Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1845/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Pirallahı rayon DYPŞ Yol patrul xidmətinin ## #### 2026-cı il tarixli, İXP ******* saylı İnzibati Xəta baqqında prorokolunun və bunun əsasında tərtib edilmiş ## #### 2026cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qanunuz qərarının ləğv edilməsi, həmin qərar əsasında ona qanunsuz hesablanan 100 (bir yüz) manat cərimə məbləğinin, əgər hesablanmışsa, ona hesablanan faizlərin və 3 (üç) xəta balının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və Pirallahı Rayon DYPŞ Yol patrul xidmətinin ## #### 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta baqqında prorokolunun və bunun əsasında tərtib edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qanunuz qərarının ləğv edilməsi, həmin qərar əsasında ona hesablanan faizlərin silinməsi və həmin qərar əsasında tərəfindən ##.##.2026-cı il tarixdə məcburi əsaslarla ödənilmiş 142.41 (bir yüz qırx iki manat qırx bir qəpik) azn cərimə və ona hesablanmış faiz məbləğinin ona qayarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qanunsuz məhkəmə qərarından açıq-aşkar görünür ki, Azərbaycan Respublikası adından çıxarılmış sözü gedən məhkəmə aktı onun qeyd olunan qanunlarla qorunan hüquqlarımı kobud surətdə pozmaqla səthi və başdan sovdu şəkildə, həmçinin tam şəkildə qarşı tərəfin qanunsuz və əsassız maraqlarına uyğun tərtib edimişdir. Belə ki, əvvəla, qeyd etdiyi digər hüquqları ilə yanaşı, eyni zamanda onun qanun və məhkəmə qarşısında bərabərlik hüququ pozulmuş, yəni, sözügedən inzibati tənbeh tətbiq edilməsinə dair qanunsuz qərardan verdiyi şikayətlə bağlı keçirilən ədalət mühakiməsi (məhkəmə) hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi pozulmaqla həyata keçirilmiş, müvafiq fərqlərdən asılı olaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşmamış, ona, yəni, şikayət vermiş şəxsə münasibətdə digər şəxsin, yəni, şikayət edilən şəxsin mövqeyini üstün tutmuş, sözügedən şikayət üzrə araşdırma ədalət mühakiməsi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmişdir. Hakim ümumiyyətlə bütün hallarda prosesun çəkişmə prinsipini təmin etməmiş, öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğu halda, bunu etməmiş, özünün sözü gedən qərarını ümumiyyətlə əsaslandırmamış, qərarın yuxarıda qeyd etdiyim təsviri hissəsində, yuxarıda qeyd etdiyim bir neçə absurd və gülünc, formal cümlə ilə, irəli sürdüyü başdansovdu absurd bir “dəlil”i qeyd etməklə kifayətlənmişdir. Məhkəmə həqiqətə nail olmaq istəməmiş və ya buna nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək əvəzinə, tez-tələsik və səthi olaraq əsaslı şikayətinə əsassız və formal mülahizələri ilə baxmaqla, prosessual, həmçinin konstitusion hüquqlarımı kobud şəkildə pozmuş və məhdudlaşdırmışdır. Məhkəmənin sözü gedən qərarı, həmin məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin, çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edilmədiyi, nəinki təmin edilmədiyi, hətta, ona münasibətdə kobud şəkildə pozulduğu, Konstitusiyaya, İnzibati Xətalar Məcəlləsinə müvafıq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunmadığı bir şəraitdə qəbul etməklə hüquqlarım ciddi şəkildə pozulmuşdur. Belə ki, sözü gedən qanusuz qərardan verdiyi əsaslı şikayətində aşkar surətdə bildirmişdir ki ; “## #### 2026-cı il tarixdə, saat 12-45 radələrində ona məxsus, mülkiyyətində olan, idarə etdiyi BMW 520IMİLD HİBRİD MİNİK markalı, 44NR44; dövlət qeydiyyatlı nəqliyyat vasitəsi ilə,Bakı şəhəri Zirə qəsəbəsi istiqamətində hərəkətdə olarkən, ünvan 1 ünvanında svetoforun və ya nizamlayıcının yaşıl işığında hərəkətini qanuni şəkildə, saatda 50-55 km. sürətlə davam etdirmişdir. Həmin yolun əks istiqamətində, kiçik bir mağazanın qarşısında dayanan DYP avtomaşını Mərdəkan yolu istiqamətində hərəkət etməklə qarşıdan manevr edərək onun arxasınca sürmüş və “Suqovuşan Aqro” Marketə çatmamış avtobus dayanacağının yanındakı digər svetoforun qırmızı işığında gözlədiyi şəraitdə, öndə saxlamağı ilə bağlı işarə verməklə onu saxladı. O, maşından düşmüş, yol patrul xidməti əməkdaşı özünü təqdim edərək, ad və soyadını, eyni zamanda avtomaşının ona məxsus olub-olmadığını və ya sürmək hüququmnn olub-olmadığını soruşmuş və cavabından sonra, məlumatları kompyuterlə yoxlamışdır. Sual etdi ki, Siz bundan əvvəlki svetoforun qırmızı işığındakeçdinizmi ?O bildirmişdir ki, xeyr. Bundan sonra o, yenidən sual etdi ki, o zaman sarı işıqdamı keçdiniz? O bildirdim ki, xeyr, O yaşıl işıqda keçmiş. Daha sonra, həmin DYP əməkdaşı ona bildirmişdir ki, onsuz da həmin ərazidə təhlükəsizlikvə ya müşahidə kameraları mövcuddur, əgər, qayda pozuntusu etmisinizsə, yəni, svetoforun qırmızı və ya sarı işığında keçmisinizsə, bu həmin kameralar tərəfindən qeydə alınmışdır və qayda pozuntusu ilə bağlı Sizə cərimə gələcəkdir. O isə təbii ki, tam arxayın şəkildə bir daha bildirdim ki, qeyd olunan qayda pozuntusuna yol verməmişəm və əgər, bununla bağlı hər hansı bir kamera görüntüsü təqdim edilərsə və bu hal ona sübut edilərsə, inzibati xəta törətməyimlə bağlı cəriməni ödəməyə hazırdır. Bundan sonra, o avtomaşınla yoluma davam etməyə başlamışdır. 5 dəqiqə sonra onun mobil telefonuna həm sms şəklində, həm də telefonunda mövcud olan “SMS Radar”proqramı vasitəsi ilə cərimə olunmağı ilə bağlı bildiriş gəldi. O, avtomaşını yolun kənarına çəkərək, telefonunda mövcud olan “SMS Radar” proqramına baxdı, orada, yalnız, onun adına tərtib olunmuş protokolu müşahidə etdi, hər hansı bir kamera görüntüsü yox idi və daha sonra da, hazırki anadək elə bir görüntü ora yerləşdirilməmişdir. Sözügedən avtomaşın onun mülkiyyətində olmasına, yəni, onun adına olmasına baxmayaraq, tərəfindən, digər bir şəxsə avtomaşını idarə etməklə bağlı etibarnamə vermiş və mövcud qaydalara əsasən, məlum olduğu kimi, adətən, törədilən inzibati xətalarla bağlı cərimələr və digər tədbirlər, məhz, sonuncu etibarnamə verilmiş şəxsin adına gəlir. Həmin anda etibarnamə verdiyi həmin şəxs ona zəng edərək, təəccüblə mənə bildirdi ki, bu necə ola bilər ki, onun adına sonuncu etibarnamə olduğu halda, Sənə cərimə gəlmişdir və bu barədə ona da sms bildirişi daxil olmuşdur. Bu, həmin DYP əməkdaşının məqsədli və qərəzli şəkildə əllə, yəni mexaniki şəkildə tərtib etdiyi qanunsuz protokoldur, bunun təhlükəsizlik və ya müşahidə kameralarına heç bir aidiyyatı yoxdur. 2 gün sonra, yəni, ## #### 2026-cı il tarixdə Pirallahı rayon DYPŞ Yol patrul xidmətinin ## #### 2026 cı iltarixli, İXP ******* saylı İnzibati Xəta haqqında qondarma Prorokolunun qəbulunun əsasında tərtib edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qanunuz Qərarının surətini Masallı rayonundakağız şəklində əldə etdim və tanış olduqda sadəcə təssüf hissi keçirdim. Sözü gedən qondarma protokol və qanunsuz qərar DYP əməkdaşı tərəfindən sadəcə primitiv və kustar şəkildə, ən adi bir elementar kargüzarlıq qaydalarılna riayət edilmədən belə tərtib edilmişdi. Odur ki, hazırki şikayətimlə məhkəməyə müraciət etməklə bir daha aşağıda qeyd etdiyim əsaslara görə hesab edirəm ki, hər hansı bir inzibati xətaya, qeyd olunan inzibati xətaya isə ümumiyyətlə yol vermədiyim halda, Pirallahı Rayon DYPŞ Yol Patrul Xidməti Baş İnspektoruR X2 tərəfindən onun barəsində qərəzli şəkildə və ya hər hansısa marağa görə yuxarıda qeyd etdiyim qondarma protokol, bunun əsasında isə sözü gedən qanunsuz Qərar tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə görə (Maddə 327.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) : Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir və 327.2 -ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla qiymətəndirilir. Maddənin də məzmunundan göründüyü kimi, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi inzibati məsuliyyətə səbəb olur. O isə, yuxarıda da qeyd etdiyim kimi, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi ilə müşaiyət olunan inzibati xətaya yol verməmişəm. Hazırki şikayətimlə tələb edirəm ki, onun tərəfindən, qanunvericiliyin bu tələblərinin pozulması halını təsdiq edə biləcək sübutlar (təhlükəsizlik və ya müşahidə kameraları görüntüləri və s.) və xüsusən, inzibati xəta hadisəsinin görüntülərinin elektron daşıyıcıda surəti məhkəmə araşdırması zamanı məhkəməyə və mənə təqdim edilsin. Tələb etdiyim həmin dəlilsübutların məhkəmədə tədqiqi zamanı birmənalı şəkildə onun tərəfindən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi faktının mövcud olmaması aşkara çıxacaqdır. Bu sənədsübutların tələb və əldə edilməsi onun müstəsna hüququdur. Çünki, Azərbaycan Respublikasının İXM-nin 61.1, 61.1.8 və 61.2ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır ; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.3, 100.2 və 100.4-cü maddələrində göstərilmişdir ki, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat göstərilməlidir. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sözügedən “inzibati xəta” ilə bağlı yerində və ya ona məlum olan ümumiyyətlə hər hansı bir protokol tərtib edilməmiş və ya bu barədə qanunvericiliyin yuxarıda qeyd etdiyim normaları müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən kobud şəkildə pozulmuşdur. Onun yanında deyil, başqa bir yerdə tərtib edilən protokol, qanunsuz, primitiv və savadsız şəkildə tərtib edilərkən onun heç bir hüququ nəzərə alınmamış, mənə hüquqlarım izah edilməmişdir. Həmin “protokol”u imza etməyi və ya bundan imtina etməyi barədə həmin protokolda heç bir qeyd-filan aparılmamış, inzibati xətanın törədildiyi yer və ərazi haqqında protokolda tam dəqiq bir qeydiyyat aparılmamışdır. Bu həmin “protokol”un özünə nəzər saldıqda da açıq-aşkar bəlli olur. Bu səbəbdən hesab edirəm ki, hazırkı protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin100-cu maddəsinin tələblərinə cavab vermir, qeyri-müəyyən və natamam bir sənəd olmaqla özü-özlüyündə etibarsızdır. Çünki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.6-cı maddələrinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta tərkibiolmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir.” Göründüyükimi, sözü gedən inzibati tənbeh vermə haqqındakı qanunusuz və əsassız qərardan verdiyim şikayətdə, həmin qərarın özünün və onun qəbul edilməsinə səbəb olmuş protokolun qanunsuzluğu və əsassızlığı, üzərimə düşmədiyi, vəzifəm olmadığı halda belə tərəfimdən, tam şəkildə ortaya qoyulmuş, sübut edilmişdir. Məhkəmə, sözü gedən arqumentlərini daha ciddi şəkildə, polisdən (onun rəisindən) qorxmadan araşdırmalı, şikayətimə qanuni əsaslarla baxılmalı, sözü gedən qanunsuz qərar və onun əsassız nəticələri ləğv edilməli idi. Belə ki, bütün vasitələrlə şikayətçi olaraq onun deyil, məhz qarşı tərəfin, yəni, qanunsuz qərarı qəbul etmiş orqanın hüquqlarını müdafiə etməyə çalışan birinci instansiya məhkəməsinin hakiminin, bilavasitə “sübut etmə yükü” üzərinə düşən qarşı tərəfin, sözü gedən inzibati tənbeh qərarının əsaslarını(onun tərəfindən guya, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi faktının) rəsmi olaraq məhkəməyə və mənə sübut və ya bəyan etməyə borclu olduğu halda, tam qanunsuz əsaslarla, nədənsə, bunu məndən tələb etməyə çalışması və ya bunu məndsən gözləməsi çox gülünc, parodksal və biabırçı, məhkəmə hakiminə yaraşmayan, savadsız bir hərəkətdir, qanunverciliyin tələblərinə ziddir. Hesab edirəm ki, məhkəmə, həqiqəti üzə çıxarmaq məqsədilə inzibati protokolu və qərarı tərtib edən səlahiyyətli şəxslərdən, şikayətimdə qeyd və tələb etdiyim sübutların məhkəməyə təqdim edilməsi və ümumiyyətlə sübutların ortaya qoyulması üçün mümkün tədbirlər görməli idi. Mövcud qanunverciliyin tələbinə görə, icraata daxil olmuş işlər üzrə hər bir halda "sübutetmə yükü" barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun qanuni nümayəndəsinin və ya vəkilinin üzərinə deyil, məhz müvafiq rəsmiləşdirməni apararaq protokolu, qərarı tərtib edən inzibati orqanın və onun vəzifəli şəxsinin üzərinə düşür. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik və sair qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmənin vəzifəsi isə hüquqi müstəvidə həqiqətə nail olmaqdır. Belə ki, çəkişmə prinsipi tərəflərə bərabər prosessual hüquq verir, onlar hüquq və mənafelərini müdafiə etmək üçün tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla nəzərdə tutulur və məhkəmədə təmin edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi İnzibati Xətalar Məcəlləsindənibarətdir ki, bu, Məcəllənin tələbləri baxımından da yalnız inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edilir, onlar işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək məqsədilə rəsmi olaraq çağırılırlar. Məhkəmə, bilavasitə sözü gedən məsələ ilə bağlı sübut etmə yükü onun, yəni, qarşı tərəfin üzərinə düşdüyüyndən, inzibati orqanın səlahiyyətli nümayəndəsindən bu sübutların məhkəmədə tədqiq edilməsindən ötrü onu tələb etməli, onların məhkəməyə təqdim edilməsi üçün mümkün tədbirlər görməli idi. Belə ki, birinci instansiya məhkəməsi "ədalətmühakiməsi" anlayışı öz mənasını itirməsin deyə inzibati material üzrə işi həll edən və arqumentləri araşdıran passiv arbitr rolunu deyil, əksinə prosesin fəal iştirakçısı olaraq, faktları müəyyən etmək və aydınlaşdırmaq, prosesdə aktivlik nümayiş edərək həqiqəti üzə çıxartmaq məqsədilə ilkin araşdırmanı təmin edən orqanın səlahiyyətli nümayəndəsinin iştirakı ilə bağlı lazımi və ağlabatan mümkün tədbirləri görməli idi ki, hər bir tərəfə məhkəmədə çəkişmə prinsipinin şərtlərinə uyğun lazımı şarait yaradılsın və sözü gedən inzibati xəta haqqında iş üzrə mümkün şübhələri təqsirsizlik prezumpsiyası daxilində barəsində icraat aparılan şəxsin xeyrinə həll edilməklə həqiqət müəyyən edilsin, cəmiyyətdə məhkəməyə inamın artırılması və ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılması təmin olunsun. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) TP seriyalı ******* nömrəli, ##.##.2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76- cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Hazırki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP seriylı ******* nömrəli, ##.##.2026-ci il tarixli protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. TP seriylı ******* nömrəli, ##.##.2026-ci il tarixli qərardad görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. Pirallahı RPİ-nin ##.##.2026-cı il tarixli məlumatından görünür ki, DİN-nin TŞ kameraları görüntüləri 30 gün müddətindən sonra silindiyi üçün bununla bağlı müraciətin icrası mümkün deyil. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə ünvanlanan şikayət ərizəsinin eyni məzmuna malik dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, videogörüntülərin mövcud olmaması və ya saxlanılma müddətinin bitməsi nəticəsində silinməsi özlüyündə inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab olunmasına əsas vermir. İnzibati xəta işi üzrə sübutlar yalnız videogörüntülərlə məhdudlaşmır və işdə olan digər materiallar məhkəmə tərəfindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, sübutlar hakim tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmaqla daxili inam əsasında qiymətləndirilir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokolu, vəzifəli şəxsin qərarını və digər sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, həmin sübutlar bir-biri ilə uzlaşır, onların mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdir və şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq olunur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya şikayətinin edilməsi üçün hər hansı əsas müəyyən etmir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) özünün həm birinci instansiya məhkəməsinə ünvanlanmış şikayət ərizəsindən, həm də hazırki apellyasiya şikayətinin dəlillərindən məlum olur ki, o, ## #### 2026-cı il tarixdə, saat 12-45 radələrində ona məxsus, mülkiyyətində olan, idarə etdiyi BMVV 520I MİLD HİBRİD MİNİK markalı, **NR*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Zirə qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun əks istiqamətində, kiçik bir mağazanın qarşısında dayanan DYP avtomaşını Mərdəkan yolu istiqamətində hərəkət etməklə qarşıdan manevr edərək onun arxasınca sürmüş və “Suqovuşan Aqro” Marketə çatmamış avtobus dayanacağının yanındakı digər svetoforun qırmızı işığında gözlədiyi şəraitdə, öndə saxlamağı ilə bağlı işarə verməklə onu saxlamışdır. Həmin vaxt DYP əməkdaşı ona svetoforun qırmızı və ya sarı işığında keçibkeçməməsinə dair suallar vermişdir və məhz elə həmin hadisədən 5 dəqiqə sonra onun mobil telefonuna həm sms şəklində, həm də telefonunda mövcud olan “SMS Radar” proqramı vasitəsi ilə cərimə olunmağı barədə bildiriş gəlmişdir. Başqa sözlə, məhkəmə onu nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) da bildirdiyi kimi ona istinad olunan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokolun tərtib olunmasından qısa müddət öncə DYP əməkdaşının ona yaxılaşaraq sözügedən halla əlaqədar şübhələrin olmasını qeyd etməsi və nəticədə barəsində İXP seriylı ******* nömrəli, ##.##.2026-ci il tarixli protokolun tərtib olunması Qərardan şikayət verən orqan (şəxs) məhz özünün dəlilləri əsasında ona istinad olunan inzibati xətanı törətməsi faktını ortaya qoyur. Məhkəmə həmçinin qeyd edir ki, şikayətin dəlillərindən göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) onun barəsində İXP seriylı ******* nömrəli, ##.##.2026-ci il tarixli protokolun DYP əməkdaşı tərəfindən məqsədli və qərəzli şəkildə əllə, yəni mexaniki şəkildə tərtib etdiyi qanunsuz protokol olması iddiasını irəli sürmüşdür ki, bununla bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə protokolun tərtib olunmasından bir neçə dəqiqə öncə DYP əməkdaşının da ona inzibati xəta faktına münasibətdə şübhələrin olması əsası ilə ona yaxınlaşdığını göstərməklə məhkəmənin yeku qənaətə gəlməsində protokolda göstərilmiş pozuntunun mövcudluğuna dair şübhələri aradan qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsaəsn bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1845/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1845/2026
23.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver