Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1881/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) iştirakı ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 528.1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli icra sənədi (bundan sonra – həmin icra sənədi) ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, icra sənədi üzrə məhkəməyə verilərkən yaranmış olan 6940 manat aliment borcundan 2500 manatını ödəmiş, qalan məbləği orada tam şəkildə ödəməyə imkanı olmadığına görə məhkəmə onun barəsində 500 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq etmişdir. Hazırda tələbkara qalan 4440 manat borcunu tam şəkildə ödəmiş və bu barədə tələbkarın etibarnamə ilə nümayəndəsi də bu günə borc olmaması barədə Protokolu tərtib edən orqan ərizə də vermişdir. Bundan sonra da aliment öhdəliyini vaxtında icra edəcəyini bildirir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına zərərçəkmiş şəxs və icra məmuru vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iş materiallarında olan müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - həmin icra sənədində göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ##.##.2019-cu il tarixdən başlayaraq, hər ay 160 manat olmaqla aliment və əlavə xərclərə görə hər ay 100 manat məbləğində pulun alınaraq Məmməd-zadə Ülviyyə Şirzad qızına ödənilməsi qərara alınmışdır. - ##.##.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Protokolu tərtib edən orqannin icra məmuru X1 ##.##.2019-cu il tarixdə icraatında daxil olmuş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli icra vərəqəsi üzə icraata başlamış, həmin tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. - ##.##.2026-cı il tarixli qərardan görünür ki, borclu ##.##.1985-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. - ##.##.2026-cı il tarixli qərardan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan axtarış ləğv edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati xətanı törətmiş fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, iş materiallarında olan yuxarıda göstərilmiş sənədlər, birinci instansiya məhkəməsi iclasında icra məmuru, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdikləri izahatlar, onlarla müəyyən edilmiş işin faktiki halları əsasında sonuncunu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini düzgün olaraq müəyyən etmiş və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərkən və barəsində inzibati cərimə tənbeh tədbirini sanksiyada nəzərdə tutulmuş ən aşağı həddə, yəni 500 manat məbləğində tətbiq edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin “Qeyd”-nə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin “Qeyd”-nə əsaslanaraq hesab edir ki, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə əlavə etdiyi qəbzlərin surətlərindən həmin icra sənədinin tam icrasını birinci instansiya məhkəməsinin yekun qərar qəbul etməsindən sonra təmin etdiyi müəyyən edildiyinə görə o, barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilə bilməz. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətin dəlili əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1881/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1881/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver