Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1852/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, səlahiyyətli orqan Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsindən daxil olmuş ## ###### 2026-cı il tarixli, IXP******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə “BYD” markalı, “**-RQ-***” dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etməsi əsası ilə barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından məlum olur ki, barəsində qərar çıxarılmış fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə, saat 03:02-də «BYD Seal 05 Plig-in Hibrid» minik markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman sərxoş vəziyyətdə olmuşdur. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli, IN:****** nömrəli sərxoşluq vəziyyətinin müəyyən edən “alkotester”in qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol sərxoşluğu vəziyyəti saat 02:52-də xüsusi texniki vasitə ilə müəyyən edilərkən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqolun konsentrasiyası 0.345 % promil həddində müəyyən olunmuşdur. Yoxlama zamanı alkoqolun konsentrasiyası 0,345 % promil həddində olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. Birinci instansiya məhkəməsi xüsusi texniki vasitənin nəticəsini kifayət qədər əsas olmadan etibarsız hesab etmişdir. Halbuki, iş materiallarında alkotester cihazının nasaz olması, yoxlamanın ümumiyyətlə aparılmaması və ya nəticələrinin saxtalaşdırılması barədə hər hansı obyektiv sübut mövcud deyildir. Bundan başqa hakim sonradan aparılmış sonradan aparılmış tibbi müayinənin nəticəsinə üstünlük vermişdir. Lakin, həmin tibbi müayinə hadisədən təxminən iki saatdan artıq müddət keçdikdən sonra aparılmışdır. Hakimin mövqeyi ondan ibarət olmuşdur ki, tibbi müayinə zamanı məlum olmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ayıqdır, onda alkoqol qəbulu əlamətləri yoxdur. Bu səbəbdən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində IXM-nin 333.1-ci maddəsi ilə başlanılmış inzibati icraata xitam verilməlidir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında işə baxmış birinci instansiya məhkəməsinin hakimi həmin sənədlərin sübut qismində qəbul edib və etməməsini əsaslandırmaqla onların hər birinə hüquqi qiymət verməli olduğu halda, bunu etməyərək nəticədə Inzibati Xətalar Məcəlləsinin 75, 76 və 84-cü maddələrinin tələblərini pozmuşdur. Qeyd etmək lazımdır ki, yol qəzalarının təxminən 80 %-nə səbəb sərxoş sürücülərdir. Alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sükan arxasına əyləşən şəxs yalnız özü üçün deyil, ətrafdakılar üçün də böyük təhlükə mənbəyidir. Isanın reaksiyasına, zehni fəaliyyətinə, əsəb sisteminə təsir edir, diqqətini bir yerə cəmləməsinə və yaranmış ani vəziyyətdən çıxış yolu tapmasına mane olur. Apellyasiya məhkəməsinin iclasında Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini və şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş şikayətə etiraz edərək təmin edilməməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tədbiq olunmalıdır. Işin faktiki halları: Iş materiallarında olan ## ###### 2026-ci il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə, saat 03:02-də «BYD Seal 05 Plig-in Hibrid» minik markalı, **-RQ- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman sürücünün avtomaşını sərxoş halda idarə etməsi əsası ilə barəsində Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli, IN:****** nömrəli sərxoşluq vəziyyətinin müəyyən edən “alkotester”in qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol sərxoşluğu vəziyyəti saat 02:52-də xüsusi texniki vasitə ilə müəyyən edilərkən, sonuncuda alkoqolun konsentrasiyası 0.345 % promil həddində müəyyən olunmuşdur. Iş materiallarında olan “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* saylı protokoldan görünür ki, həmin protokol ##.##.2026-cı il tarixdə tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı IXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusu aşkar edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə birinci instansiya məhkəməsinni qərarı ilə razılaşmayaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında işə baxmış birinci instansiya məhkəməsinin hakimi həmin sənədlərin sübut qismində qəbul edib və etməməsini əsaslandırmaqla onların hər birinə hüquqi qiymət verməli olduğu halda bunu etməyərək, nəticədə Inzibati Xətalar Məcəlləsinin 75, 76 və 84-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə verilmiş şikayətlə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, sərxoşluğun hadisə zamanı alkotestrlə xüsusi texniki vasitə ilə müəyyən edildikdən iki saatdan artıq bir müddətdən sonra tərtib edilən tibbi müayinə protokolu iş üzrə mötəbər sübut qismində istifadə edilə bilməz. Digər tərəfdən səlahiyyətli orqan Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntülər apellyasiya məhkəməsində tərəflərin iştirakı ilə tədqiq olunmuşdur. Videogörüntüdən müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol polis əməkdaşının idarə etdiyi xidməti avtomobilin arxa oturacağında oturmuş vəziyyətdədir və yol polisi əməkdaşı avtomobili idarə edir. Bu zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs YPX əməkdaşından avtomobili saxlamasını və söhbət etməsini xahiş edir. Əməkdaş isə avtomobili idarə etməkdə davam edərək, heç bir əlavə söhbətə ehtiyac olmadığını bildirir. Bu zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobil hərəkətdə ola-ola avtomobilin arxa qapısını çöl tərəfdən açmaqla, yol polis əməkdaşından avtomobili saxlamasını tələb edir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu cür hərəkətlər etməsi (avtomobil hərəkətdə olan zaman qapını açması, yol polis əməkdaşına avtomobili saxlamasını və onunla söhbət etməsi) onun avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmasını təsdiq etməklə, alkotesterin nəticələrində hər hansı bir şübhənin olmadığını təsdiq edir. Məhkəmə qeyd olunan işin faktiki hallarına məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin şəxsin əməlində inzibati xəta tərkibinin olmaması və inzibati icraata xitam verməsi kimi gəldiyi mövqe ilə razılaşmaq olmaz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsaən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunduğundan, şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin göstərilən maddələri ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iş üzrə bütün harlları nəzərə alaraq törədilmiş inzibati xətaya görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 400 manat cərimə növündə inzibati tənbeh növünün seçilməsini inzibati tənbehin məqsədləri baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1852/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1852/2026
29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver