Məhkəmə qərarları › İş №3(3-6)-1869/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1869/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1869/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sedrliyi ilə, məhkəmə iclas katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkili) Vəkil, Protokolu tərtib edən orqann nümayəndəsi nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli EP seriyalı ******* saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6-cı maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 33300,00 Avro məbləğində xarici valyutada olan vəsaiti ## #### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödənişin aparıldığı vaxtdan 02 il müddətin keçməsinə baxmayaraq, 33300,00 Avro məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını, xidmətin göstərilməsini təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 33300,00 (otuz üç min üç yüz) Avro məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 6660 (altı min altı yüz altmış) Avro məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkili) Vəkil apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə inzibati xəta haqqında iş materiallarında mövcüd olan vasitəçilik, bəyannamə, digər sənədləri nəzərə almayaraq onların mövcüdluğuna dair münasibət bildirməyərək, yalnız köçürülən məbləğə münasibətdə formal mülahizəsinə əsaslanaraq əsassız nəticəyə gəlmişdir. Belə ki, X2 MMC və Rusiyanın LLC Hidronic şirkətləri arasında vasitəçilik müqaviləsi bağlanmışdır. Həmin vasitəçili müqaviləsindən irəli gələn öhdəliklər üzrə (INVOICE No. 108 Sales Contract #03-042024D Date (Tarih): ##.##.2024) tarixində Bosfc Ticaret Lojistik limited şirkətinə X1 tərəfindən 33300 EUR məbləği köçürülmüşdür. Həmin köçürmənin əsası olaraq tərəflər arasında alqı-satqı müaviləsi olmuşdur. Bosfor Ticaret Lojistik Limited şirkəti eyni zamanda Rusiyada fəaliyyət göstərən LLC Hydronic şirkəti ilə alqı-satqı müaviləsi bağlamışdır və həmin müqavilədə vasitəçi kimi X2 qeyd edilmişdir. xxxxın müştərisi X2 MMC-nin hesabından çıxarışında aydın olur ki həqiqətəndə həmin məbləğ X4 Limited şirkətinə müqavilənin təyinatına uyğun olaraq “Prepayment for equipment by Cont03042024D dd 04.03.24 pro inv108 dc ##.##.2024” qeyd edilmişdir, yəni həmin vasitəçilik müqaviləsinə istinad edilmişdir. Həmin malların Rusiyaya çatdırılmasına dair gömrük bəyannaməsi mövcüddur və yenə də həmin bəyannamədə göndərici olaraq Bosfor Ticarət Lojistik şirkəti Malları qəbul edən şəxs isə LLC Hidronic( ООО Гидрони^ eyd edilərək, həmin mallar barədə məlumat və müqavilədə göstərilən eyni məbləğ, yəni 33 300 EUR göstərilmişdir. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati tənbeh tədbiq edərkən inzibati xətanın tərkibinin bütün elementlər mövcüd olmalıdır. Gömrük bəyannaməsindən görünür ki, ödəniş edilmiş mallar sonradan faktiki olaraq alıcıya çatdırılmışdır. Bu hal köçürülmüş vəsaitin təyinatı üzrə istifadə olunmasını və əməliyyatın formal deyil, real sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu təsdiq edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş vasitəçilik müqaviləsinə, xarici ticarət müqavilələrinə, invoyslara, bank sənədlərinə və gömrük bəyannamələrinə hüquqi qiymət verilməmiş, həmin sübutların hansı səbəbdən qəbul edilmədiyi qərarda əsaslandırılmamışdır. Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki ,“İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır.” Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkili) Vəkil verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Protokolu tərtib edən orqann nümayəndəsi nümayəndə1 iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ölkədən kənara vəsait köçürülübdür, köçürmə avans ödənişi kimi həyata keçirilmiş, lakin qarşılığında mallar ölkəyə idxal olunmamışdır. Odur ki, qeyd olunanları nəzərə alıb, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarından olan “xxxx” ASC-nin ## #### 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin bank hesabından “xxxx” şirkətinin hesabına 33300,00 (otuz üç min üç yüz) Avro məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən qabaqcadan ödəniş aparılmış, lakin 02 il müddətin keçməsinə baxmayaraq 33300,00 Avro məbləğində vəsait hesabına alınan malların idxal edilməsini, xidmətin göstərilməsini təsdiq edən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi yuxarda göstərilən nəticəyə gələrkən hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 33300,00 (otuz üç min üç yüz) Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından ## #### 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 33300,00 (otuz üç min üç yüz) Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında təqdim etdiyi izahatlarda həyata keçirilmiş valyuta köçürməsinin vasitəçilik fəaliyyəti çərçivəsində həyata keçirildiyini, malların Azərbaycan Respublikasına idxal edilməsinin nəzərdə tutulmadığını və əməliyyatın Türkiyə Respublikası ilə Rusiya Federasiyasında fəaliyyət göstərən təsərrüfat subyektləri arasında malların tədarükü ilə əlaqədar olduğunu bildirmişdir. Məhkəmə həmin izahatları və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, onlar inzibati xəta tərkibinin mövcud olmamasını təsdiq edən mötəbər və kifayət qədər sübutlar kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2024cü il tarixli qərarında izah edilmişdir ki, malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən üçüncü şəxslərə təqdim edilməsi üzrə vasitəçilik fəaliyyəti ilə bağlı xarici valyuta köçürmələri xüsusi hüquqi rejimə tabedir və belə əməliyyatların qanuni hesab edilməsi üçün Qaydaların 4.3.2-1-ci yarımbəndində nəzərdə tutulmuş tələblərə əməl edilməlidir. Həmin hüquqi mövqedən görünür ki, məhkəmə tərəfindən yalnız müqavilənin mövcudluğu deyil, həm də vasitəçilik münasibətlərinin real xarakter daşıyıb daşımaması, müqavilələrin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik müqavilələrinin qabaqcadan müvəkkil banka təqdim edilib-edilməməsi, habelə qanunvericiliklə tələb olunan təminat mexanizmlərinin, o cümlədən geri çağırılmayan akkreditiv və ya müvafiq bank qarantiyasının mövcudluğu araşdırılmalıdır. İş materiallarından müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## #### 2024-cü il tarixdə 33.300 Avro məbləğində vəsait xarici ölkədə yerləşən şirkətin hesabına qabaqcadan ödəniş qaydasında köçürülmüşdür. Lakin iş materiallarında həmin köçürmə həyata keçirilməzdən əvvəl vasitəçilik fəaliyyətini təsdiq edən müqavilələrin müvəkkil banka təqdim edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Eyni zamanda iş materiallarında Qaydaların 4.3.2-1-ci yarımbəndində nəzərdə tutulmuş geri çağırılmayan akkreditivin açılması, yaxud geri götürülməyən və öhdəliklərin icra müddətindən ən azı 30 bank günü artıq qüvvədə olan bank qarantiyasının təqdim olunmasına dair hər hansı sənəd mövcud deyildir. Bundan başqa, nümayəndənin izahatlarından görünür ki, mübahisələndirilən köçürmə məhz avans ödənişi kimi həyata keçirilmişdir. Halbuki Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında göstərilən hüquqi mexanizm vasitəçilik fəaliyyəti çərçivəsində aparılan köçürmələrin xüsusi qaydada rəsmiləşdirilməsini tələb edir və belə əməliyyatların qanuniliyinin şərtlərindən biri də qanunvericilikdə nəzərdə tutulmuş təminat vasitələrinin mövcudluğudur. Hüquqi şəxs tərəfindən həmin tələblərə əməl edilmədən həyata keçirilmiş avans köçürməsi sonradan təqdim edilən müqavilələrə istinad edilməklə vasitəçilik əməliyyatı kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, hüquqi şəxs tərəfindən təqdim olunmuş müqavilələr, invoyslar və digər sənədlər ən yaxşı halda xarici təsərrüfat əməliyyatlarının mövcudluğunu təsdiq edir, lakin onların heç biri köçürmə anında valyuta qanunvericiliyinin imperativ tələblərinə əməl edilməsini, vasitəçilik müqavilələrinin qabaqcadan banka təqdim olunmasını və ya qanunvericilikdə nəzərdə tutulmuş maliyyə təminatlarının mövcudluğunu sübuta yetirmir. Belə olan halda, məhkəmə nümayəndənin əməliyyatın vasitəçilik fəaliyyəti ilə əlaqədar olması barədə dəlillərini əsassız hesab edir və müəyyən edir ki, hüquqi şəxs tərəfindən həyata keçirilmiş əməliyyat faktiki olaraq qabaqcadan ödəniş xarakteri daşımış, ödənişin aparıldığı tarixdən iki ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait müqabilində malların idxalını təsdiq edən gömrük bəyannaməsi və ya xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, habelə qabaqcadan ödənilmiş vəsait geri qaytarılmamışdır. Bu səbəbdən məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olması qənaətinə gəlir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin mübahisəsiz hallarıdır ki, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “xxxx” şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC alıcı, “xxxx” şirkəti isə satıcı qismində çıxış etmişdir. MMC məhz qeyd edilən müqaviləni "xxxx" ASC-yə təqdim etməklə avans ödənişi kimi 33300,00 (otuz üç min üç yüz) Avro köçürmə etmiş, iki il keçsə də, alınan mallar ölkəyə idxal edilməmiş, pul vəsaiti geri qaytarılmamışdır. Burada məhkəmənin vəzifəsi həmin müqavilə üzrə malların ölkəyə idxal olunub-olunmamasını və ya pul vəsaitininin geri qaytarılıb-qaytarılmamasını yoxlamaq olmuş, təqdim edilmiş sənədlərlə bu müəyyən edilməmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 33300,00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən ## #### 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 33300,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin olması iş materialları ilə kifayət qədər təsdiq olunur. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar