Məhkəmə qərarları › İş №3(3-6)-1847/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1847/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1847/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin nümayəndəsi (vəkili) nümayəndə1i Mübariz oğlunun, zərərçəkmiş şəxs Maraqlı şəxs (üçüncü şəxs) MMC-nin etibarnamə üzrə nümayəndəsi nümayəndə2 iştirakları ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin nümayəndəsi (vəkili) nümayəndə1i Mübariz oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqanndən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli icra sənədi üzrə tələb təmin edilməmişdir. Bununla da barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Protokolu tərtib edən orqan icra məmuru X1 tərəfindən ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin nümayəndəsi (vəkili) nümayəndə1i Mübariz oğlu apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, iş materiallarına əsasən, hakim tərəfindən ##.##.2026-cı il tarixdə işin icraata qəbul edilməsi və məhkəmə baxışının ##.##.2026cı il saat 16:40-a təyin edilməsi barədə qərardad və bildiriş tərtib edilmişdir. Daha sonra, ##.##.2026-cı il tarixdə işin ##.##.2026-cı il saat 11:35- ə təyin edilməsi barədə növbəti bildiriş hazırlanmışdır. Lakin bu sənədlərin heç biri qanunla müəyyən edilmiş qaydada və vaxtda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-yə çatdırılmamışdır. Məhkəmə prosesi baş tutub yekunlaşdıqdan və cəmiyyət barəsində 3000 manat məbləğində cərimə qərarı çıxarıldıqdan günlər sonra — yəni ## ### 2026-cı il tarixində sözügedən sənədlər elektron kabinetə yüklənmişdir. Bu isə o deməkdir ki, məhkəmə iclasının keçirildiyi tarixdə (14 may) cəmiyyətin bu barədə heç bir rəsmi məlumatı olmamışdır. Məhkəmə baxışının keçirildiyi və yekun qərarın çıxarıldığı ##.##.2026-cı il tarixinədək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC ümumiyyətlə "E-məhkəmə1 portalında sözügedən iş üzrə tərəf kimi qeydiyyata alınmamışdır. Yalnız məhkəmə prosesi tamamilə bitdikdən günlər sonra — ## ### 2026-cı il tarixində hakimin köməkçisi Vasif adlı şəxs cəmiyyətin rəhbərliyi ilə telefon və "WhatsApp" messenceri vasitəsilə əlaqə saxlamış, cəmiyyətin VÖEN kodunu tələb etmişdir. Yalnız cəmiyyətin VÖEN-i köməkçiyə təqdim edildikdən sonra, 18 may tarixində cəmiyyət sistemə tərəf kimi əlavə edilmiş və bildirişlər ilk dəfə həmin vaxt görünmüşdür. Bu fakt birmənalı olaraq sübut edir ki, məhkəmə iclasının keçirildiyi günədək cəmiyyətin sistem vasitəsilə hər hansı bildiriş alması rəqəmsal və texniki baxımdan tamamilə qeyri-mümkün olmuşdur. Hakim və onun heyəti öz prosessual səhvlərini ört-basdır etmək üçün qərar çıxdıqdan sonra cəmiyyəti sistemə daxil etmişlər. Əlavə olaraq bildiririk ki, İXM-nin 75-ci və 104-cü maddələrinin tələbinə görə, hakim işə baxarkən inzibati xətanın törədilib-törədilməməsini, həmin şəxsin onun törədilməsində təqsirli olub-olmadığını və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halları araşdırmağa borcludur. Lakin hakim Zəfər Ramazanov iş materiallarında olan ciddi qanunsuzluqlara göz yummuşdur. Belə ki, cəmiyyət barəsində ilkin "Akt" və "İnzibati xəta haqqında Protokol" tərtib edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-yə heç bir məlumat verilməmiş, proses cəmiyyətdən gizl saxlanılmışdır. Hakim işin baş vermə səbəblərini, cəmiyyətin real mövqeyini və hadisənin faktiki tərəflərini qətiyyən araşdırmadan, birtərəfli qaydada qərar qəbul etmişdir.İXM-nin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin (və ya nümayəndəsinin) iştirakı ilə tərtib edilir. Protokol tərtib edilərkən həmin şəxsə hüquq və vəzifələri izah olunmalı, onun protokolla tanış olmaq, ona dair izahatlar və mülahizələr vermək hüququ təmin edilməlidir (İXM 100.3 və 100.4). Protokolun cəmiyyətdən gizlin, qiyabi qaydada tərtib edilməsi qanunun imperativ tələblərinin pozulmasıdır. Hakim isə bu cür qanunsuz və qeyriobyektiv materiallar əsasında ədalətsiz qərar çıxarmaqla qanunçuluq prinsipini (İXM Maddə 4) tapdalamışdır. "Hakimlər və məhkəmələr haqqında" Qanunun 111-ci maddəsinə əsasən, hakim ədalət mühakiməsini həyata keçirərkən qanunvericiliyin tələblərinə dəqiq riayət etməli, habelə məhkəmə etikası normalarını pozmamalıdır. Hakimin sənədləri vaxtında göndərməyib, proses bitəndən sonra (18 mayda) sistemə yükləməsi onun xidməti vəzifələrinə səhlənkar yanaşmasının və intizam pozuntusunun bariz göstəricisidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin razılığı ilə şikayətə icra məmurunun iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin nümayəndəsi (vəkili) nümayəndə1i Mübariz oğlu verilmiş şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Maraqlı şəxs (üçüncü şəxs) MMC-nin etibarnamə üzrə nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə münasibət bildirərək məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməli, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)- ***/**** saylı, ## ##### 2026-cı il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə və 4 generatordan ikisinə münasibətdə qeyri-yaşayış sahələrinə elektrik enerjisi, isti su və istiliyin veriməsinin dayandırılması və qeyri yaşayış sahələrinə qanunsuz bildirişlərin göndərilməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə "xxxx” ASCyə qadağan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Protokolu tərtib edən orqan “İcraata başlamaq haqqında” ## ##### 2026-cı il tarixli qərarından görünür ki, **(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş Protokolu tərtib edən orqan tələbin könüllü icrası haqqında ## ##### 2026-cı il tarixli bildirişdən göründüyü kimi, **(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Protokolu tərtib edən orqan icra məmuru X1 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli icra sənədi üzrə tələb təmin edilməmişdir. Bununla da barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşdən mübahisəsiz görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin barəsində Protokolu tərtib edən orqan tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli icra sənədi üzrə tələb təmin edilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və birinci instansiya məhkəməsi həmin protokol əsasında MMMC-ni məsuliyyətə cəlb etmişdir. Hazırda məhkəməyə təqdim edilən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, e-16(3-6)-357/ 2026-cı il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından maraqlı şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-16(5-94)- ***/**** nömrəli qərardadı ləğv edilmiş və Maraqlı şəxs (üçüncü şəxs) Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə təmin edilməmişdir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, iş materiallarından və təqdim edilmiş sənədlərdən də göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə səbəb olmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, e-16(3-6)-357/ 2026-cı il tarixli qərardadı ilə ləğv edilmiş və həmin qərardad çıxarıldığı andan qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin nümayəndəsi (vəkili) nümayəndə1i Mübariz oğlunun apellyasiya şikayəti təmin edilsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Protokolu tərtib edən orqan icra məmuru X1 tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMMC-nin barəsində ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar