Məhkəmə qərarları › İş №3(3-6)-1871/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1871/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1871/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi nümayəndə2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İmran qızının iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) İmran qızının Bakı şəhər X1 tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İmran qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) İmran qızı Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) İmran qızı, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin onun barəsində yenidən verdiyi inzibati xəta haqqında qərara TP 8034853 etiraz edərək bu şikayət ərizəsini təqdim edir. Qeyd olunur ki, bu məsələ artıq Nərimanov Rayon Məhkəməsinin müzakirəsinə çıxarılmış, məhkəmə DYPnin ilkin qərarını qeyri-qanuni hesab edərək ləğv etmiş və işin hərtərəfli, obyektiv araşdırılmasını tapşırmışdır. Lakin DYP həmin tapşırığı lazımınca yerinə yetirmədən, yenə eyni əsassız qərarı təkrarlamışdır. ##.##.2026-cı il tarixdə saat 17:24də Azad Hümbətov küçəsi 50, Nərimanov rayonu ünvanında, ona məxsus **CM*** dövlət nişanlı KIA CARENS avtomobilini idarə edərkən DYP əməkdaşı tərəfindən IXP******* nömrəli protokol tərtib edilmişdir. Protokolda İXM-nin 327.2-ci maddəsi — 1.1, 1.3 və 1.11 nişanlanma xəttlərini pozaraq sola dönmə- ittihamı irəli sürülmüşdür. Qərardan şikayət verən orqan (şəxs) İmran qızı həmin hərəkəti etməmişdir. Protokol real hadisəyə deyil, yanlış müşahidəyə əsaslanır. Hadisə yerinin yaxınlığında yerləşən kamera qeydləri bu həqiqəti sübut edə bilər. Tam araşdırma öhdəliyi (İXM, maddə 128-129): İş üzrə bütün hallar -hadisənin yeri, vaxtı, şəraiti, sübutlar — tam və hərtərəfli araşdırılmalıdır. DYP bunu etməmişdir. Məhkəmə qərarının icbari xarakteri: Nərimanov Rayon Məhkəməsinin qərarı DYP üçün məcburidir. Həmin qərarın tələblərini yerinə yetirmədən eyni nəticəyə gəlmək qanuna ziddir və bu qərar hüquqi qüvvə daşımır. Videogörüntülərin əhəmiyyəti: Hadisə yerindəki — Azad Hümbətov küçəsi 50 — kamera qeydləri mövcuddur. Bu görüntülər araşdırılmadan verilən hər hansı qərar natamam və əsassızdır. Məhkəmə özü də bunu qərarında qeyd etmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin “İnzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İmran qızının Bakı şəhər X1 tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İmran qızı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi DYP-nin ilkin qərarını qeyri-qanuni hesab edərək ləğv etmiş, işin hərtərəfli, obyektiv araşdırılmasını, o cümlədən hadisə yerinin vıdeogörüntülərinin işə əlavə edilməsini tapşırmışdır. Lakin DYP məhkəmənin tapşınğını yerinə yetirməmiş ,videogörüntüləri əlavə etməmiş, tam araşdırma aparmamış və eyni əsassız qərarı yenidən qəbul etmişdir. Məhkəmə özü qərarında qeyd etmişdir ki, Azad Hümbətov küçəsi 50 ünvanında kamera qeydləri mövcuddur. Lakin bu sübutlar nə DYP tərəfindən təqdim edilmiş, nə də məhkəmə tərəfindən tələb edilmişdir. İXM-nin 128-129-cu maddələrinə əsasən iş üzrə bütün hallar tam araşdırılmalıdır. Bu öhdəlik yerinə yetirilməmişdir. DYP ittihamını yalnız inspektorun ifadəsi ilə əsaslandırmışdır. Məhkəmə bu yeganə sübutun kifayət etdiyini hesab etmiş, lakin mənim kamera qeydləri kimi obyektiv sübutları nəzərə almamışdır. Apellyasiya baxışı zaman iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İmran qızı apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zaman iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə tabe olan Yol-Patrul Xidməti Alayı yolpatrul xidməti inspektoru X2 çıxış edərək sürücü Qərardan şikayət verən orqan (şəxs) İmran qızı ##.##.2026-cı il tarixdə, saat 17:24 radələrində "KIA CARENS" minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanda hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb olunduğunu qeyd etdi. Apellyasiya baxışı zaman iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsini qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İmran qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) İmran qızının Bakı şəhər X1 tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İmran qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) İmran qızı ##.##.2026-cı il tarixdə, saat 17:24 radələrində "KIA CARENS" minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanda hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76- cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Həmin maddəsinin dördüncü hissəsinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Apellyasiya instansiya məhkəməsi iş materiallarını tədqiq edərək və proses iştirakçılarını, o cümlədən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin qeyd etdiklərini nəzərə alaraq belə qənaətə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) İmran qızı ##.##.2026-cı il tarixdə, saat 17:24 radələrində "KIA CARENS" minik markalı, **-CM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanda hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi faktı sübuta yetirilmiş və apellyasiya baxışı nəticəsində onun məsuliyyətini aradan qaldıran hal müəyyən edilməmişdir. Buna görə də məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İmran qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) İmran qızının Bakı şəhər X1 tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İmran qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İmran qızının Bakı şəhər X1 tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar