Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1846/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Musayev Elmir Məhəmməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin təsisçisi Hümbətov Saday Mustafa oğlunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Hümbətov Saday Mustafa oğlu tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın icrası ilə əlaqədar X2 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlərin görülmədiyi qeyd edilmişdir. Nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə hüquqi şəxs «xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan “xxxx” MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi və buna qəsd olmamışdır. Inzibzti məsuliyyətə cəlb edilməyə səbəb olmuş münasibətlər üzrə sənədləşmənin əsasları dəqiq və düzgün araşdırılmadığından hüquqi şəxs əsassız məsuliyyətə cəlb olunmuşdur. Tərtib olunmuş protokol həqiqəti əks etdirmir və prosessual pozuntularla rəsmiləşdirildiyindən əsassız hesab olunmaqla inzibati iş üzrə icraata xitam verilməli olduğu halda məhkəmə işin həqiqi və əhəmiyyətli hallarını düzgün tədqiq etməyərək müvafiq qərarı qəbul etmişdir. Protokolu tərtib edən orqan iştiraklarını təmin etməmiş və xəbərləri olmadan məsuliyyət məsələsini müzakirəyə çıxarmışdır. Məhkəmə Qərarı iştirakları olmadan çıxarılmış və ünvanlarına vaxtında, dəqiq göndərilmədiyindən məlumatlı olmamışlar. Qərarın məzmunundan müəyyən olunur ki, “AR Inzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə olunmuş şəxsin işlədiyi, əmək haqqı aldığı iş yerinə Hümbətov Saday Mustafa oğlunun əmək haqqından tutulması üçün göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktuba əsasən tutulma aparılmamışdır. Tərtib olumnuş protokola baxan birinci instansiya məhkəməsi isə əks tərəfin mövqeyini haqlı hesab etmiş və hüquqi şəxsi təqsirli bilərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir ki, hazırda bu qərar tərəflərindən mübahisələndirilir. Məhkəmə qərarında yazmışdır ki, “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası IXM- nin 529.1-1-ci maddəsində nəzərdə tutulan əməlini törədilməsi tam sübuta yetirilir. Belə ki, “xxxx” MMC DƏMX-nin Bakı şəhər Idarəsinin MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən 04 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş, yalnız DƏMX-nin Bakı şəhər Idarəsinin ##.##.2025- ci il tarixli, *-**-*/*-******/**** saylı göstəriş məktubunu aldıqdan sonra icrasına başlanılmışdır. Bundan başqa, ##.##.2025-ci il tarixli, *-**- */*-******/**** saylı məktubda qeyd olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Saday Hümbətov Mustafa oğlunun əmək haqqından hər ay 25% tutulmaqla 1500 manat məbləğində inzibati cərimənin ödənilməsinin təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməli və 3 (üç) iş gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. “Azerexpresspost” göndərişlərin izlənməsindən görünür ki, məktub (ştrix-kod SS41977104AZ) «xxxx» MMC-yə ##.##.2025-ci il tarixdə çatdırılmış, Hümbətov Saday Mustafa oğlu MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında olan cəriməni ##.##.2025-ci il tarixdən başlayaraq ödəməyə başlamış, lakin xidmətə bu barədə məlumat verilməmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin təsisçisi Hümbətov Saday Mustafa oğlunun izahatında cəriməni tam ödəməsini və bu səbəbdən icraata xitam verilməsini xahiş etmişdir. Lakin şəxsin cəriməni ödəməsi onun inzibati məsuliyyətə cəlb edilməməsi üçün əsas deyil. Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.... ” Məhkəmənin bu yanaşması doğru deyildir. Protokol tərtib olunanda tərəfin iştirakı təmin olunsaydı müvafiq sənədlər təqdim edilərdi. Məhkəmədəki araşdırma zamanı isə hakim ödəniş barədə sübutları gördükdən sonra narahat olamamğı və arxeyin getməyi bildirərək daha məhkəməyə gəlmək lazım olmadığını bildirmişdir. Onlar yuxarıda qeyd olunan ödənişi ödəməyə başlamış və tam ödəmişlər. Bu barədə qəbzlər vardır və icra işini aparan icra məmuru da bunu nəzərə alıb işə xitam vermişdir. Məhkəmədə isə bütün hallar ətraflı araşdırılmadan barələrində təqsirlilik barədə hüquqi qərar qəbul edilmişdir ki, bununla razılaşa bilməzlər. Halbuki, iş ərtaflı araşdırılsaydı və sənədlər doğru dürüst tədqiq edilsəydi onların bu işdə qəsdi və ya digər bir günahlarının olmaması müəyyən olunardı. ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan xəbərsiz olmuşlar. Qərar icra üçün ünvanlarına gəlməmişdir. Yalnız xatırlatma məktubundan sonra ##.##.2025-ci il tarixdən başlayaraq aylıq hər dəfəsində 287.88 manat, 327.86 manat, 325 manat, 279.63 manat və 279.63 manat məbləğində pul müvafiq hesaba ödənmişdir. Cəmi 1500 manat ödənmişdir. Axırıncı ödəniş ##.##.2026-cı il tarixdə olmuşdur. Təbiidir ki, bu ödənişin hissə-hissə olması məktubda göstərildiyi qaydaya görə olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər Idarəsi tərəfindən daxil olmuş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokolu tərtib olunarkən artıq tərəflərindən cərimənin 80 faizi ödənmişdi və bunu hesablarına daxil olan ödənişlərdən təşkilat görməli idi. Əgər protokol tərtib olunarkən onlarla əlaqə saxlanılsaydı bunu (ödəniş qəzlərini) rəsmən də təqdim edəcəkdilər və protokolu tərtib etməyə lüzum qalmayacaqdı. Işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Lakin hazırkı vəziyyətdə bu qaydalar pozulmuşdur. Bu hallara məhkəmə diqqət etməmiş və əsasları aydınlaşdırmamışdır. Belə olan halda işin həqiqi tərəfləri məhkəmə tərəfindən düzgün dəyərləndirilməyərək inzibati xəta üzrə tənbeh verilməsi ilə nəticələnən prosedur formalaşdırılmışdır ki, həmin qərar tərəflərindən mübahisələndirilir. “xxxx” MMC tərəfindən bu vəziyyətdə heç bir qəsd olmamışdır. Inzibati xəta törətmək üçün buna meyilli şəxs deyillər. Bu günədək heç bir xətaları qeydə alınmamışdır. Beləliklə də, hüquqları kobud surətdə pozularaq, əsassız yerə inzibati məsuliyyətə cəlb olunmuşlar. Ona görə də, mübahisələndirdikləri qərar apelyasiya qaydasında baxılaraq ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin təsisçisi Hümbətov Saday Mustafa oğlu apellyasiya şikayətini müdafiə edərək, dəlillərinə uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv olunmalı və “xxxx” MMC barəsində inzibati iş üzrə icraata xitam verilərək yeni qərar qəbul olunmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayan apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olmasını və tənbeh edilməli olmasını göstərsə də, bu əsaslı olmamışdır. Ilk növbədə, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarına əlavə edilmiş X2 Xidməti Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MMC-nin təsisçisi Hümbətov Saday Mustafa oğlu ilə arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilyyətinin itirilməsi hallarından icbari sığortalanmaması məlum olmuş və nəticədə Hümbətov Saday Mustafa oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (bir min beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Iş materiallarına əlavə edilmiş X2 Xidməti Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC-nin rəhbərliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılan təhlillər zamanı əldə edilmiş məlumatlar əsasında məlum olmuşdur ki, hər bir işçinizin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanması təmin edilmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Saday Hümbətov Mustafa oğlu Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 469-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti (bundan sonra Xidmət) tərəfindən ##.##.2025-ci il tarixli MN******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. AR IXM-nin 150.5.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində qəbul edilmiş qərar bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, cərimənin ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Həmin Məcəllənin 150.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır Qeyd olunanlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Saday Hümbətov Mustafa oğlunun əmək haqqından hər ay 25% tutulmaqla 1500 manat məbləğində inzibati cərimənin ödənilməsinin təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 (üç) iş gün ərzində Xidmətə yazılı formada məlumat verməyinizi xahiş edirik. Eyni zamanda tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə Xidmətə məlumat verməyinizi, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini 3 (üç) gün müddətində Xidmətə qaytarılmağı xahiş edilmişdir. Iş materiallarına əlavə edilmiş ## ###### 2025-ci il tarixli “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin hesabına 287.88 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Iş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin hesabına 279.63 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Iş materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin hesabına 279.63 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Iş materiallarına əlavə edilmiş ## ##### 2026-cı il tarixli “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin hesabına 325 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Iş materiallarına əlavə edilmiş ## ### 2026-cı il tarixli “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin hesabına 327.86 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.; Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına, elektron pul təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tətbiq edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hüquqi şəxs tərəfindən qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi uzanan inzibati xəta hesab edilir. Bu əməl tədbirlərin görülməməsi ilə başa çatır, lakin aşkar olunduğu vaxtdan inzibati məsuliyyətə səbəb olur. Iş materialları ilə müəyyən olunur ki, DƏMXnin Bakı şəhər Idarəsi tərəfindən həmin inzibati xəta ##.##.2026-cı il tarixdə aşkar edilərək protokol tərtib edilmişdir. Bundan başqa, 529-cu maddəsinin qeyd hissəsinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi IXM-nin 529.1-1-ci maddəsi cərimənin ödənilməsi ilə bağlı inzibati məsuliyyətdən azad etməni nəzərdə tutmur. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və nəticəni işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş ## ###### 2025-ci il tarixli, ## ###### 2026-cı il tarixli, ## #### 2026-cı il tarixli, ## ##### 2026-cı il tarixli və ## ### 2026-cı il tarixli “A” formatlı ödəniş tapşırıqlarından müəyyən edilir ki, “xxxx” MMC tərəfindən X2 Xidmətinin hesabına, müxtəlif məbləğlərdə, ümumi olaraq isə 1500 manat məbləğində pul vəsaiti köçürülmüş və ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə 1500 manat məbləğində inzibati cərimə tam olaraq ödənilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş “A” formatlı ödəniş tapşırıqlarını, həmçinin ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə 1500 manat məbləğində cərimənin ödənilməsini nəzərə almamşdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cərimə, onlara məlum olduğu gündən ödənilməyə başlanılmış və ## ### 2026-cı il tarixdə 1500 manat məbləğində cərimə “xxxx” MMC tərəfindən tam olaraq ödənilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən, bu məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, “xxxx” MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsaslar, MMC tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlər görülməmiş olan halda yarana bilərdi. Hazırki vəziyyətdə və iş materiallarına əlavə edilmiş “A” formatlı ödəniş tapşırıqları ilə də sübut olunur ki, “xxxx” MMC tərəfindən, ##.##.2025-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cərimə onlara məlum olduğu gündən ödənilməyə başlanılmış və 1500 manat məbləğində cərimə ## ### 2026-cı il tarixdə tam olaraq ödənilmiş və bununla da şirkət tərəfindən qərarın icrası ilə əlaqəli bütün zəruri tədbirlərin görülməsi başlanılmış və davam etdirilmişdir. Beləliklə, işin hallarından müəyyən olunmuşdur ki, “xxxx” MMC tərəfindən cərimənin ödənilməsi istiqamətində bütün zəruri tədbirlər görülmüşdür. Bundan başqa DƏMX-nin Bakı şəhər Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** saylı göstəriş məktubunun “xxxx” MMC-ə rəsmi olaraq təqdim olunmasına dair iş materiallarına heç bir sübut əlavə olunmamış və tərtib olunmuş protokolda qeyd edilən məlumatların verilməməsi öz təsdiqini tapmamışdır. Belə olan halda protokolda göstərilən xüsusatlar öz təsdiqini tapmır və birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq cərimə cəzası tədbiq edilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya instansiyası məhkəməsi şikayətə və inzibati xəta haqqında iş üzrə icraat materiallarına münasibətdə “xxxx” MMC-nin Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunması haqqında birinci instansiya məhkəməsinin qərarını əsaslı saymır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Мəcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Мəcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən Inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, “«xxxx” MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməktə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv olunmalı və “«xxxx” MMC barəsində başladılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, qərara alır: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. “xxxx” MMC barəsində başladılmış inzibati iş üzrə icraata xitam verilsin.. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1846/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1846/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver