Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1872/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, «Partnyor” X1” Ictimai Birliyinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından «Partnyor” X1” Ictimai Birliyinin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: “X4 Dəstək” Ictimai Birliyi” barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə EP seriyalı ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Inzibati xəta haqqında həmin protokoldan görünür ki, “X4 Dəstək” Ictimai Birliyi” 49765.36 ABŞ dolları məbləğində vəsaiti ## #### 2024-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 36427.42 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış «Partnyor” X1” Ictimai Birliyinin nümayəndəsi və vəkili X2 apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X4 Dəstək” Ictimai Birliyinin xarici tərəfdaş təşkilatla bağladığı ******** saylı, ##.##.2024-cü il tarixli müqavilə əsasında həmin tərəfdaş təşkilatın hesabına 49765.36 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir. ## #### 2026-cı il tarixinədək həmin vəsaitin 13 337,94 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Qalan 36427.42 ABŞ dolları müqabilində mallar isə “X4 Dəstək” Ictimai Birliyindən asılı olmayan səbəblərdən vaxtında idxal olunmamışdır. Həmin malların ölkəmizə vaxtında idxal olunmaması ilkin loqistika şirkətinin səhlənkarlığı və regionda baş verən fors major hadisələri səbəbindən baş vermişdir. Bu fakt tərəfdaş təşkilatın “X4 Dəstək” Ictimai Birliyinə göndərdiyi məktubla da təsdiq olunur. Həmin məktubda xarici tərəfdaş müqavilə üzrə göndərilməmiş malların 45 gün müddətində yeni logistik şirkət vasitəsilə çatdırılacağını bildirmişdir. Lakin məhkəmə qərar çıxararkən qeyd etdiyimiz halları və tərəfdaş təşkilatın həmin məktubunu nəzərə almamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə prosesinə gəlməmişlər, nümayəndə elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi nümayəndə1 elektron kabinet vasitəsilə ərizə göndərərək bildirmişdir ki, apellyasiya şikayətinə əlavə edilmiş ************** saylı bəyannamə ilə müvafiq malların idxalı təsdiq edilir. idxal tarixi 2-ildən sonra olduğu üçün gecikmənin üzürlü vəya üzürsüz səbəb olması ilə bağlı məsələyə münasibət bildirməsi üçün məhkəmə mülahizəsinə buraxılır. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin olması qənaətinə gəlməkdə və bu əsasla inzibati xəta haqqında iş üzrə hüquqi şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin ## ##### 2026-cı il tarixli, KB-**/*-***/**** nömrəli Protokolu tərtib edən orqan ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3 bəndinə müvafiq olaraq 14-##.##.2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malla (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adları və köçürməyə aid bütün təsdiqedici sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında “X4 Dəstək” Ictimai Birliyi”-də göstərilmişdir. ##.##.2024-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 49765.36 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün «xxxx” ASCyə müraciət etmişdir. Təqdim edilmiş gömrük bəyannamələrindən görünür ki, 36427.42 ABŞ dolları məbləğində vəsaitin dəyəri olan mallar ölkəyə idxal olunmuşdur. Inzibati orqanın nümayəndəsi də, ************** saylı bəyannamə ilə malların ölkəyə idxal edildiyini təsdiq etmişdir. Idxal tarixi 2-ildən sonra olduğu üçün gecikmənin üzürlü vəya üzürsüz səbəb olması ilə bağlı məsələyə münasibət bildirməsi üçün məhkəmə mülahizəsinə buraxdığını bildirmişdir. Hüquqi şəxsin nümayəndəsi malların gecikməsinin səbəbi əsasən ətraf regionda baş vermiş müharibə və bununla əlaqədar nəqliyyat dəhlizlərində mövcud olan problemlərlə bağlıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, nzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini Inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Məhkəmə malların ölkəyə gec idxal edilməsini üzrlü səbəb hesab edir. IXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 ## ###### 2020-ci il tarixli **/* saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin 2016-cı il ## ###### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Göründüyü kimi, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlər əsasında şikayətdə göstərdiyi dəlillər öz təsdiqini tapmış və hazırkı iş üzrə inzibati xəta tərkibinin olmaması müəyyən olunmuşdur. IXM-in; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, «Partnyor” X1” Ictimai Birliyinin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayət təmin edilməli, «Partnyor” X1” Ictimai Birliyinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, “X4 Dəstək” Ictimai Birliyi” barəsində IXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş EP seriyalı ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: «Partnyor” X1” Ictimai Birliyinin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayət təmin edilsin. «Partnyor” X1” Ictimai Birliyinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1872/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1872/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver