Məhkəmə qərarları › İş №3(3-6)-1873/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1873/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1873/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili Vəkil iştirakları ilə, ##.##.1974-cü il tarixində Naxşıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələrinin tərkib əlaməti olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına Bakı şəhər Nərimanov RPI 16ci Polis Şöbəsinin polis sahə inspektoru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs söyüb təhqir etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati tənbeh məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, ## #### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun həm yaşadığı, həm də Cəmiyyət sədri kimi fəaliyyət göstərdiyi ünvan 2 ünvanındakı qapısının ağzına hücum çəkmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qəsdən və nümayişkəranə şəkildə ictimai asayişi pozmuş, ona qarşı son dərəcə kobud davranışlar sərgiləmiş və ona müraciətlə hədə-qorxu gəlmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu aqressiv hərəkətləri onun mənzilində oğlunun gözü qərşısında baş vermişdir. Baş verən hadisədən sonra oğlu və özü sarsıntı keçirmişlər. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadıqları blokun ümumi istifadəsində olan şaxta otağının qapısına onun ünvanına yönələn təhqiramiz ifadələr yazmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati tənbeh məsuliyyətinə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov RPI-nin 16-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində vətəndaş Zərərçəkmiş şəxs tərəfindən şikayət daxil olmuşdur ki, 03 iyun tarixdə axşam saatlarında evinə gələrək onu təhqir etmiş, qonşuların rahatlığını pozmuş və səs-küy salmışdır. Şikayət ilə əlaqədar vətəndaş şöbəyə dəvət edilmiş, şöbədə olarkən polis əməkdaşlarının tələblərinə tabe olmayaraq səs-küy salmışdır. Nəticədə barəsində protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs protokola uyğun çıxış edərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da yaşadığı binada mənzil müştərək cəmiyyətinin sədri seçildiyini və 2 aydır ki, bu vəzifəni icra etdiyini qeyd etmişdir. Lakin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs seçildiyi gündən bəri onunla yola getmir, borclarını ödəmir, problem yaradır. Onun evinə bildiriş yazmışdır ki, iclas olacaq gəlib iştirak etsin, lakin Təranə bildirişin üzərinə yazılar yazmış və gəlməmişdir Daha sonra “Whatsapp” qrupunda onunla bağlı etdikləri söhbəti Imran adlı şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çatdırmış, Təranə də guya ki, onu təhqir etdiklərini bildirib axşam saatlarında evinə hücum edərək, onu təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Evdə övladı olduğu üçün narahat olmuşdur. Bu səbəbdən ondan şikayətçidir. Birinci instansiya məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs göstərdikləri yalandır. Mənzil Müştərək Cəmiyyətinin sədri kimi ona səs verməmişdir. Onun özü kommunal haqqını ödəməməsinə baxmayaraq, gəlib ondan pul istəyir. Artıq neçənci dəfədir ki, onu narahat edir. Hətta bir dəfə onu “Monte Napoleone” adlı məkana dəvət etmişdir ki, orada iclas keçiriləcək. Həmin yerə getməyi də özünə təhqir hesab edərək getməmişdir. Daha sonra onun qapısına bildiriş yazıb yapışdırmış, ona irad bildirmişdir ki, onu narahat eləməsin. 03 iyun tarixində ona məlum olmuşdur ki, binanın sakinlərinin “Whatsapp” qrupunda onun barəsində Rəna və Erkin adlı qonşular söhbət etmiş, onu təhqir etmişlər və ona dəli demişlər. Bu səbəbdən əsəbiləşərək Rənanın evinə getmiş və onu təhqir etmişdir. Daha sonra isə evinə getmişdir. Hazırda ondan şikayətçidir. Video görüntülərdən müəyyən edildir ki, təqdim edilən video görüntülərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Zərərçəkmiş şəxs adlı şəxslər görünür. Video görüntünün qeydə alındığı yer mənzilin daxilidir. Video görüntülərin müəyyən hissələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs qarşı təhqirlər işlətməsi aşkar eşidilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş “Whatsapp” görüntülərindən görünür ki, həmin yazışmalarda “Rena” adlı istifadəçi tərəfindən “3-cü mərtəbədə Təranə xanım. Uşaq baxçasıdı elə bil. Özünü adekvat aparmır, Imran bəy öyrədir verir bu ağıllını qabağa” məzmununda mesaj yazması, “Erkin” adlı istifadəçinin isə “2 gözəl insanlar 3 mərtəbədən, mən də özümü vuracam dəliliyə, qonşudan geri qalmaq olmaz” məzmununda mesaj yazması görünür. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, hazırkı işdə baş vermiş hadisə məhz şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, tərəflərin izahatlarından, eləcə də barəsində icraat aparılan şəxs tərəfindən təqdim edilmiş "Whatsapp" yazışmalarından müəyyən edilir ki, tərəflər arasında mənzil müştərək cəmiyyətinin idarə edilməsi və kommunal ödənişlər zəminində münaqişə mövcud olmuş, sözügedən yazışmalarda barəsində icraat aparılan şəxsin ünvanına "dəli" və bu kimi ifadələr işlədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz izahatında bu yazışmaların məzmunundan əsəbiləşərək Zərərçəkmiş şəxs ünvanına getdiyini bildirmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş videogörüntülərdən müəyyən edilir ki, hadisə ictimai yerdə deyil, nisbətən mənzilin daxilində və binanın koridorunda baş vermişdir. Həmin görüntülərdə kənar şəxslər müşahidə edilmir. Belə olan halda, məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bu qənaətə gəlir ki, barəsində icraat aparılan şəxsin hərəkətləri ictimai qaydaya qəsd etmək niyyəti ilə deyil, iki şəxs arasında mövcud olan şəxsi münaqişə zəminində və intiqam hissi ilə törədilmişdir. Hadisənin qapalı məkanda, yəni mənzilin daxilində baş verməsi, onun cəmiyyətə qarşı deyil, konkret bir şəxsə qarşı yönəldiyini göstərir ki, əməldə xırda xuliqanlığın obyektiv cəhəti, yəni ictimai qaydaya qəsd formalaşmamışdır. Şəxsi münasibətlər zəminində bir şəxsin digərini təhqir etməsi isə öz hüquqi təbiətinə görə xuliqanlıq deyil, fərdi şəxsin şərəf və ləyaqətinə qarşı yönəlmiş əməldir. Bu cür əməllərə görə təqib isə xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin bilavasitə məhkəməyə müraciət etmək hüququ vardır. Bundan əlavə inzibati xəta haqqında protokolda barəsində icraat aparılan şəxsin "polis əməkdaşlarının tələblərinə tabe olmayaraq səs-küy salması" qeyd edilsə də, hansı konkret qanuni tələbin irəli sürüldüyü, bu tələbin kim tərəfindən və nə məzmunda verildiyi, eləcə də şəxsin hansı hərəkət və ya hərəkətsizliklə həmin tələbi qəsdən yerinə yetirmədiyi göstərilməmişdir. Tələbin məzmunu müəyyən edilmədən, sadəcə "səs-küy salma" kimi ümumi ifadə ilə tabesizliyin obyektiv cəhətini formalaşmış hesab etmək mümkün deyildir. Çünki, səs-küy salma özlüyündə polisin qanuni tələbinə qəsdən tabe olmama mənasına gəlmir. Bundan əlavə, iş materiallarında polis işçisinin konkret qanuni tələbini və ona qarşı göstərilən tabesizliyi təsdiq edən hər hansı digər sübut, o cümlədən tabesizlik faktını əks etdirən videogörüntü və ya digər mötəbər material mövcud deyildir. IXM 8-ci maddəsinin tələbinə görə isə, təqsirin sübuta yetirilməsi vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür və bu istiqamətdə yaranan şübhələr barəsində icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Belə olan halda, IXM 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti də sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının IXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir», «Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs deyildir», «Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Həmin Məcəllənin IXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini araşdırıb, işdə iştirak edən şəxslərin izahatını, eləcə də inzibati materialda olan sənədləri apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq, iş üzrə sübutları qiymətləndirərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar