Məhkəmə qərarları › İş №3(3-6)-1862/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1862/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1862/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi Rayon Dövlət Yol Polis Xidməti tərəfindən qəbul edilmiş ##.##.2015-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə vəsatətlə müraciət edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3 və 342.2.4-cü maddələri ilə inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Dövlət Yol Polis Xidməti tərəfindən qəbul edilmiş ##.##.2015-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Binəqədi Rayon Dövlət Yol Polis Xidməti tərəfindən barəsində çıxarılmış ##.##.2015-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verib. Lakin məhkəmə tərəfindən verilmiş qərarla şikayəti, şikayət vermə müddətinin ötürülməsi və müddətin bərpası barədə ayrıca vəsatət təqdim edilməməsi əsası ilə geri qaytarılmışdır. İnzibati xəta haqqında qərar qanunla nəzərdə tutulmuş qaydada ona təqdim edilməmiş, qərarın mövcudluğu barədə məlumatı olmamışdır. Yalnız ##.##.2026-cı il tarixində Binəqədi Rayon Dövlət Yol Polisindən qərarın surətini əldə etdikdən sonra barəsində belə qərarın mövcud olduğunu öyrənib. Qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddətin ötürülməsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona inzibati tənbeh vermə haqqında qərar qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi şəkildə təqdim edilməmişdir. Nə elektron kabinetinə, nə yaşayış ünvanına, nə də digər vasitələrlə hər hansı bildiriş göndərilməmişdir. DYP əməkdaşı tərəfindən saxlanıldığı zaman yalnız inzibati xəta haqqında protokol tərtib edilmişdir, lakin həmin protokol üzrə qəbul edilmiş qərar ona təqdim olunmamışdır. Həmin qərar üzrə onun heç bir imzası yoxdur və ona şikayət vermək hüququ və müddəti barədə izahat verilməmişdir. Bu səbəbdən o qərarın mövcudluğundan yalnız sonradan xəbər tutmuş və şikayət müddətinin buraxılması onun iradəsindən asılı olmayan səbəbdə baş vermişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin iclasında iştirak etməməyi də üzrlü səbəbədən olmuşdur. Belə ki, məhkəmə iclası günü o Tovuz rayonunda babasının yas mərasimində olmuşdur. Bu barədə əvvəlcədən məhkəmənin elektron sistemində rəsmi qaydada məlumat yerləşdirmiş və eyni zamanda məhkəmədən xahiş etmiş ki, iclas onun iştirakı olmadan keçirilməsin, təxirə salınaraq başqa tarixə təyin edilsin. Lakin məhkəmə qərarında əsassız olaraq qeyd etmişdir ki, guya o məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı heç bir məlumat verməmişdir. Bu hal həqiqətə uyğun deyil və onu göstərir ki, məhkəmə onun təqdim etdiyi məlumatı araşdırmamış, elektron sistemdə yerləşdirilmiş müraciətimi nəzərə almamış və vəsatətinə hüquqi qiymət verməmişdir. Məhkəmənin bu cür hərəkətləri nəticəsində onun müdafiə hüququm kobud şəkildə pozulmuş, iş mənim iştirakını təmin edilmədən və birtərəfli qaydada araşdırılmışdır. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2015-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3 və 342.2.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-1.-ci maddəsinə əsasən Bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir. Həmin Məcəllənin 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə elektron qərar, habelə bu Məcəllənin 124.4- 1-ci maddəsində qeyd olunan yuxarı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar və bu Məcəllənin 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunan inzibati tənbeh vermə haqqında qərar nəqliyyat vasitəsinin istifadəçisi (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üçün internet informasiya ehtiyatında yaradılmış elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada verilir. Həmin qərarlar aşağıdakı vaxtdan rəsmi qaydada verilmiş hesab edilir: -Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada verilir. Birinci instansiya məhkəməsində inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Bakı şəhəri, Binəqədi RPİ-nin DYŞP-nin Yol Patrul Xidməti inspektoru, R X1 bildirmişdir ki, o, sürücünü axşam saatlarında saxlayıb. Hadisə yerinə sürücünün valideyniatası yaxınlaşaraq nəqliyyat vasitəsini özünün idarə edərək aparacağını bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb. Bununla əlaqədar onun törətdiyi inzibati xətaya uyğun olaraq protokol tərtib edilib, həmin inzibati xəta haqqında protokolun surəti tərtib edildikdən dərhal sonra Qərardan şikayət verən orqan (şəxs) təqdim edilmiş və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan şikayət vermə qaydası və müddəti izah edilmişdir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərardadla hesab edtmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilən inzibati xəta vəzifəli şəxs tərəfindən birbaşa olaraq aşkar edilmiş, bu barədə inzibai xəta haqqında protokol tərtib edilmiş və tərttib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-in 57.6.1-ci maddəsinin tələblərinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada verilir. Qanunverciliyin tələblərinə əsasən ##.##.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın kağız daşıyıcıda surəti Qərardan şikayət verən orqan (şəxs) təqdim edilməsi yolu ilə rəsmi qaydada verilmiş hesab edilir. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi Rayon Dövlət Yol Polis Xidməti tərəfindən qəbul edilmiş ##.##.2015-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ##.##.2026cı il tarixdə almasını bildirsə də, məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri, Binəqədi RPİ-nin DYŞP-nin Yol Patrul Xidməti inspektoru, R X1 inzibati xəta haqqında protokolun və inzibati tənbehvermə haqqında qərarın surətinin şikayətçiyə onun tərəfindən təqdim edildiyini bildirmişdir. Eyni zamanda, sözügedən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətinin buraxılmasının üzrlü səbəblərini əsaslandıra bilməmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş vəsatət əsassızdır və qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət onun tərəfindən üzrlü səbəbdən buraxılmamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ##.##.2025-ci il tarixində polis əməkdaşı tərəfindən hazırki iş üzrə törədilmiş inzibati xəta vizual olaraq aşkar edilərək sürücü saxlanılmış və vəsatət vermiş şəxs barəsində tərtib edilmiş ##.##.2025-ci İXP7502680 nömrəli protokol haqqında məlumatlandırılmışdır. Bu hal verilmiş apellyasiya şikayətində də təsdiq edilir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) isə səlahiyyətli orqan tərəfindən çıxarılmış qərarı prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəmədə mübahisələndirmiş, şikayət verilməsi üçün müddəti heç bir üzrlü səbəb olmadan ötürmüş, bununla bağlı tutarlı və əsaslı dəlil göstərə bilməmişdir. Belə olan halda hesab edirəm ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin etməməklə iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDIM: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi Rayon Dövlət Yol Polis Xidməti tərəfindən qəbul edilmiş ##.##.2015-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar