Məhkəmə qərarları › İş №3(3-6)-1857/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1857/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1857/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun, Məhkəmə iclas katibi Feyzullzadə Əli Elşən oğlunun katibliyi, Səlahiyyətli orqan Qərarından şikayət verilən orqan nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Qərarından şikayət verilən orqan tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) (##.##.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan) şikayəti qismən təmin edilmiş, Qərarından şikayət verilən orqan AYN ******* saylı, ## ##### 2026-ci il tarixli inzibati tənbeh verilməsi barədə qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Qərarından şikayət verilən orqan göndərilməsi qərara alınmışdır. İşin halları: Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş AYN ******* saylı, ## ##### 2026ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 21:05 radələrində Bakı şəhəri, Gəncə Prospektində “KİA CERATO” minik markalı, **-HR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə əlillər üçün təyin edilmiş ***** nömrəli parklanma yerinə daxil olduqdan sonra həmin parklanma məntəqəsində nəqliyyat vasitəsini park etmək üçün hüququ olmayaraq, İXM-nin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət edərək AYN ******* saylı, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Qərarından şikayət verilən orqan şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş AYN ******* saylı, ## ##### 2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin X hissəsinə əsasən parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. Göründüyü kimi, əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerindən istifadə hüququ yalnız şəxsin faktiki əlillik statusu ilə deyil, həm də parklanma edildiyi vaxt nəqliyyat vasitəsinin qanunla tələb olunan tanınma nişanı ilə nişanlanması ilə əlaqədardır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin özü də müəyyən etmişdir ki, inzibati tənbeh tətbiq edilən zaman Qərardan şikayət verən orqan (şəxs) avtomobilinin üzərində “əlilliyi olan şəxs” tanınma nişanı olmamışdır. Bu hal, əksinə AYNA-nın inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olduğunu təsdiq etdiyi halda, məhkəmə qanunvericiliyin imperativ tələbini nəzərə almadan, şəxsin faktiki əlillik statusunu əsas götürərək tanınma nişanının olmamasının “birmənalı olaraq şəxsin inzibati tənbehə məruz qalmasına səbəb olmamalı” olduğu qənaətinə gəlmişdir. Halbuki, qanunda “əlillik vəsiqəsinin avtomobilin ön şüşəsinə qoyulması” kimi hallar müvafiq tanınma nişanının olmamasını əvəz edən və inzibati məsuliyyəti istisna edən hal kimi nəzərdə tutulmamışdır. Bundan əlavə, barəsində qərar qəbul olunmuş şəxs izahatında əlillik vəsiqəsini avtomobilin ön şüşəsinin qarşısına qoyduğunu bildirsə də, həmin vəsiqə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin X hissəsində nəzərdə tutulmuş “əlilliyi olan şəxs” tanınma nişanı ilə eyniləşdirilə bilməz. Əgər qanunvericilikdə xüsusi tanınma nişanı tələb olunursa, sürücü bu nişanın nəqliyyat vasitəsində olmasını təmin etməli idi. Bu səbəbdən, əlillik vəsiqəsinin avtomobildə yerləşdirilməsi qanunvericilikdə tanınma nişanını əvəz edən hal kimi nəzərdə tutulmadığından, bu hal inzibati xəta tərkibini aradan qaldırmır. Belə olan halda, iş üçün mühüm əhəmiyyət kəsb edən əsas hallar məhkəmənin özü tərəfindən müəyyən edildiyi halda, inzibati xəta haqqında işin AYNA-ya yenidən baxılması üçün göndərilməsi əsaslı hesab edilə bilməz. Çünki, işin nəticəsi üçün həlledici olan fakt, yəni nəqliyyat vasitəsinin parklanma anında qanunla tələb olunan “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmamış olması artıq məhkəmə qərarında da təsdiq edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X1 şikayətin dəlillərinə uyğun çıxış etmiş, məhkəməyə inzibati xətaya dair foto şəkil və analoji işlərə dair məhkəmə qərarları təqdim edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 346- 1.3-cü maddəsinin tələbini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Şikayətin dəlillərini işin materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. Qərardan şikayət verən orqan (şəxs) iddiasına görə nəqliyyat vasitəsini əlillər üçün nəzərdə tutulmuş yerdə saxlamış, əlillik vəsiqəsini qoyub, ödənişi edib getmişdir. Lakin, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, “KİA CERATO” minik markalı, **-HR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ***** nömrəli parklanma yerində dayanmış, “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmamışdır. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin X bəndinə əsasən, Parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. İXM-nin 346-1.3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə edilir Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən təqdim edilmiş fotoşəkil ilə Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi müəyyən edilmiş, birinci instansiya məhkəməsinin onun barəsində ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və hüquqi qiymət verilmədən qəbul edilməsinə dair qənaəti əsaslı olmamışdır. Səlahiyyətli orqan toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq etmiş və həmin sübutlar əsasında Qərardan şikayət verən orqan (şəxs) ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini İXM-in 346-1.3-cü maddəsi ilə düzgün tənbeh etmişdir. Odur ki, apellyasiya qaydasında şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilməməli, AYN ******* saylı, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.2, 135.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) AYN ******* saylı, ## ##### 2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 346-1.3-cü maddəsi ilə tənbeh edilməsinə dair AYN ******* saylı, ## ##### 2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar