Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1854/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullzadə Əli Elşən oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs), səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə, ##.##.1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Qərardan şikayət verən orqan (şəxs) barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş Rzazadə Rüfət Qüdrət oğlu “xxxx" MMC-nin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması barədə DƏMX-nə müraciət etmiş, araşdırma zamanı Rüfət Rzazadənin 2025-ci ilin noyabr-dekabr aylarında “xxxx" MMC-nin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuş, bu səbəbdən “xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə 3.000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət edərək ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, vətəndaş Rzazadə Rüfət Qüdrət oğlu “xxxx” MMC-nin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı X4 Xidmətinə müraciət etmiş, araşdırma zamanı onun 2025-ci ilin noyabr-dekabr aylarında “xxxx” MMC-nin baş direktoru X2 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Bundan başqa “142 Çağrı Mərkəzi” vasitəsilə R.Rzazadənin izahatında şahid qismində göstərdiyi X3 ilə əlaqə yaradılmış, şifahi izahatında o, “xxxx” şirkətində izahat verilənə qədər üç ay müddətində işlədiyini, ##.##.2025-ci il tarixdən həmin müəssisədə işlədiyini, Rüfət Rzazadə ilə iş yoldaşı olduqlarını, usta köməkçisi vəzifəsində işlədiyini bildirmişdir. R.Rzazadənin izahatında təqdim etdiyi Zaur adlı şəxslə “142 Çağrı Mərkəzi” vasitəsilə əlaqə saxlanmış (050-713-40-18), X1 (FİN 1E246V1) şifahi izahatında 2025-ci ilin avqust ayından “xxxx” MMC-də işlədiyini, Rüfət Rzazadəni tanıdığını, iş yoldaşı olduqlarını, işçisi olduğunu, işəgötürənin Əbülfəz Quluyev olduğunu qeyd etmişdir. Bakı Peşə Hazırlığı Mərkəzinin ## ####### 2025-ci il tarixli *-**-*/*-*-****/**** saylı əmrindən görünür ki, işsiz şəxslərdən adı siyahıda qeyd olunmuş şəxslərin ##.##.2025-ci il tarixdən başlanacaq 2 aylıq (246 saat, 41 gün) müddətinə "Mebel ustası" peşəsi üzrə hazırlıq kursuna cəlb olunmaları əmr edilmişdir. X5 ilə Rzazadə Rüfət Qüdrət oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, Rzazadə Rüfət Qüdrət oğlu “xxxx" MMC-nin təşkil etdiyi “mebel ustası" hazırlıq kurslarına cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin ç bəndinə əsasən müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda müddətli əmək müqaviləsi bağlanıla bilər. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Rzazadə Rüfət Qüdrət oğlu Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi sübut olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə şikayətin dəlillərinə uyğun çıxış edərək, tərəflərindən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, Rzazadə Rüfət Qüdrət oğlunun MMC tərəfindən əmək müqaviləsi olmadan işlərin və xidmətlərin göstərilməsinə cəlb edilməsi öz təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, hakim, tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İlkin olaraq məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən protokolun tərtib edilməsinə səbəb vətəndaş Rzazadə Rüfət Qüdrət oğlunun şikayəti olmuşdur. İş materiallarından görünür ki, AR ƏƏSMN tabeliyində X9 tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin ## ####### 2025-ci il tarixli *-**-*/*-*-****/**** saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası"nı rəhbər tutaraq X9 Mərkəzi Mühasibatlıq və Təyinat filialı (bundan sonra - MMTF) tərəfindən təqdim olunmuş işsiz şəxslərdən adı siyahıda qeyd olunmuş şəxslərin (Əlavə1) ##.##.2025-ci il tarixdən başlanacaq 2 aylıq (246 saat, 41 gün) müddətinə "Mebel ustası" peşəsi üzrə hazırlıq kursuna cəlb olunmaları əmr edilmişdir. Əmrin * saylı əlavəsindən görünür ki, Mərkəzdə hazırlıq kursuna cəlb edilmiş işsiz şəxslər sırasında Rzazadə Rüfət Qüdrət oğlunun adı qeyd edilmişdir. AR ƏƏSMN tabeliyində X9 tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi ilə “xxxx" MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən, tərəflər işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin peşənin öyrənilməsi, ixtisasının artırılması məqsədilə əməkdaşlıq çərçivəsində proqramların təşkilini həyata keçirəcəklər. X5 ilə Rzazadə Rüfət Qüdrət oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, Rzazadə Rüfət Qüdrət oğlu “xxxx" MMC-nin təşkil etdiyi “mebel ustası” hazırlıq kurslarına cəlb edilmişdir. AR ƏƏSMN tabeliyində X9 tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin ## ###### 2025-ci il tarixli *-**-*/*-*-****/**** saylı əmrindən görünür ki, Mərkəzdə ##.##.2025-ci il tarixindən peşə hazırlığına cəlb olunmuş Rzazadə Rüfət Qüdrət oğlu (5REU5EF) üzrsüz səbəbdən dərslərdə iştirak etmədiyi üçün ##.##.2025-ci il tarixindən peşə hazırlığı kursundan xaric olunmuşdur. Rzazadə Rüfət Qüdrət oğlu “xxxx" MMC-də "Mebel ustası" peşəsi üzrə hazırlıq kursuna cəlb olunsa da, onunla bağlı rəsmi sənədləşmə aparılmamış, bu barədə məhkəməyə sənəd təqdim edilməmişdir. İXM-in: 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. 76.1-cü maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 5-ci bəndinə əsasən işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Araşdırma zamanı isə işəgötürənlə Rüfət Rzazadə ilə hər hansı müqavilə bağlandığı müəyyən edilməmişdir. Bundan başqa, səlahiyyətli orqanın tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, X3 və X1 “142 Çağrı Mərkəzi” vasitəsilə müraciətlərində “xxxx" MMC-də Rüfət Rzazadə ilə iş yoldaşı olduqlarını, onun usta köməkçisi vəzifəsində işlədiyini bildirmişlər. Odur ki, apellyasiya qaydasında şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilməməli, ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.2, 135.1.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.1-ci maddəsi ilə tənbeh edilməsinə dair ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1854/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1854/2026
06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver