgün müəyyən edilməmişdir. Nə Suraxanı rayon İcra Hakimiyyəti, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və “DOST İş Mərkəzi” MMC ilə ilə bağlanmış üçtərəfli Sazişdə, nə də Suraxanı rayon İcra Hakimiyyəti başçısının ## ###### 2020-ci il tarixli ** nömrəli Sərəncamında istehsalat xəsarətləri barəsində DƏMX-nə məlumat vermək öhdəliyinin Birliyə və ya onun rəisinə aid edilməsi nəzərdə tutulmamışdır. Qeyd edilən Sərəncamın 4-cü bəndi ilə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilmiş işlər məlumat vermə öhdəliyini avtomatik olaraq yaratmır və bu hal İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi üzrə məsuliyyət yaratmaq üçün əsas hesab edilə bilməz. İnzibati xətanın obyektiv tərəfi mövcud deyildir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tətbiqi üçün zəruri olan əsas şərt məlumat vermək öhdəliyinin mövcudluğu və bu öhdəliyin pozulması iş üzrə yerinə yetirilməmişdir. Belə olan halda inzibati xətanın tərkibi formalaşmır və mübahisələndirilən qərar hüquqi əsasdan məhrumdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun şikayəti qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqan olan X7 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından X7 Xidməti apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qanunvericilik normalarına istinad edilərək onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlu tərəfindən Əmək Məcəlləsinin 217-ci maddəsinin və Qaydaların tələbləri pozulmuş, hadisə barədə X7 Xidmətinə məlumat verilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarında əsaslandığı mülahizələr isə ziddiyətlidir və əsassızdır, sübutlar düzgün qiymətləndirilməmişdir. Öz növbəsində qərarda işin hallarına və qanunvericiliyin tələblərinə uyğun düzgün nəticə çıxarılmamış və düzgün qərar qəbul olunmamışdır. Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələblərinin pozulması və X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxsi dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına görə, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərarın tərtib olunma əsası iş yerində xəsarət alma faktı ilə bağlı hadisə baş verən gün vəzifəli şəxs tərəfindən X7 Xidmətinə məlumat verilməməsi olmuşdur. İş materiallarında olan ## ###### 2020-ci il tarixli ** nömrəli Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğələ səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilmiş, Azərbaycan Respublikası Prezident Administrasiyasından verilmiş saya əsasən 2019-cu ildə rayon üzrə 850 nəfər vətəndaşın “DOST İş Mərkəzi" MMC tərəfindən ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulmuş, il ərzində 1191 nəfər bu işlərə cəlb edilmiş, 375 nəfər müxtəlif səbəblərə görə işdən azad edilmiş, ## ###### 2019-cu il tarixə 816 nəfər bu proqrama cəlb edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından rayon İcra Hakimiyyətinə daxil olmuş ## ##### 2019-cu il tarixli elektron məktubda əhalinin məşğulluğunun artırılması məqsədilə şəhər və rayonlarda yaradılmış müvəqqəti iş yerlərinə işçi qəbulu əmək haqlarının ödənilməsində, ümumilikdə bu işin təşkilində neqativ halların baş verdiyi bildirilmiş və belə halların qarşısının qəti şəkildə alınması üçün rayon icra hakimiyyətlərinə xüsusi komissiyaların yaradılması tapşırılmış, tapşırığa uyğun olaraq RİHB-nin sərəncamı ilə həmin komissiya yaradılmışdır. 2020-ci ildə adıçəkilən proqram davam etdirilmiş, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından verilmiş saya əsasən rayon üzrə, 846 nəfər vətəndaşın “DOST İŞ Mərkəzi" MMC tərəfindən ödənişli ictimai faydalı işlərə cəlb edilməsi nəzərdə tutulmuşdur. Suraxanı rayonu üzrə ödənişli ictimai faydalı iş yerlərinə qəbul edilmiş işçilərin əmək nizam-intizamına, həmin işlərin qəsəbələrdə təşkil edilməsinə nəzarət edilməsi əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi, işçilərin xüsusi geyim və iş alətləri ilə təmin edilməsi, iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinə uyğunlaşdırılınası, normal əmək və istirahət rejiminə riayət edilməsi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilmişdir. İş materiallarında olan ## ###### 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, həmin tarixdə X4 ilə Dost İş Mərkəzi MMC arasında əmək müqaviləsi bağlanmışdır. İşəgötürən şəxs Dost iş Mərkəzi MMC-nin icraçı direktoru X8r. İş materiallarında olan ## ###### 2019-cu il tarixli işçi qüvvəsinin təmin edilməsinə dair sazişdən görünür ki, bu Saziş (bundan sonra "Saziş”) ## ###### 2019-cu il tarixində aşağıdakı tərəflər arasında bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” əsasında fəaliyyət göstərən və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Abbasov İlqar Namaz oğlu şəxsində təmsil olunan Suraxanı Rayon İcra Hakimiyyəti (bundan sonra - “Rayon İcra Hakimiyyəti”) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlu şəxsində təmsil olunan (bundan sonra - “İcraçı”), və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmış, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən və direktoru X5 şəxsində təmsil olunan “Dost İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN ********** (bundan sonra “Mərkəz”). Rayon İcra Hakimiyyətinə, İcraçı və Mərkəzə ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər" kimi istinad edilə bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, “## ###### 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, həmin tarixdə X4 ilə Dost İş Mərkəzi MMC arasında əmək müqaviləsi bağlanmışdır. İşəgötürən şəxs icraçı direktor X8 olmuşdur. İş materiallarından da göründüyü kimi xəsarət alan X4 işəgötürən şəxs Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlu olmamışdır. Göründüyü kimi, inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qeyd olunan ziddiyyətli xüsusatlar ətraflı araşdırılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlu təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun hadisə baş verən gün bu barədə məlumatının olması, həmçinin işəgötürən kimi onun məhz hesab olunması inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən mötəbər sübutla təsdiq edilməmişdir. Hazırkı iş materialında olan ## ###### 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən statusunda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) deyil, Dost İş Mərkəzi MMC-nin direktoru X8 göstərilmişdir”. Göründüyü kimi, iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını və ya olmamasını təsdiq edən, həmçinin yekun qənaətə gəlmək üçün kifayət qədər sübutlar mövcud deyil. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə onu da qeyd edir ki, şikayətin dəlilləri digər sübutlarla vəhdət təşkil edib uzlaşaraq sübut edilməli olan halları təsdiq etməlidir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şəraitdən başqa, həm də inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Belə ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən, məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və İnzibati Xətalar Məcəlləsilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması nəticəsinə haqlı olaraq gəlmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) İlyas oğlunun İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə əlavə araşdırılmalı və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməldir. Hazırkı vəziyyətdə inzibati xətanın mövcud olması və ya olmaması ilə bağlı işin obyektiv araşdırılması mümkün deyildir. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli ** nömrəli, "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.3- cü bəndində göstərilir ki, istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.2-ci bəndində göstərilir ki, işçilərin səhhətinin pozulması əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən, müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində baş verdikdə təhqiq edilməlidir. Həmin Qaydaların 1.4-cü bəndində göstərilir ki, istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qaydaların 1.7-ci bəndində göstərilir ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X15 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X7 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3) İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən, hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1843/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1843/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver