Məhkəmə qərarları › İş №3(3-6)-1860/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1860/2026

07.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1860/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, X9 Oruc qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2, “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, “Cihaz İstehsalat Birliyi” MMC-nin “xxxx” Elmi İstehsalat Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından “Cihaz İstehsalat Birliyi” MMC-nin “xxxx” Elmi İstehsalat Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən hüquqi şəxs “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi şəxs “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Hüquqi şəxs “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan “Cihaz İstehsalat Birliyi” MMC-nin “xxxx” Elmi İstehsalat Müəssisəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında işə tamamilə xitam verilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsinin nümayəndəsi Nümayəndə apellyasiya qaydasında verilmiş şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 192.1-ci maddəsinə münasibətdə - inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X16 2024-cü ilin iyul ayından 2025-ci ilin. iyul ayına qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Bakı şəhəri, Ziya Bünyadov prospekti 15 ünvanında yerləşən “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. X16 2024-cü ilin iyul ayından 2025-ci ilin iyul ayına qədər Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsində işlər görülməsi hüquqi şəxs tərəfindən təkzib edilməmiş, sadəcə həmin iş materiallarında olan ##.##.2026cı il tarixli, *-**-AS-*-**/*-***/**** nömrəli məktubda X11 ##.##.2024-cü il tarixdən ##.##.2025ci il tarixə qədər xidməti müqavilə əsasında xidmət göstərməsi və buna dair xidmət haqqının ödənilməsi qeyd edilmiş, hüquqi şəxsin nümayəndəsi də məhkəmə iclasında eyni mövqeni müdafiə etmişdir. X3 vergi ödəyicisi olmadığı müəyyən edilmişdir ki, hu halda sonuncunun hər hansı bir digər mülki-hüquqi müqavilə əsasında müəssisə üçün işlər görməsi mümkünsüzdür. Eyni zamanda hüquqi şəxs tərəfindən X11 ilə bağlanmış mülki-hüquqi müqavilə də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi konkret prinsip olaraq müəyyən edilmişdir və həmin Məcəllənin 2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Qeyd edilməlidir ki, X13 adıçəkilən müəssisədə “Elektrik avadanlıqlarının təmri və xidməti üzrə elektrik montyoru” vəzifəsində işləmişdir və bu fəaliyyət işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərdəndir və X13 ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixə qədərdə eyni işləri görməsi istisna edilmir. Məhkəmənin gəldiyi qənaətə görə, X16 2024-cü ilin iyul ayından 2025-ci ilin iyul ayına qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Bakı şəhəri, Ziya Bünyadov prospekti 15 ünvanında yerləşən “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X16 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 539.3-cü maddəsinə münasibətdə - inzibati xəta haqqında protokolda ##.##.2026-cı il tarixli *-**-*/*-****/*-**** nömrəli və ##.##.2026-cı il tarixli 3-17-5/2- ****/**** nömrəli məktublarda qeyd olunan sənədlərin (Əbdürəhimov Emil və Vüsal. Məmmədova dair əmək haqqı, bank hesabından çıxarış, Vüsal Məmmədovun iş vaxtından artıq görülən iş saatlarına cəlb olunmasına dair əmək haqqının hesablanması və əmr) tam şəkildə təqdim edilmədiyi göstərilmiş, məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndələri də eyni mövqedən çıxış etmişlər. Hüquqi şəxsin nümayəndəsi isə məhkəmə iclasında iştirak edərək ##.##.2026-cı il tarixdə tələb edilən sənədlərin göndərilməsini bildirmişdir. Hüquqi şəxsə göndərilmiş ##.##.2026-cı il tarixli *-**-*/*-****/*-**** nömrəli məktubda müvafiq olaraq X11 müraciətinin araşdırılması ilə bağlı 1. əmək müqaviləsi və ya digər müqavilələrin surətinin; 2. iş vaxtının uçotu cədvəllərinin surətinun 3. əmək haqlarının hesablanması cədvəllərinin 4. əmək haqlarının ödənilməsini təsdiq edən sənədlərin surətinin 5. vətəndaşın müraciəti ilə bağlı ətraflı cavab məktubunun təqdim edilməsi xahiş edilmişdir. Müəssisə tərəfindən həmin məktuba ##.##.2026-cı il tarixli, 3-26-AS-2- **/****/**** saylı məktubla cavab verilmiş həmin məktubda əmək müqaviləsinin, iş vaxtının uçotunun cədvəlinin, əmək haqlarının hesablanması cədvəlinin, xitam əmrinin, xəbərdarlıq məktubunun, aktın qoşma olaraq təqdim edilməsi qeyd edilmiş və səlahiyyətli orqan tərəfindən göndərilən materiallar iş materiallarına əlavə edilmişdir. Eyni qaydada müəssisəyə ünvanlanan *-**-*/*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubda X1 müraciətinin araşdırılması ilə bağlı 1. İş vaxtının uçotu cədvəllərinin surətinun

2. İşçi iş vaxtından artıq görülən iş saatlarına cəlb olunduğu təqdirdə əlavə əmək haqqının hesablanmasına dair müvafiq sənədlərin (ərizə, əmr, bank çıxarışı) 3. əmək haqlarının hesablanması cədvəllərinin 4. əmək haqlarının ödənilməsini təsdiq edən sənədlərin surətinin 5. Vətəndaşın müraciəti ilə bağlı ətraflı cavab məktubunun təqdim edilməsi xahiş edilmişdir. Həmin məktuba isə müəssisə tərəfindən ##.##.2026-cı il tarixli, *-**-AS-*-**/*- ***/**** saylı məktubla cavab verilmiş və iş vaxtının uçot cədvəli və əmək haqlarının hesablanması cədvəli qoşma olaraq əlavə edilərək səlahiyyətli orqana göndərilmişdir. Qeyd edilməsi zəruridir ki, “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsinin nümayəndəsi Nümayəndə inzibati araşdırmaya dəvət edilmiş və “DOST” Mərkəzinə getmiş, həmin zaman səlahiyyətli orqanın əməkdaşı nümayəndəyə bəzi sənədlərin təqdim edilməsinə zərurət olduğunu və ##.##.2026- cı il tarixədək həmin sənədlərin təqdim edilməsini bildirmişdir. Bu fakt öz təsdiqini səlahiyyətli orqanın iş materiallarına əlavə etdiyi çıxarışla da təsdiq olunur. Belə ki, elektron ünvan 1 epoçt ünvanından elektron ünvan 2 e-poçt ünvanına göndərilmiş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “##.##.2026-cı il tarixində “xxxx” Elmi İstehsalat Müəssisəsinin nümayəndəsi Nümayəndə protokol müzakirəsində iştirak etmişdir. Vətəndaşlar X1 və X11 müraciətlərinə dair sənədləri ##.##.2026-cı il tarixə, saat 13:00-dək təqdim ediləcəyi bildirilmişdir. Lakin hazırki müddətədək bildirilən sənədlər təqdim edilməmişdir. Saat 14:00dək tələb olunan sənədlər təqdim edilmədiyi təqdirdə inzibati icraata başlanılacaqdır.” Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən iş materiallarına qoşulmuş materiallarla də müəyyən edilir ki, hüquqi şəxsə ##.##.2026-cı il tarixədək sənədlərin təqdim edilməsi üçün vaxt verilmişdir. elektron ünvan 2 e-poçt ünvanından elektron ünvan 1 e-poçt ünvanına ##.##.2026-cı il tarixdə göndərilmiş məktubda qeyd edilmişdir ki, “Salam Nüybar xanım. Məktublar qoşmada Sizə təqdim olunur. Əlavə sənəd tələb olunduğu halda təmin etməyə hazırıq.” Qeyd edilməsi zəruridir ki, DƏMX-nin Bakı şəhər İdarəsinin əmək müfəttişi X7 tərəfindən ##.##.2026-cı il tarixdə e-poçt icmarıcı ilə sənəd təqdim edilməsi tələb edilməsinə baxmayaraq ##.##.2026-cı il tarixli protokol tərtib edilmişdir. Bu hal isə hüquqi şəxsə ##.##.2026-cı il tarixədək vaxt verilməsinə baxmayaraq müfəttişin sözügedən tarixdə elektron ünvan 2 e-poçt ünvanından göndərilmiş sənədləri tədqiq etmədiyi qənaətini formalaşdırır. Eyni zamanda müəssisənin nümayəndəsi ##.##.2026-cı il tarixdə inzibati araşdırmada iştirak etdiyi zaman ona çatışmadığı bildirilmiş sənədlərin hamısını növbəti gün e-poçt vasitəsilə səlahiyyətli orqana göndərməsini bildirmiş, nümayəndənin bildirdiyi sözügedeən xüsusatlar səlahiyyətli orqan tərəfindən mötəbər sübutlarla təkzib edilməmişdir. Nümayəndənin sözügedən iddiasının sübutlarla təkzib edilməməsi “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsi tərəfindən İXMnin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr yaradır. Belə ki, hüquqi şəxsin e-poçt ünvanından ##.##.2026-cı il tarixdə yazılmış və sənədlərin göndərilməsinin qeyd edildiyi icmarıcın çıxarışı məhkəməyə inzibati xəta haqqında iş materiallarına əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsinin İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. İndiki halda hüquqi şəxs tələb edilən sənədlərin səlahiyyətli orqana təqdim edilməsini sübuta yetirməyə məcbur olmadığı halda, bunun tam əksinə sözügedən sənədlərin təqdim edilmədiyini sübuta yetirmək birbaşa inzibati orqanın vəzifəsidir. Qeyd edilməlidir ki, hüquqi şəxsin nümayəndəsi ##.##.2026-cı il tarixdə X16 və X1 müraciətləri əsasında “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi İstehsalat Müəssisəsinə göndərilən ##.##.2026-cı il tarixli 3-17-5/2- ****/*-**** nömrəli və ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktublarda qeyd olunan sənədlərin tam şəkildə səlahiyyətli orqana e-poçtla göndərməsinə istinad etmiş və iş materiallarında olan çıxarışla həmin tarixdə səlahiyyətli orqana sənədlərin göndərilməsinin qeyd edildiyi icmarıcın yetirilməsi təsdiqini tapmışdır. Lakin səlahiyyətli orqan tərəfindən həmin göndərişlə təqdim edilmiş sənədlərin tam olmadığını yaxud düzgün olmadığını sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə bildirir ki, səlahiyyətli orqan tərəfindən həmin sənədlərin vaxtında təqdim edilməməsinə də, istinad edilə bilməz. Belə ki, faktiki olaraq hüquqi şəxsin nümayəndəsi ##.##.2026-cı il tarixdə inzibati araşdırmada iştirak etmiş, hüquqi şəxsə ##.##.2026-cı il tarixədək vaxt verilmişdir və sözügedən tarixdə sənədlər səlahiyyətli orqana göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq

QƏRARA ALINDI:

“Cihaz İstehsalat Birliyi” MMC-nin “xxxx” Elmi İstehsalat Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “Cihaz İstehsalat Birliyi” MMC-nin “xxxx” Elmi İstehsalat Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar