Məhkəmə qərarları › İş №3(3-6)-1880/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1880/2026

22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1880/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi – Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Müdafiəçi Vəkil, İnzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ###### 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətinə və inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq; m ü ə y y ə n e t d i m: İş materiallarında olan sənədlərə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 02:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsində “Baba” adlı restoranda özünü yalandan polis əməkdaşı kimi təqdim edərək hesabı ödəməkdən yayınarkən mübahisə yaradaraq xırda xuliqanlıq etmiş, ora dəvət olunan polis əməkdaşlarının suallarına aqresiv cavab verərkən o, polis bölməsinə dəvət edilmiş və orada polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Şöbəsinin sahə inspektoru, R Əli Ağayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati protokol tərtib edilərək və toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakiminin (hakim S.Bağırova) ## #### 2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsin əvvəli ## #### 2026-cı il tarixdən saat 02:40-dan hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakiminin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı mübahisələndirilən qərarından inzibati tənbeh olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakiminin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi və törədilməsini sübut edən faktlar olmadığı üçün barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və dərhal onun azad edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakiminin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsin əvvəli ## #### 2026-cı il tarixdən saat 02:40-dan hesablanmışdır. Hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sözügedən qərarı tamamilə qanunsuz, əsassız və ədalətsizdir, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Məhkəmə mənə İXM-nin 510.1 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə cəza təyin etsə də, mən həmin maddələrdə nəzərdə tutulan heç bir qanunazidd hərəkət etməmişəm. İş materiallarında mənim bu xətaları törətməyimi təsdiq edən heç bir mötəbər və obyektiv sübut yoxdur. İXM-nin 9.1-ci maddəsinə əsasən, şəxs yalnız törətdiyi və qanunla inzibati xəta sayılan əmələ görə inzibati məsuliyyətə cəlb olunur. Sübut olunmamış ittihamla şəxsə cəza verilməsi qanunçuluq prinsipinin pozulmasıdır. Məhkəmə iclası zamanı məni saxlayan polis əməkdaşları özləri də məhkəmə zalında şahid qismində çıxış edərək açıq şəkildə bildirdilər ki, mən tutularkən polisə qarşı heç bir müqavimət göstərməmişəm. Bu ifadə İXM-nin 535.1-ci maddəsinin (qəsdən tabe olmamaq/müqavimət) tərkibini tamamilə istisna edir. Lakin birinci instansiya məhkəməsi nəinki bu ifadələrə hüquqi qiymət verməmiş, əksinə, polisin öz daxili ziddiyyətli iddialarını əsas götürərək barəsində qanunsuz qərar çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə və İXM-nin 91.1.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan vəkillə təmin olunmaq hüququ vardır. Məhkəmə prosesi zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədən vəkillə təmin olunmağımı rəsmən xahiş etdim. Lakin məhkəmə bu qanuni xahişimi təmin etməyərək, onu müdafiə hüququndan məhrum etdi və işə vəkilin iştirakı olmadan baxdı. İnzibati həbs kimi şəxsin azadlıq hüququnu məhdudlaşdıran ağır bir tənbeh növünün tətbiq edildiyi işdə vəkil hüququnun təmin edilməməsi İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) kobud şəkildə pozulması deməkdir. Azərbaycan Respublikası İXM-nin 131-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır. İşin apellyasiya baxışı zamanı inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil (vəkili ilə birlikdə imzalamaqla) apellyasiya şikayətinə əlavə verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakiminin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi və törədilməsini sübut edən faktlar olmadığı üçün barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və dərhal onun azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavədə göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakiminin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsin əvvəli ## #### 2026-cı il tarixdən saat 02:40-dan hesablanmışdır. Hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sözügedən qərarı tamamilə qanunsuz, əsassız və ədalətsizdir, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Məhkəmə mənə İXM-nin 510.1 (Xırda xulıqanlıq) və 535.1 -ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə cəza təyin etsə də, mən həmin maddələrdə nəzərdə tutulan heç bir qanunazidd hərəkət etməmişəm İş materiallarında mənim bu xətaları törətməyimi təsdiq edən heç bir mötəbər və obyektiv sübut yoxdur. Azərbaycan Respublikası İXM-nin 91 -ci maddəsinə əsasən, şəxs yalnız törətdiyi və qanunla inzibati xəta sayılan əmələ görə inzibati məsuliyyətə cəlb olunur. Sübut olunmamış ittihamla şəxsə cəza verilməsi qanunçuluq prinsipinin pozulmasıdır. Azərbaycan Respublikası İXMin 91-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmalı və qiymətləndirilməlidir. Məhkəmə qərarında sübutların hansı əsasla kifayət hesab edildiyi əsaslandırılmamışdır. Bu isə qərarın ləğvi üçün müstəqil əsasdır. Proporsionallıq prinsipinin pozulması AR İXM-in 32 və 33-cü maddələrinə əsasən inzibati tənbeh təyin edilərkən, xətanın xarakteri, şəxsin şəxsiyyəti ,ailə və sosial vəziyyəti yüngülləşdirici hallar nəzərə alınmalıdır. Qərarda bu hallar araşdırılmamış və əsaslandırılmamışdır. İnzibati həbs inzibati tənbehin ən sərt növüdür və yalnız zəruri hallarda tətbiq oluna bilər. Lakin məhkmə tərəfindən yüngül tənbeh növlərinin tətbiq imkanları qiymətləndirilməmişdir. Məhkəmə iclası zamanı məni saxlayan polis əməkdaşları özləri də məhkəmə zalında şahid qismində çıxış edərək açıq şəkildə bildirdilər ki, mən saxlanılarkən polisə qarşı heç bir müqavimət göstərməmişəm. Bu ifadə IXM-nin 535.1 -ci maddəsinin (qəsdən tabe olmamaq/müqavimət) tərkibini tamamilə istisna edir. Lakin birinci instansiya məhkəməsi nəinki bu ifadələrə hüquqi qiymət verməmiş, əksinə, polisin öz daxili ziddiyyətli iddialarını əsas götürərək barəmdə qanunsuz qərar çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə və İXM- nin 91.1.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan vəkillə təmin olunmaq hüququ vardır. Məhkəmə prosesi zamanı mən məhkəmədən vəkillə təmin olunmağımı rəsmən xahiş etdim. Lakin məhkəmə bu qanuni xahişimi təmin etməyərək, məni müdafiə hüququndan məhrum etdi və işə vəkilin iştirakı olmadan baxdı. Hətta müqavilə əsasında vəkilimi əlində order olmasına baxmayaraq işə buraxmadı və orderini qəbul etmədi. Baxmayaraq ki, vəkilim prosesdə zalda oldu. Avropa insan Hüquqları Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs ədalətli məhkəmə araşdırması hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş və zəruri hallarda məhdudlaşdırıla bilər.Nikolova Bolqarıstana qarşı (1999) AİHM qeyd etmişdir ki, azadlıqdan məhrumetmə ilə bağlı qərarlar konkret və əsaslandırılmış olmalıdır. Formal əsaslandırma kifayət hesab edilmir. Hazırkı işdə inzibati həbsin zəruriliyi və proporsionallığı əsaslandırılmamışdır. Salduz Türkiyəyə qarşı (2008)AİHM vurğulamışdır ki, müdafiə hüququnun məhdudlaşdırılması ədalətli məhkəmə prinsipinin pozuntusudur. Müdafiə hüququnun effektiv təmin edilməməsi qərarın ləğvi üçün əsasdır. İnzibati həbs kimi şəxsin azadlıq hüququnu məhdudlaşdıran ağır bir tənbeh növünün tətbiq edildiyi işdə vəkil hüququnun təmin edilməməsi İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) kobud şəkildə pozulması deməkdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakiminin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi və törədilməsini sübut edən faktlar olmadığı üçün barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və dərhal onun azad edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, verilmiş apellyasiya şikayəti aşağıda göstərilənlərə əsasən əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, ibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 02:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli *** nömrəli Bakı şəhəri Səbail RPİ-nin 9- cu Polis Şöbəsinin rəisinə polis nəfərləri Əliyev Ceyhun və Əhmədzadə Əli tərəfindən ünvanlanmış raportdan görünür ki, ##.##.2026-cı il tarixdə saat təxminən 02:40 radələrində inzibati ərazidə xidmətdə olarkən DİN-nin əməkdaşları Ə.Əlizadə küçəsində yerləşən “Babat” adlı gecə klubunun qarşısına kömək üçün avto-patrul çağırmışdılar. Onlar həmin ünvana yaxınlaşan zaman 1 nəfər şəxsi patrula əyləşdirərək bildirdilər ki, həmin şəxs “Babat” adlı gecə klubundan əylənib istirahət etdikdən sonra özünü polis əməkdaşı kimi təqdim edərək hesabını ödəməyərək obyektdən yayınmağa çalışaraq saxlanılmışdır. Belə olduğu halda onlar həmin şəxsi 9-cu Polis Şöbəsinə gətirmişlər. Bölmədə həmin şəxs özünü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kimi təqdim etmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026cı il tarixdə verdiyi izahatından görünür ki, ##.##.2026-cı il tarixdə Səbail rayonu, Ə.Əlizadə küçəsində yerləşən “Babat” adlı klubda saat 02: 40 radələrində yeyib-içdikdən sonra hesabı ödəməmək məqsədi ilə sərxoş vəziyyətdə olaraq Polis adından yalandan istifadə edərək hesabı ödəməkdən boyun qaçırtmışdır. Bu zaman obyekt sahibi onun polis olduğuna inanmadığı üçün polis əməkdaşları dəvət etdilər. Bir neçə dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşaraq çölə dəvət etdilər. Özlərini təqdim edib ona özünü təqdim etməsini bildirdikdə o polis əməkdaşlarına özünü təqdim etməmişdir. Polis əməkdaşları onu Polis Şöbəsnə dəvət etdilər və bu zaman sərxoş olduğu üçün ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Sonra onu Polis Şöbəsinə gətirmişlər. Etdiyi əməli səmimi olaraq etiraf edir. Polis şöbəsinə gətirilərkən və polis şöbəsində olduğu müddətdə ona qarşı heç bir zorakılıq və fiziki qüvvə tətbiq edilməmişdir. İzahatı öz sözləri ilə yazılmış və əlavəsi yoxdur. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətaların törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı məhkəmə iclasında tədqiq edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı 2309122 inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün, həmçinin qərarını ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi üçün hər hansı bir əsas görmür. İnzibati xəta haqqında protokol, tərəflərin məhkəmə iclasında səsləndirdiyi izahatlarının qarşılıqlı təhlili, o cümlədən protokolların məzmunu və s. belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Baxılan məsələ üzrə işin bütün faktiki hallarını araşdıraraq hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzbati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində istinad etmiş olduğu dəlillər onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya qaydasında şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara a l ı r a m: İnzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar