Məhkəmə qərarları › İş №3(3-6)-1855/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1855/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1855/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Zərərçəkmiş şəxs, tələbkar – Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli icra işi üzrə tələbləri icra məmurunun müəyyən etdiyi müddət ərzində icra etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Vəzifəli şəxs “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, həmin qərar qanunsuz, əsassız və ədalətsiz olmaqla yanaşı, inzibati iş üzrə sübutların toplanması və qiymətləndirilməsi qaydalarının kobud şəkildə pozulması nəticəsində qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi inzibati işə baxarkən iş üzrə əhəmiyyətli olan bütün halları tam, hərtərəfli və obyektiv araşdırmaq vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə yalnız icra məmuru tərəfindən təqdim edilmiş və iş materiallarında olan sənədlərlə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən əlavə sübutların əldə edilməsi istiqamətində heç bir prosessual tədbir görməmişdir. Halbuki inzibati məsuliyyət yalnız inzibati xətanın mövcudluğu və şəxsin təqsiri sübuta yetirildikdən sonra yarana bilər ki, bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsindən irəli gəlir. Birincisi məhkəmə qərarında icra məmuru tərəfindən bildirişlərin göndərildiyi qeyd edilmişdir. Halbuki bildirişlər hüquqi şəxsin hüquqi ünvanı üzrə göndərilə bilər, lakin MMC 2016-cı ildən tam fəaliyyətini dayandırmış və fəaliyyət göstərmir. Fəaliyyət göstərmədiyi üçün şübhəsiz ki, hər hansı bildiriş də tərəfimizdən alınmamışdır. İkincisi icra məmurunun çağırışı zamanı onun yanında olanda da onun diqqətinə çatdırmışam və icra vərəqəsində göstərilən və MMC-də olan sənədlərin hamısını icra məmuruna təqdim etmişəm. Lakin birinci instansiya məhkəməsi bu cür mühüm sübutun mövcudluğunu araşdırmaq üçün səlahiyyətlərindən istifadə etməmiş, icra məmurundan bildirişlərin tərəfimizdən alınmasını sübut edən dəlillər tələb olunmamış, MMC tərəfindən onda olan sənədlərin hamısının verildiyi, lakin bizdə olmayan sənədlərin verilməsinin imkanımız daxilində olmaması, eləcə də MMC-nin fəliyyət göstərməməsi nəzərə alınmamışdır. Burdan da göründüyü kimi əlavə sənədlərin toplanması və iş materiallarına əlavə olunması istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Halbuki məhkəmə inzibati iş üzrə passiv müşahidəçi deyil, qanuna əsasən sübutların toplanmasında fəal rol oynayan orqandır. Məhkəmə tərəfindən inzibati xətanın mövcudluğu sübuta yetirilmədiyi halda onun barəsində inzibati cərimə tətbiq edilmişdir ki, bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, inzibati cərimə yalnız inzibati xəta törədildiyi sübuta yetirildikdə tətbiq edilə bilər. Xəta tərkibi mövcud olmadığı halda inzibati cərimənin tətbiqi yolverilməzdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, tələbkar Zərərçəkmiş şəxs şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs və icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin illər üzrə keçirilmiş ümumi yığıncağının iclas protokolları, həmin illər üzrə maliyyə təsərrüfat fəaliyyəti üzrə hesabatları, audit yoxlama rəyləri, ASC-nin mülkiyyətində olan, habelə təsis edildiyi tarixdən ##.##.2019-cu il tarixinə kimi mülkiyyətində olan və satılmış, yaxud hər hansı digər bir formada özgəninkiləşdirilmiş daşınmaz və daşınar əmlakların siyahısı, bu daşınar və daşınmaz əmlakların satılması və özgəninkiləşdirilməsi ilə əlaqədar ASC-nin qərarları, iclas protokolları, alqı-satqı müqavilələri və ödəniş sənədlərinin cəmiyyətin səhmdarı Zərərçəkmiş şəxs təqdim edilməsi öhdəliyinin cavabdeh “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin üzərinə qoyulsun. “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli icra sənədi üzrə “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-yə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilərək icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi bildirilmiş, qərarın və tələbin könüllü icrası haqqında bildirişin surəti borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. ##.##.2026-cı il tarixdə icra məmuru tərəfindən “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC -nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı alınmışdır. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan hal isə özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırılmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Öyrənilmiş materiallarda “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş ## ### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, 05.112019-cu-cı il tarixdən, yəni icra vərəqəsi verildiyi tarixdən ## ### 2026-cı il il tarixədək (protokol tərtib olunduğu tarix) müddət keçməsinə baxmayaraq “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, üzürsüz səbəbdən Dövlət adında qəbul edilmiş qətnaməni icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” # #### 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar ## ###### 2007ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə vəzifəli şəxsə münasibətdə maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. “İxtisaslaşdırılmış Quraşdırma ANKZ” ASC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar