Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1849/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi nümayəndə1 iştiraki ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə ## ### 2026-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ##.##.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ##.##.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, ##.##.2026-cı il tarixdə Qazaxıstan Respublikasının “Kurik” limanından Azərbaycan Respublikasına “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə daxil olan “Professor Gül” gəmisinin içərisində olan mallara yoxlama keçirərkən, gəminin göyərtəsində əvvəlcədən gömrük orqanına təqdim edilməmiş, şifahi, kağız üzərində yazılı və elektron formada bəyan edilməmiş 12 ədəd “Castrol MHP154 208L TU” markalı motor yağı çəni aşkar olunmuşdur. Yoxlama zamanı, çənlərdən 6 ədədinin dolu, 6 ədədinin boş olduğu müəyyən olunmuşdur. Aşkar olunan predmentlər videoçəkilişdən istifadə edilərək protokol əsasında götürülmüşdür. Araşdırma zamanı, motor yağlarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən alınaraq, ölkəyə gətirildiyi müəyyən olunmuşdur. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş malın ümumi dəyəri olan 13500 (on üç min beş yüz) manatın 40 faizi məbləğində yəni 5400 (beş min dörd yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC apellyasiya qaydasında şikayət verərək qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarda qeyd etmişdir ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlarla bağlı bildirilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarını qiymətləndirərkən yalnız müvafiq dövlət orqanının təqdim etdiyi inzibati xəta haqqında protokola istinad etmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin Bakı şəhər Səbail rayon Məhkəməsinin iclasında qeyd etdiyi nüanslarla bağlı dövlət orqanından sübut tələb etməmişdir. Lakin birinci instansiya məhkəməsi *(*-***)-****/**** saylı qərarında müvafiq inzibati xəta haqqında protokolun qanuniliyini yoxlamadan, yalnız ona istinad edərək ASCO-nun əməli törətdiyini qeyd etmişdir. Nəzərə alınsa ki, məhkəmənin sözügedən qeydi təsviri-əsaslandırıcı hissədə deyil, birbaşa *(*-***)-****/**** saylı qərarın mübahisələndirilməyən faktlar hissəsində verilmişdir, bu da təqsirsizlik prezumpsiyasının aşkar pozulması halıdır. Belə ki, məhkəmə inzibati xətənın törədilməsi üzrə yeganə əsaslandığı sübut müvafiq səlahiyyətli orqanın tərtib etdiyi inzibati xətanın törədilməsi haqqında protokoldur. Lakin məhz həmin protokolun qanuni və əsaslılığı məhkəmə tərəfindən yoxlanılmalı idi. Nəticədə məhkəmə mübahisələndirilən sənədə sübut qiyməti vermişdir. Yuxarıda qeyd olunanlara əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən barəsində inzibati icraat aparılan şəxsin təqsirinin başqa hər hansı sübutla təsdiq edilmədiyini nəzərə alınmaması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi nümayəndə1 məhkəmə iclasında tərəflərindən verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-in İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək tənbeh edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin ##.##.2026-cı il tarixli *** nömrəli mütəxəssis rəyindən görünür ki, qoyulmuş suala cavab olaraq ##.##.2026-cı il tarixli qərardada əsasən ekspertiza tədqiqatına təqdim edilən 12 ədəd “Castrol MHP154 208L TU” markalı motor yağının ##.##.2026-cı il tarixinə 1 ədədinin dəyəri 2250 AZN olmaqla, ümumilikdə 12 ədədinin bazar dəyəri 27.000 AZN müəyyən edildiyi göstərilmişdir. İşə əlavə edilmiş ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsini yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı “Professor Gül” gəmisinin göyərtəsində aşkar edilən 12 ədəd “Castrol MHP154 208L TU” markalı motor yağı çəni (6-dolu, 6-boş, doluların hər biri 208 litr, 200 kq) barədə məlumatın, gəmi Rı V.İ.Ağammədov tərəfindən gömrük orqanına təqdim edilən sənədlərin heç birində olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Əməliyyat və Təhqiqat İdarəsinin rəisi Orxan Əlizadənin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəis müavini Elçin İsgəndərova ünvanladığı raportunda qeyd edilmişdir ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinə daxil olmuş məlumata əsasən, ##.##.2026-cı il tarixində Qazaxıstan Respublikasının “Kurik” limanından Azərbaycan Respublikasına “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə daxil olan Professor Gül” gəmisinin içərisində olan mallara yoxlama keçirərkən, gəminin göyərtəsində əvvəlcədən gömrük orqanına təqdim edilməmiş, şifahi, kağız üzərində yazılı və elektron formada bəyan edilməmiş 12 ədəd “Castrol MHP154 208L TU” markalı motor yağı çəni aşkar olunmuşdur. Yoxlama zamanı, çənlərdən 6 ədədinin dolu, 6 ədədinin boş olduğu müəyyən olunmuşdur. Aşkar olunan predmetlər videoçəkilişdən istifadə edilərək, protokol əsasında götürülmüşdür. Araşdırma zamanı, motor yağlarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən alınaraq, ölkəyə gətirildiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC (VÖEN: **********) barəsində müvafiq tədbir görülməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm. İXM-in 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Toplanmış materiallardan müəyyən edilir ki, ##.##.2026-cı il tarixdə Qazaxıstan Respublikasının “Kurik” limanından Azərbaycan Respublikasına “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə daxil olan “Professor Gül” gəmisinin içərisində olan mallara yoxlama keçirərkən, gəminin göyərtəsində əvvəlcədən gömrük orqanına təqdim edilməmiş, şifahi, kağız üzərində yazılı və elektron formada bəyan edilməmiş 12 ədəd “Castrol MHP154 208L TU” markalı motor yağı çəni aşkar olunmuşdur. Yoxlama zamanı, çənlərdən 6 ədədinin dolu, 6 ədədinin boş olduğu müəyyən olunmuşdur. Bu da hüquqi şəxs tərəfindən İXMin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyinə dəlalət edir. Apellyator apellyasiya şikayətində məhkəmənin inzibati xətənın törədilməsi üzrə yeganə əsaslandığı sübutun müvafiq səlahiyyətli orqanın tərtib etdiyi inzibati xətanın törədilməsi haqqında protokol olduğunu qeyd etməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, aşkar olunan predmetlər videoçəkilişdən istifadə edilərək, protokol əsasında götürülmüşdür ki, sadalananlar hallar da apellyatorun dəlilinin əsassız olmasına dəlalət edir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi İXMin 482.1-ci maddəsi ilə tənbeh etmişdir. Tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü olan cəriməni minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-in İXM-in 482.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1849/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1849/2026
29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver