Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1877/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə verilmiş vəsatətin rədd edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025- ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 83000.00 Avro məbləğinin 20 faizi miqdarında, 16600 Avro (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ## ##### 2026-cı il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə verilmiş vəsatət rədd edilmişdir. Qərardaddan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən apellyasiya qaydasında şikayət verilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və qərardan şikayət vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onlardan asılı olmayan obyektiv səbəblərdən ## ###### 2025-cı il tarixli, *(***)-****/**** nömrəli qərardan şikayət vermə müddəti buraxılmışdır. Belə ki, ## ###### 2025-cı il tarixli, *(***)-****/**** nömrəli qərardan şikayət vermə müddətinin ötməsinin səbəbi odur ki, şirkətə məxsus elektron məhkəmə sistemində elektron kabinetə giriş etməklə bağlı müəyyən texniki çətinliklər (ASAN imza ilə bağlı nasazlıq) yaşandığından həmin dövrdə qərarın mövcudluğundan məlumatımız olmamış, yalnız Nərimanov rayon İcra şöbəsindən məlumat daxil olduqdan sonra qərarın mövcudluğundan məlumatları olmuş, bundan sonra elektron məhkəmə sistemində elektron kabinetə əlavə edilmiş sənədlərlə tanış olunmuşdurlar. Bu səbəbdən apellyasiya şikayəti verilməsi üçün İnzibat Xətalar Məcəlləsində nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. Bundan sonra apellyasiya şikayəti və müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Lazımi bütün əsaslandırmalar edilməsinə baxmayaraq buraxılmış prosessual müddətin bərpası ilə bağlı tələbləri Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin olunmamış və bununla bağlı ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardad qəbul olunmuşdur. Buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi barədə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı qanunsuzdur, əsassızdır və ləğv edilməlidir. Şirkətə məxsus elektron məhkəmə sistemində elektron kabinetə giriş etməklə bağlı müəyyən texniki çətinliklər yaşandığından Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından həmin dövrdə məlumatlarıolmamış, yalnız texniki problem aradan qaldırıldıqdan sonra ## ##### 2026-cı il tarixdə elektron məhkəmə sistemində elektron kabinetdən müvafiq qərarla tanış olunmuş və ## ##### 2026-cı il tarixdə qərarla bağlı apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa olunması ilə bağlı ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin apellyasiya şikayəti və müddət bərpa ərizəsi elektron məhkəmə sisteminə yüklənsə də, sistemin qeyri-sabit işləməsi və əlavə edilmiş sənədlərin qarşı tərəfdə görünməməsi səbəbindən həmin sənədlər məhkəmə tərəfindən təhvil alınmamışdır. Yalnız ## ##### 2026-cı il tarixdə məhkəmə ilə yaradılmış şifahi ünsiyyət zamanı sənədlərin sistemdə əks olunmadığı məlum olmuş və həmin tarixdə təkrarən yüklənmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliyə uyğun şəkildə məlumatlandırılmış tərəflər iştirak etmədiyindən məhkəmə baxış iclasınının onların iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il il tarixli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025- ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 83000.00 Avro məbləğinin 20 faizi miqdarında, 16600 Avro (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ## ###### 2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ## ###### 2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron məhkəmə sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə aktlarının elektron kabinetə yerləşdirilməsi həmin sənədin proses iştirakçısına qanunla müəyyən olunmuş qaydada təqdim edilməsi hesab olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə elektron sistemdə yaranmış texniki nasazlıq, elektron kabinetə girişin mümkünsüz olması barədə hər hansı tutarlı və əsaslı dəlil iş materaillarına əlavə edilmədiyindən məhkəmə bunu özünü müdafiə xarakterli sözlər hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə verilmiş vəsatətin rədd edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsini rəhbər tutaraq qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə verilmiş vəsatətin rədd edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1877/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1877/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver