Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1876/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun müdafiəçisi “Ekol” Vəkil Bürosunun vəkili Vəkil qızının, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun ##.##.2026-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş şikayət ərizəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul şəxs Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Vəkil qızıməhkəmə iclasında tərəfindən verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək, verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X4 birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu qeyd edib şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu barəsində İXM-in 192.6cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “xxxx” MMC-nin direktoru A.İ.Zeynalov tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli, 189/Ş №-li əmrin surətindən görünür ki, cəmiyyətin çilingər vəzifəsində çalışan Musazadə Sahil Eldəniz oğlunun ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işinə xitam verilməsi, istifadə edilməmiş 7 məzuniyyət günü üçün son haqq-hesabın ödənilməsi əmr edilmişdir. “xxxx” MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli aktdan görünür ki, MMC-də sürücü vəzifəsində çalışan Musazadə Sahil Eldəniz oğlu əmək fəaliyyəti dövründə şirkətə maddi ziyan vurmuş və ona həvalə olunan nəqliyyat vasitələrinin ehtiyat hissələrinin təmirini düzgün qaydada yerinə yetirməmişdir. Bundan əlavə, “xxxx” MMC tərəfindən tərtib edilmiş JR***-N nömrəli, ##.##.2025-ci il tarixli və JR***-N nömrəli, ##.##.2025ci il tarixli qüsur aktları ilə “xxxx” MMC-yə dəymiş maddi ziyanın Musazadə Sahil Eldəniz oğlu tərəfindən törədildiyi təsdiq edilmişdir. Sürücü ona müəyyən edilmiş vəzifə təlimatının tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilən qüsur aktları Musazadə Sahil Eldəniz oğlunun şirkətə maddi ziyan vurduğunu rəsmi şəkildə sübut edir. X2 Eldəniz oğlu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən təqsirli əməlləri törədərək (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndində bildirilən “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüqub pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi”, 72-ci maddənin “c” bəndində bildirilən “təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması”) üzərinə düşən öhdəlikdən yayınmış, əmək vəzifələrini kobud şəkildə pozmuş, müəssisəyə maddi ziyan vurmuşdur. Yuxarıda yazılanlara əsasən Musazadə Sahil Eldəniz oğlu “xxxx” MMC tərəfindən təqdim edilən aktlara əsasən əmək funksiyalarına riayət etməməklə kobud pozuntuya yol vermişdir. “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış müşayiət məktubundan görünür ki, **-JR-*** dövlət qeydiyyat nişanlı, “X1” markalı nəqliyyat vasitəsi üzrə ##.##.2025-ci il tarixdə, **-JR-*** dövlət qeydiyyat nişanlı, “X1” markalı nəqliyyat vasitəsi üzrə ##.##.2025-ci il tarixdə texniki baxış, diaqnostika və sonradan təmir işləri aparılmışdır. Həmin nəqliyyat vasitələrinə baxış üzrə JR***-N nömrəli və JR***-N nömrəli qüsur aktları tərtib edilmişdir. Aparılmış baxış və diaqnostika nəticəsində müəyyən edilmişdir ki, hər iki nəqliyyat vasitəsində yaranmış nasazlıqlar istismar nəticəsində yaranan adi köhnəlmə və ya təsadüfi texniki nasazlıqla bağlı olmamış, əvvəlki təmir zamanı texniki normalara və istehsalçının tələblərinə uyğun olmayan müdaxilə nəticəsində əmələ gəlmişdir. Qüsur aktlarında göstərilən qüsurların nəticəsində nəqliyyat vasitələrinin normal istismarı mümkün olmamış, avtomobillər işləməz vəziyyətə düşmüş və əlavə təmir xərcləri yaranmışdır. Aparılmış diaqnostika və təmir işləri nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan nasazlıqlar əvvəlki təmir işlərinin düzgün aparılmaması, natamam icra edilməsi ilə birbaşa səbəbli əlaqədədir və bu nasazlıqlar yalnız həmin səhv təmir nəticəsində yarana bilərdi. Müəyyən edilmiş qüsurlar nəqliyyat vasitələrinin texniki vəziyyətinə mənfi təsir göstərmiş və onların sıradan çıxmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq olunması haqqında qərarından görünür ki, vətəndaş Musazadə Sahil Eldəniz oğlu ilə “xxxx” MMC-nin işəgötürəni arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmiş, belə ki, xitamın əsasları müvafiq qaydada əsaslandırıcı sənədləşdirmə aparılmamışdır. Nəticədə “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli əmək haqqı üzrə çıxarışından görünür ki, Musazadə Sahil Eldəniz oğluna 630,42 manat son haqq-hesab məbləği ödənilmişdir Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “xxxx” MMC tərəfindən Musazadə Sahil Eldəniz oğlu ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilməklə xitam verilmişdir. Lakin həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin konkret faktiki əsasları fərdiləşdirilməmiş, yalnız normativ müddəa ümumi şəkildə təkrar edilmiş, işçinin hansı konkret hərəkətinin intizam pozuntusu təşkil etdiyi və həmin hərəkətin hansı rəsmi sənədlərlə və mötəbər sübutlarla təsdiq olunduğu göstərilməmişdir. Bundan əlavə, iş materiallarında olan ##.##.2025-ci il tarixli aktla ##.##.2025-ci il tarixli əmrin məzmunu arasında əsaslı və izah olunmamış ziddiyyət mövcuddur. Belə ki, aktda Musazadə Sahil Eldəniz oğlunun “sürücü” vəzifəsində çalışdığı göstərildiyi halda, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə onun “çilingər” vəzifəsində işlədiyi qeyd edilmişdir. Bu ziddiyyət işin faktiki hallarının müəyyən edilməsində ciddi qeyri-müəyyənlik yaratmaqla yanaşı, qəbul edilmiş əmrin faktiki əsaslarının yoxlanıla bilən və ardıcıl olmadığını göstərir. Eyni zamanda, iş materiallarında yalnız digər müəssisə tərəfindən tərtib edilmiş qüsur aktına istinad olunmuş, lakin həmin aktın mötəbərliyi yoxlanılmamış, işçinin izahatı alınmamış, intizam pozuntusunun baş vermə halları, səbəbli əlaqə və təqsir elementi müəyyən edilməmişdir. Nəticə etibarilə, əmək münasibətlərinə xitam verilməsi barədə əmr obyektiv və hərtərəfli araşdırmaya əsaslanmamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Musazadə Sahil Eldəniz oğlunun izahatının alınmadığını qeyd etsə də, apellyasiya icraatı zamanı “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, Musazadə Sahil Eldəniz oğlu izahatının alınması üçün müəssisəyə dəvət edilmiş, lakin o izahat verməkdən imtina etmiş, həmçinin ##.##.2026-cı il tarixli aktdan görünür ki, o, ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərində izahatının alınması üçün müəssisəyə dəvət edilmiş və o, təkrarən bundan imtina etmişdir. Bundan əlavə “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış müşayiət məktubundan görünür ki, **-JR-*** dövlət qeydiyyat nişanlı, “X1” markalı nəqliyyat vasitəsi üzrə ##.##.2025-ci il tarixdə, **-JR-*** dövlət qeydiyyat nişanlı, “X1” markalı nəqliyyat vasitəsi üzrə ##.##.2025-ci il tarixdə texniki baxış, diaqnostika və sonradan təmir işləri aparılmışdır. Həmin nəqliyyat vasitələrinə baxış üzrə JR***-N nömrəli və JR***-N nömrəli qüsur aktları tərtib edilmişdir. Aparılmış baxış və diaqnostika nəticəsində müəyyən edilmişdir ki, hər iki nəqliyyat vasitəsində yaranmış nasazlıqlar istismar nəticəsində yaranan adi köhnəlmə və ya təsadüfi texniki nasazlıqla bağlı olmamış, əvvəlki təmir zamanı texniki normalara və istehsalçının tələblərinə uyğun olmayan müdaxilə nəticəsində əmələ gəlmişdir. Qüsur aktlarında göstərilən qüsurların nəticəsində nəqliyyat vasitələrinin normal istismarı mümkün olmamış, avtomobillər işləməz vəziyyətə düşmüş və əlavə təmir xərcləri yaranmışdır. Lakin birinci instansiya məhkəməsi bu halları araşdırmadan, iş materiallarında olan sənədlərə qiymət vermədən əsassız qərar qəbul etmişdir. İXM-in: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, vəzifəli şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-nin 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunın şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu barəsində İXM-in 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 53.1.2, 134.1.2, 135.1.2 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu barəsində İXM-in 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1876/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1876/2026
29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver