Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1858/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) və Azərbaycan Respublikası DIN Bakı şəhər BPI-i DYPI-nin nümayəndəsi X1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs)nın 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DIN-nin Bakı şəhər DYPI-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Dövlət Yol Polisi Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli, IXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı iş üzrə qəbul olunmuş qərarı BDYPI-nə göndərilmiş və BDYPI tərəfindən yeni qərar qəbul olunmuşdur. Qərarda zaman, tarix və ünvanın doğru olmamasını, inzibati xəta hadisəsinin qeydə alınmasında istifadə edilmiş xüsusi texniki vasitələrin sertifkatı olmamışdır. Inzibati xətanın törədildiyi yerdə «BMW» markalı avtomobil yolun əks istiqamətində 2 metr arxada piyadaya yol verir, piyada həmin avtomobilin olmalı olduğu yeri keçərkən, Nəcəf bəy Vəzirov küçəsində hərəkətdə olan nəqliyyat vasitəsi kəsişməyə daxil olmuş və 1-2 saniyə piyadadan daha tez kəsişməni bitirmişdir. Bu baxımdan hesab edir ki, barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli, IXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərar işin faktiki halları tam və obyektiv araşdırılmadan qanunsuz və əsassız şəkildə qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN Bakı şəhər DYPI-nin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi və qeyd edilən qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarını ləğv edilməsini, Azərbaycan Respublikası DIN Bakı şəhəri DYPI-nin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Bakı şəhər DYPI Polis Idarəsinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən DIN-nin Bakı şəhər Baş Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin əsassız olduğu üçün təmin olunmamasını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, IXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 00:00-da Bakı şəhəri, Nəcəf bəy Vəzirov küçəsində «Vaz 21703» minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozması əsas gətirilərək, barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Birinci instansiya məhkəmə iclasında Bakı şəhər Dövlət Yol Polisi Idarəsi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) «Vaz 21703» minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili ikinci dərəcəli yolda hərəkətdə olarkən baş yolla hərəkətdə olan nəqliyyat vasitəsinə idarə edərkən yol ayrıcını keçmə qaydasını pozmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının # #### 1998-ci il tarixli qanununun 1-ci maddəsinə əsasən yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 77-ci maddəsinin İ hissəsinə görə eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Şikayətlə bağlı məhkəmə qeyd edir ki, şikayətdə qeyd edilən dəlillər sübuta yetirilə bilməmiş, mübahisələndirilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq düzgün tədqiq edilmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs tərəfindən özünümüdafiə kimi qəbul edilir. Məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan xətanın törədilməsini sübut edə bildiyindən, bu qərarı mübahisələndirən şikayətçi əksini sübut etmə öhdəliyi daşıyır. Lakin, şikayətçi bunu etməmiş və mübahisələndirdiyi qərarın ləğvini əsaslandıra bilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1858/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1858/2026
29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver