Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1884/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. MN 2485915 nörməli, ##.##.2026-cı il tarixli protokola əsasən Bakı şəhəri * saylı Notariat ofisinin *i-**** saylı ##.##.2026-cı il tarixli, Bakı şəhəri ** saylı Notariat ofisinin *i***** saylı, ##.##.2025-ci il tarixli və Bakı şəhəri ** saylı Notariat ofisinin *i-***** saylı, ##.##.2025-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, icra sənədləri üzrə tələblərin tam yerinə yetirə bilməməysinin səbəbi 2025-ci ilin dekabr ayından sonra işsiz qalmağı və hər hansı bir formada qazanc əldə etməməsi olmuşdur. Bundan başqa icra sənədləri üzrə borcun hissə- hissə icra olunmasından yayınmamışdır. Belə ki, “xxxx” MMC-dən 500 manat kredit götürmüş, götürdüyü bu kredit məbləğinə görə ümumilikdə 800 manat əsas və faiz borcu yaranmışdır. Bu borcdan ödənişlər etmişəm və hazırda 525 manat borcum qalmışdır. “xxxx” MMC-dən 1500 manat kredit götürmüş və bu kreditə görə ümumilikdə 2700 manat əsas və faiz borcu yaranmışdır. Bu kredit üzrə ödənişləri “manato.az” saytına daxil olaraq ödənişlər etmişdir. Daha sonra isə aylıq ödənişlərin aparılması saytda texniki səbəblərə görə mümkün olmamışdır. MMC-nin əməkdaşları ona bildirmişlər ki, iş icraya yönəldildiyindən əvvəlki qaydada ödənişlər dayandırılıb və mən icra məmurunun dediyi qaydada ödəniş etməlidir. İcra məmurundan isə ödənişlər hara etməli olmağı ilə bağlı ona hesab nömrəsi verilməmişdir. Bu səbəbdən ##.##.2025-ci il tarixli icra sənədi üzrə “xxxx" MMC-yə ödəniş edə bilməmişdir. xxxx ASC-yə olan borcuna dair ##.##.2026-cı il tarixli icra sənədi ilə bağlı məlumatı isə ##.##.2026-cı il tarixdə olmuşdur. Bundan sonra Bankla əlaqə saxlayaraq ödənişlərimi davam etdirəcəyimi və icra sənədinin geri götürmələrini xahiş etmişdir. İmkanı olmadığından 2026-cı ilin may ayının sonunda icra məmurunun yanında olan zaman ona 1 ay vaxt verilməsini istəmişdir ki, hazırda rəsmi qaydada işə daxil olacaq və ödənişləri davam etdirəcəkdir. Lakin o, buna baxmayaraq barəsində protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN 2485915 nörməli, ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Bakı şəhəri * saylı Notariat ofisinin *i-**** saylı ##.##.2026-cı il tarixli, Bakı şəhəri ** saylı Notariat ofisinin *i***** saylı, ##.##.2025-ci il tarixli və Bakı şəhəri ** saylı Notariat ofisinin *i-***** saylı, ##.##.2025-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri * saylı Notariat ofisinin *i-**** saylı ##.##.2026-cı il tarixli icra sənədinə əsasən 15400 manat Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq “xxxx” ASC-nin xeyrinə, Bakı şəhəri ** saylı Notariat ofisinin *i-***** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən 525 manat Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq BOKT “xxxx” MMC-nin xeyrinə, Bakı şəhəri ** saylı Notariat ofisinin *i-***** saylı, ##.##.2025ci il tarixli icra sənədinə əsasən 2942 manat Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan SMS bildirişin göndərilməsi barədə çıxarışlardan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərdə sms bildiriş göndərilmiş, bundan başqa ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə tələbin könüllü icrası barədə bilidirişləri imzalayaraq qəbul etmişdir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan hal isə özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırılmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Öyrənilmiş materiallarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş MN 2485915 nörməli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ##.##.2026-cı il tarixdən, yəni icra sənədi üzrə icraata başlanma haqqında qərar qəbul olunduğu tarixdən ## #### 2026-cı il il tarixədək (protokol tərtib olunduğu tarix) müddət keçməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, üzürsüz səbəbdən Dövlət adında qəbul edilmiş qətnaməni icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” # #### 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar ## ###### 2007ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə vəzifəli şəxsə münasibətdə maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1884/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1884/2026
29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver