Məhkəmə qərarları › İş №3(3-6)-1851/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1851/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1851/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından müdafiəçi Nümayəndə verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsi 40-cı Polis Şöbəsi (bundan sonra - səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 206-cı maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X1) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) ay müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, həbs etmənin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, onun barəsində narkomaniyadan məcburi müalicənin tətbiq edilməsi qərara alınmışdır. Müdafiəçi Nümayəndə həmin məhkəmə qərarından şikayət verib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Müdafiəçi Nümayəndə verdiyi şikayətini yalnız onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səmimi peşman olması, törətdiyi əməli etiraf etməsi, əvvəllər məhkumluğunun olmamasına görə birinci instansiya məhkəməsinin yuxarı həddə inzibati həbs tənbeh tədbirininin tətbiqi barədə qərarı ilə razı deyildir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi verdiyi izahatında birinci instansiya məhkəməsinin qərarı ilə barəsində tətbiq edilmiş inzibati həbs tənbeh tədbirinin cərimə tənbeh tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikasının IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, iş üzrə müdafiəçi şikayətində və apellyasiya məhkəmə iclasında verdiyi izahatında birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarı işin müəyyən edilmiş faktiki hallarının məzmunu və təqsirli olması ilə bağlı hissələrdə deyil, barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin növünün Azərbaycan Respublikası IXM-in 31 və 32-ci maddələrinin tələblərinə uyğun olmaması hissəsində mübahisələndirmişdir. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası IXM-in 206-cı maddəsinin dispozisiyasına əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı inzibati məsuliyyət yaradır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş şikayətin hüdudlarına uyğun olaraq, birinci instansiya məhkəməsinin iş materiallarında olan, hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, Azərbaycan Respublikası IXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırdığı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun həm səlahiyyətli orqana, həm də məhkəməyə verdiyi izahatları, sonuncu barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş məhkəmə-narkoloji ekspertizasının ## #### 2026-cı il tarixli, **/**** nömrəli nömrəli rəyindən ibarət olan sübutların (məhkəmə həmin sübutların məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) məcmusunu qəbul etdiyi qərarda düzgün qiymətləndirdiyini, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb sübuta yetirdiyini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəldiyini və həmin nəticənin işin faktiki hallarına uyğun olduğunu hesab edir. Azərbaycan Respublikası IXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 206-cı maddəsinin sanksiyasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bundan əvvəl də Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli məhkəmə qərarı ilə Azərbaycan Respublikası IXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat cərimə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, iş üzrə törətdiyi xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və törətdiyi inzibati xətadan səmimi peşman olmasından ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını, Azərbaycan Respublikası IXM-in 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin olunması üçün barəsində həmin Məcəllənin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünü 2 (iki) ay müddətinə tətbiq edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun müdafiəçi Nümayəndə verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar