Məhkəmə qərarları › İş №3(3-6)-1868/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1868/2026

07.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1868/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin (bundan sonra - səlahiyyətli orqan) ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə, saat 13:08-də idarə etdiyi “Kia optima” markalı, **- YA-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – həmin avtomobil) hərəkətini ünvan 1 ünvanında yolayrıcını keçmə qaydalarını pozmaqla davam etdirməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbirini tətbiq etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X1) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) oğlu həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, yolayrıcına daxil olduğu anda qarşıda hərəkətin qəfil dayanması nəticəsində tıxacın yaranması onun iradəsindən kənar baş vermişdir. Yaşıl işıqda qanuni şəkildə hərəkət edən sürücünün, özündən asılı olmayan səbəbdən yolayrıcında qalması onun hərəkətində inzibati xəta tərkibinin olmamasını sübut edir. Ona görə də iş üzrə yolayrıcını keçmə qaydasını pozmadığını və müvafiq inzibati xəta törətmədiyini hesab edir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42.XV maddəsinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İXM-in: - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar, həmçinin maddi sübutlarla müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. - 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən yolayrıcını keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə tətbiq edilir. İş materiallarına əlavə edilmiş, apellyasiya məhkəməsi iclasında da tədqiq edilmiş fotoşəkillərdə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobil yolayrıcının sarı haşiyəli tor nişanlanması, yəni 1.25 nişanlanması üzərində dayanmış vəziyyətdədir. Həmin vəziyyət yolayrıcında hərəkət axınının kəsilməsinə, xüsusilə sağdan gələn nəqliyyat vasitələrinin maneəsiz hərəkət edə bilməməsinə səbəb olmuşdur. Beləliklə də, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olarkən dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməməsi, yəni yolayrıcını keçmə qaydalarını pozması əks olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunvericilik normalarına, iş materiallarında olan fotoşəkillər ilə Qərardan şikayət verən orqan (şəxs) törətdiyi, yuxarıda qeyd edilən əməlində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olduğuna görə səlahiyyətli orqanın əməkdaşının göstərilən faktı bilavasitə aşkar etdikdən sonra qəbul etdiyi ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli qərar və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsassızdır. Səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) inzibati cərimə tənbeh tədbirini Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinin sanksiyası həddində tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) oğlunun verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar