Məhkəmə qərarları › İş №3(3-6)-1886/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1886/2026

30.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1886/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İlyaslı Ruslan Müseyib oğlunun Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyaslı Ruslan Müseyib oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi İlyaslı Ruslan Müseyib oğlu Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, guya o, ## ##### 2026-cı il tarixdə, saat 19:21 radələrində **RK*** dövlət qeydiyyat nömrəli, “MİTSUBİSHİ OUTLANDER” minik markalı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti istiqamətində hərəkətdə olan zaman AR-nın İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etmişdir. Nəticədə 100 manat məbləğində cərimə edilmə haqqında qərar qəbul edilmişdir. Halbuki qeyd olunan hallar həqiqəti əks etdirmir. Sözügedən inzibati qərarın heç bir hüquqi əsası yoxdur. Belə ki, qərardan göründüyü kimi guya inzibati xətanı ## ##### 2026-cı il tarixdə törətmişdir. Lakin bu barədə ona məxsus olan elektron informasiya sistemində məlumat ## ### 2026-cı il tarixdə yerləşdirilmişdir. Bilindiyi kimi AR-nın İXM-nin 38.6-cı maddəsinə görə, inzibati tənbeh vermə haqqında elektron qərar habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd olunan hüquq normasının tələbindən göründüyü kimi bu barədə məlumat 24 saat ərzində internet informasiya sistemində yerləşdirilməli idi. Lakin bu barədə məlumat 21 gün sonra yerləşdirilmişdir. Həmçinin maddənin digər tələbindən də görünür ki, elektron qərarla birlikdə foto və ya video materiallar da yerləşdirilməlidir. Lakin hər hansı bir foto və ya video material yerləşdirilməmişdir. Çünki belə bir foto və ya video material mövcud deyildir. Odur ki, yuxarıda qeyd olunanları əsas götürərək heab edir ki, sözügedən qərar tam əsassız və qanunsuzdur və ədalətli məhkəmə araşdırması ilə ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Bakı şəhər DYPİ-nin R X2 ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edib, AR-nın İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirləndirilməyim barədə inzibati xəta haqqında iş üzrə icraatın xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə İlyaslı Ruslan Müseyib oğlunun Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyaslı Ruslan Müseyib oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı tam qanunsuz və əsassızdır. Məhkəmə işə baxan zaman yalnız inzibati xətanın törədilməsi halını müəyyən etmişdir. Əslində isə məhkəmə tərəfindən araşdırılmalı olan hal şikayətdə də göstərdiyi kimi bu barədə məlumatın sistemə gec vurulmasıdır. Qərardan göründüyü kimi guya inzibati xətanı ## ##### 2026-cı il tarixdə törətmişdir. Lakin bu barədə ona məxsus olan elektron informasiya sistemində məlumat ## ### 2026-cı il tarixdə yerləşdirilmişdir. Bilindiyi kimi AR-nın İXM-nin 38.6-cı maddəsinə görə, inzibati tənbeh vermə haqqında elektron qərar habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd olunan hüquq normasının tələbindən göründüyü kimi bu barədə məlumat 24 saat ərzində internet informasiya sistemində yerləşdirilməli idi. Lakin qeyd etdiyi kimi bu barədə məlumat 21 gün sonra yerləşdirilmişdir. Həmçinin maddənin digər tələbindən də görünür ki, elektron qərarla birlikdə foto və ya video materiallar da yerləşdirilməlidir. Lakin hər hansı bir foto və ya video material yerləşdirilməmişdir. Məhkəmə isə işə baxan zaman bu halı araşdırmamış, qanunun tələbin pozumuşdur Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, lakin şikayətçi İlyaslı Ruslan Müseyib oğlu məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyaslı Ruslan Müseyib oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və İlyaslı Ruslan Müseyib oğlunun Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin IV bəndinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarında olan ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərara əsasən İlyaslı Ruslan Müseyib oğlu ##.##.2026-cı il tarixdə, saat 19:21 radələrində Bakı şəhəri, Babək prospektində 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarla hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə, “MİTSUBİSHİ OUTLANDER” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlyaslı Ruslan Müseyib oğlu Azərbaycan Respublikası İXM-nin 327.1- 1-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, şikayətçi tərəfindən inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, “Mitsubishi Outlander” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlyaslı Ruslan Müseyib oğlu ##.##.2026-cı il tarixdə, saat 19:21-də Bakı şəhəri, Babək prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olaraq düzünə hərəkətə davam etmiş, bununla da İXM-nin 327.1-1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmin zolaqda düzünə hərəkət ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdur. Lakin sürücü həmin hərəkət zolağına daxil olduqdan sonra düzünə hərəkəti davam etdirmişdir. Bu səbəbdən İlyaslı Ruslan Müseyib oğlu barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi özünün izahatı, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək İlyaslı Ruslan Müseyib oğlunun Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsinə əsasən təqsirli olmasının tam sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə həmçinin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsinə hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyaslı Ruslan Müseyib oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və İlyaslı Ruslan Müseyib oğlunun Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyaslı Ruslan Müseyib oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlyaslı Ruslan Müseyib oğlunun Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar