Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1864/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X2, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edillmiş Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, 17 aprel 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ## ##### 2026-cı il tarixində həmişə olduğu kimi, iş yeri X3 küçəsində yerləşdiyi üçün “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” tərəfindən müəyyən edilmiş (90106) parkinq ərazisində "adacığın" üzərində saxlamadan, "Azparkinq" ərazisindəki işarə xəttini basdamadan, idarə etdiyi **YM*** dövlət qeydiyyat nişanlı JAC (pikap) markalı maşını park etmişdi. Heç bir qayda pozuntusuna yol vermədiyi halda DYP tərəfindən 346.5-cı maddəsi ilə 40 mahat 2 bal cərimə edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 346.5-cı maddəsindəki "nəqliyyat vasitəsinin kəsişən hərəkət hissəsinin kənarından 5 metr dən az yaxınlıqda dayanması" anlamı, işarələnmiş parkinq ərazisində qüvvədən düşür. Bunu ərazidə olan "Azparkinq" əməkdaşları yer üzərində çəkilmiş parklanma işarələrinə istinadən parklanmanın qaydalara uyğun olduğunu bildirmişlər. Barəsində tərtib edilmiş ## ##### 2026 tarixli EO******** nömrəli protokola əsasən ona tətbiq edilən (40 manat 2 bal) cərimənin ləğv edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarına əsasən şikayət təmin edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində İnizbati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə qəbul edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsiı ## ### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edillmiş Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, 17 aprel 2026-cı il tarixli inzibati xəta haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli iş *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli Qərardan şikayət verən orqan (şəxs) barəsində Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən xüsusi texniki vasitə ilə qəbul edilmiş ## ##### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixdə X3 küçəsi ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, nəqliyyat vasitəsinin nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə) təqsirli bilinib 40 manat cərimə edilmişdir. Hazırki qayda pozuntusu xüsusi texniki vasitə ilə aşkar edilərək rəsmiləşdirilmişdir. İşin faktiki halları ondan ibarət olmuşdur ki, Barəsində qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixdə Bakı şəhəri X3 küçəsi ünvanında Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, nəqliyyat vasitəsinin nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə) xüsusi texniki vasitə ilə qayda pozuntusu qeydə alınaraq ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Belə ki, hakim qərarda hadisənin faktiki başvermə şəraiti natamam araşdırılmış, mövcud foto və texniki materiallara seçici ve birtərəfli yanaşılmış, inzibati orqanın təqdim etdiyi sübutlar əsassız şəkildə zəiflədilmişdir. Qanuna zidd olaraq məhkəmə sübutları bir-biri ilə müqayisəli şəkildə qiymətləndirməmiş, yalnız müdafiə tərəfinin izahatlarını əsas götürərək nəticəyə gəlmişdir. Bu isə obyektiv, hərtərəfli və tam araşdırma prinsipinin kobud pozuntusudur. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs)apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edillmiş Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, 17 aprel 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə X3 küçəsi ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, nəqliyyat vasitəsinin nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə) təqsirli bilinib 40 manat cərimə edilmişdir. -foto şəkillərdən görünür ki, ## ##### 2026-cı il tarixdə onun istifadəsində olan nəqliyyat vasitəsi X3 küçəsində parklanma üçün nəzərdə tutulan ərazidə dayandırılmışdır. Bundan əlavə nəqliyyat vasitəsinin saxlanıldığı yer nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsi və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlığı kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş foto şəkillərdən də aydın şəkildə görünür ki, Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən parklanma üçün nəzərdə tutulmuş parkinq ərazisində və parklanma üçün işarələnmiş sahədə saxlamışdır. Eyni zamanda foto şəkillərdən aydın müəyyən etmək olur ki, nəqliyyat vasitəsi yolda çəkilmiş parklanma xətini keçməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İnzibati Xətalar Məcəlləsinin 8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8.3). 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edillmiş Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, 17 aprel 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1864/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1864/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver