Məhkəmə qərarları › İş №3(3-6)-1882/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1882/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1882/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və Azərbaycan Republikası DIN Bakı şəhəri BPI-nin X1 Idarəsinin nümayəndəsi X3 iştrakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 327.2ci maddəsi ilə inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Republikası DIN Bakı şəhəri BPI-nin X1 Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN-nin Bakı şəhər DYPI tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verərək, qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Ağ şəhər ərazisində qeyd olunan hadisə üzrə svetoforun qadağanedici siqnalında hərəkət etməsi heç bir sübutla təsdiq olunmur. Əlavə olaraq qeyd etmişdir ki, həmin hadisəni özündə əks etdirən hər hansısa videogörüntü və ya fotoşəkilin olması mümkün deyildir, çünki həmin qərar sırf əməkdaşın subyektiv və qərəzli mülahizəsinə əsaslanmışdır. Belə ki, DYP əməkdaşı SMS radar portalına konkret halda heç bir video və foto görüntü, eləcə də təsdiqləyici məlumat əlavə etməmişdir. Hadisənin AR DYP-nin **-YP-*** dövlət qeydiyyat nişanlı xidmət avtomobilinin əməkdaşları tərəfindən rəsmiləşdirilmişdir. Qərardan şikayət verən şəxs onun hərəkətindən sonra digər nəqliyyat vasitələrinin hərəkəti davam etdirdiyini əks etdirən CD diski şikayətə əlavə etmişdir. Qərardan şikayət verən şəxs svetoforun hansısa qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmədiyi təsdiq olunmuşdur. Eyni zamanda mübahisələndirilən qərarın müəyyən müddət elektron sistemdə “qərarsız” statusunda olmuş və yalnız sonradan sistemə daxil edilmişdir. Qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli IXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-nin 53-cü maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhəri BPI-nin X1 Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Republikası DIN Bakı şəhəri BPI-nin X1 Idarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək təmin olunmasını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AR DIN Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli IXP******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 08:31-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi 182A ünvanında “Changan Qiyuan Q05 Plug-in hibrid” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə AR IXM-nin 327.2-ci və 327.7-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqında qərar qəbul edilmiş şəxs tərəfindən şikayətə əlavə edilmiş videogörüntüdən və fotoşəkillərdən müəyyən edilir ki, şikayətçi ehtimal olunan inzibati xəta hadisəsinin törədildiyi yerin görüntülərini təqdim etmişdir. Həmin videogörüntüdən və fotoşəkillərdən müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) svetoforun yaşıl işığı yandığı zaman hərəkəti davam etdirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 59-cu maddəsinin III. hissəsinin 2-ci hissəsinə əsasən yaşıl rəngli işığın yanıb-sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər). Həmin Qanunun 60-cı maddəsinin 2-ci hissəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. Inzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər hüquqazidd əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu mövqe ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarda Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsinin svetoforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi göstərilməklə onun barəsində inzibati tənbeh tətbiq olunsa da, şikayətə əlavə edilmiş foto və videogörüntülərdən və qərardan şikayət vermiş şəxsin izahatından müəyyən edildi ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi 182A ünvanında “Changan Qiyuan Q05 Plug-in hibrid” minik markalı, **-LK- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun yaşıl işığı yandığı zaman hərəkəti davam etdirmiş, həmçinin həmin avtomobilin sol tərəfində və ondan sonra hərəkət edən avtomobillər də hərəkəti davam etdirmişdir. Iş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış, qanuni və əsaslı olaraq Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərarı ləğv etmiş və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam vermişdir. Inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar