Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1888/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Protokolu tərtib edən orqan rəis müavini X1 tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi – ”Ekol” Vəkil Bürosunun vəkili nümayəndə2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli icra sənədinə əsasən, cavabdeh “xxxx” MMC-dən 304820,32 manat məbləğində əsas borc, 3554,10 manat həcmində illik 5 faiz borcu və 15241,16 manat dəbbə pulu, cəmi 323615,58 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. Lakin “xxxx” MMC-nin sabiq direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Nizami rayon icra şöbəsinin böyük icra məmuru Həsənov İlkin Qiyas oğlu tərəfindən ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə “xxxx” MMC-nin sabiq direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının tələblərinə zidd olmaqla əsassız qəbul edildiyindən ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamış, iş materiallarında mövcud olan rəsmi sübutlara düzgün hüquqi qiymət verməmişdir. Sözügedən icra sənədinin əsasını təşkil edən məhkəmə qərarı qanuni qüvvəyə minməmişdən və həmin qərarın icrası ilə bağlı hər hansı öhdəlik yaranmamışdan əvvəl, yəni ## ##### 2025-ci il tarixində onunla borclu “xxxx” MMC arasında mövcud olmuş əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən rəsmi qaydada xitam verilmişdir. Həmin tarixdən etibarən o, cəmiyyətin direktoru və ya qanuni təmsilçisi statusunu itirmiş, onun adından çıxış etmək, idarəetmə, sərəncamvermə və təmsiletmə səlahiyyətlərindən tamamilə məhrum olmuşdur. Əmək münasibətlərinə xitam verildiyi andan etibarən cəmiyyətin bank hesablarına, aktiv və passivlərinə, eləcə də idarəetmə prosesinə hər hansı formada təsir etmək və ya icra sənədinin icrasına dair hərəkətlər həyata keçirmək üçün hüquqi və faktiki imkanı olmamışdır. Direktor vəzifəsindən azad edildiyi tarixdən sonra “xxxx” MMC-nin idarə edilməsi və qanuni təmsilçiliyi tam şəkildə yeni təyin olunmuş şəxsə keçmişdir. Belə ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində cəmiyyətin qanuni təmsilçisi kimi Nugzari Shantadze göstərilir. Nizami rayon icra şöbəsi tərəfindən icra icraatı isə əmək münasibətlərinə xitam verilməsindən xeyli sonra - ## #### 2025-ci il tarixində başlanılmışdır. İş materiallarında olan rəsmi sənədlərdən görünür ki, icra öhdəliyinin faktiki daşıyıcısı olan subyekt icra orqanına məlum olmuşdur. Belə ki, Protokolu tərtib edən orqan ## ##### 2026-cı il tarixli rəsmi məktubunda böyük icra məmuru İlkin Həsənov tərəfindən “xxxx” MMC üzrə icra öhdəliyinin faktiki daşıyıcısı kimi Nugzari Shantadze göstərilmişdir. Buna baxmayaraq, icra orqanı tərəfindən onun keçmiş direktor statusu əsas götürülməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Halbuki icra öhdəliyinin icrası üçün nə hüquqi, nə də faktiki səlahiyyəti mövcud olmamışdır. İcra orqanı icra sənədinin icrasına cavabdeh subyektin o olmadığını bildiyi halda, onu icra prosesinə cəlb etmiş, barəsində inzibati məsuliyyət tədbirləri tətbiq etmiş və inzibati xəta haqqında protokol tərtib etmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının, “İcra haqqında” Qanunun və hüquqi məsuliyyətin şəxsiliyi prinsipinin tələblərinə əsasən, şəxs yalnız öz hərəkətinə və icra etmək imkanı olduğu öhdəliyə görə məsuliyyət daşıya bilər. Birinci instansiya məhkəməsi isə bu halları araşdırmamış, onun icra öhdəliyinin subyekti olub-olmamağını müəyyən etməmiş, əmək münasibətlərinə xitam verilməsi faktına, qanuni təmsilçinin dəyişdirilməsinə və icra orqanının rəsmi sənədlərində göstərilən faktlara hüquqi qiymət verməmişdir. Nəticə etibarilə, icra sənədinin icrasına hüquqi və faktiki təsir imkanından məhrum olan şəxs barəsində inzibati tənbeh tətbiq edilmişdir ki, bu da qanunçuluq, hüquqi müəyyənlik və məsuliyyətin şəxsiliyi prinsiplərinin kobud şəkildə pozulmasıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən, borclu dedikdə icra sənədinə əsasən müəyyən hərəkətləri etməli və ya müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs nəzərdə tutulur. Mövcud icra sənədində borclu şəxs fiziki şəxs olaraq o deyil, müstəqil hüquqi şəxs olan “xxxx” MMC-dir. İcra icraatının başlandığı ## #### 2025-ci il tarixində onun artıq cəmiyyətdə direktor statusu və hüquqi şəxsi təmsil etmək səlahiyyəti olmadığı halda, icra məmuru faktiki olaraq icra sənədinin borclusu olmayan şəxsi qanunsuz olaraq məsuliyyətə cəlb etmiş, məhkəmə isə subyekt dairəsini səhv müəyyən edərək bu pozuntuya göz yummuşdur. İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol yalnız icra sənədini üzrsüz səbəbdən icra etməyən borclu şəxs barəsində tərtib edilə bilər. Hazırkı iş üzrə isə o, icra sənədinin borclu subyekti olmadığı, eləcə də “xxxx” MMC-də nümayəndəlik səlahiyyətinə icra icraatının başlanmasından xeyli əvvəl xitam verildiyi üçün icra öhdəliyinin yerinə yetirilməsi üçün heç bir hüquqi və faktiki imkanı olmamışdır. İş materiallarında onun icra öhdəliyini üzrsüz səbəbdən icra etmədiyinə dair hüquqi tərkib elementləri sübuta yetirilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən, hüquqi şəxs olan borclu yalnız dövlət qeydiyyatına əsasən müəyyən edilmiş qanuni nümayəndəsi vasitəsilə təmsil olunur və icra icraatında onun adından hər hansı hərəkət etmək səlahiyyəti yalnız mövcud (cari) icra orqanına məxsusdur.Hazırkı iş materialları və hüquqi şəxslərin dövlət reyestrinin məlumatlarına əsasən, onun “xxxx” MMC-ni təmsil etmə səlahiyyəti icra icraatının başlanmasından xeyli əvvəl - ## ##### 2025-ci il tarixində hüquqi qaydada xitam edilmişdir və həmin tarixdən etibarən cəmiyyətin qanuni təmsilçisi kimi dövlət qeydiyyatında Nugzari Shantadze göstərilmişdir. Beləliklə, hüquqi şəxsin təmsilçilik səlahiyyəti yalnız dövlət reyestrində əks olunmuş məlumatlara əsasən müəyyən edildiyindən onun icra icraatı dövründə hüquqi şəxs adından hər hansı öhdəlik daşımağı və ya icra hərəkətləri etməyi qanunla istisna olunur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi və 135.1.4-cü maddəsi (inzibati tənbeh normasının düzgün tətbiq edilməməsi) İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə fiziki şəxslərə 500 (beş yüz) manatdan 1000 (bir min) manatadək məbləğdə cərimə və ya işin hallarına görə inzibati həbs tətbiq oluna bilər. Eyni zamanda, həmin norma üzrə inzibati məsuliyyət yalnız borclu statusuna malik şəxsə və icra sənədindən irəli gələn öhdəliyi yerinə yetirmək vəzifəsi və real imkanı olan şəxsə münasibətdə yarana bilər. Hazırkı iş üzrə isə o, icra sənədinin borclu subyekti olmadığı, “xxxx” MMC-də təmsilçilik səlahiyyətinə ## ##### 2025-ci il tarixində xitam verildiyi, icra icraatının isə ## #### 2025-ci il tarixində başlandığı nəzərə alınaraq, 528.1-ci maddənin subyektiv tərkib elementi (borclu statusu və icra öhdəliyi) ona münasibətdə mövcud olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hüquqi əsas olmadan “sabiq direktor” qismində fiziki şəxs kimi onu məsuliyyətə cəlb etmiş və 528.1-ci maddənin sanksiya həddini tətbiq etmişdir. Halbuki qanunvericiliyin imperativ tələbinə görə, fiziki şəxslərə münasibətdə cərimə həddi 1000 (bir min) manatı aşmamalıdır. Beləliklə, məhkəmə tərəfindən həm normanın subyekt üzrə yanlış tətbiqi, həm də sanksiya həddinin qanuna zidd müəyyən edilməsi baş vermişdir ki, bu da İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinə əsasən qərarın ləğvi üçün əsasdır. Onunla “xxxx” MMC arasında əmək və ya təmsilçilik münasibətlərinə ## ##### 2025-ci il tarixində qanuni qaydada xitam verildiyindən, icra icraatının başlanmasından əvvəl və sonra onun hüquqi şəxsi təmsil etmək və onun adından hər hansı öhdəlik yerinə yetirmək vəzifəsi mövcud olmamışdır. Bu səbəbdən onun hərəkətsizliyi hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi onun ## ##### 2025-ci ildən etibarən direktor olmadığını, eləcə də icra orqanının rəsmi məlumatlarında real borclu və cavabdeh şəxsin digər şəxs kimi göstərildiyini nəzərə almamış, bununla da Konstitusiyanın yuxarıda qeyd olunan imperativ tələblərini pozmuşdur. Hazırkı iş üzrə onun “xxxx” MMC-də təmsilçilik səlahiyyətinə icra icraatının başlanmasından əvvəl xitam verildiyindən, o, borclu hüquqi şəxsin cari qanuni nümayəndəsi statusunda olmamışdır. Buna baxmayaraq, icra məmuru tərəfindən onun şəxsən və qanunla nəzərdə tutulmuş qaydada fərdi məlumatlandırılmağı təmin edilməmişdir. Beləliklə, borclunun düzgün və fərdi qaydada məlumatlandırılması tələbinə əməl edilməmiş, nəticədə icra məmurunun tələbinin “üzrsüz səbəbdən icra olunmaması” barədə nəticə qanuni əsaslardan məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1, 49.2, 52.1 və 52.2-ci maddələrinə əsasən, hüquqi şəxs öz mülki hüquq və vəzifələrinə görə ona məxsus əmlakla müstəqil şəkildə cavabdehdir və hüquqi şəxsin öhdəlikləri onun orqanları vasitəsilə həyata keçirilir. Hüquqi şəxs qanunla xüsusi qayda müəyyən edilmədiyi hallarda, onun təsisçilərinin və ya keçmiş rəhbər şəxslərinin şəxsi əmlakı ilə cavabdehlik yaratmır. Bu baxımdan, hüquqi şəxsin öhdəliklərinə görə fərdi (şəxsi) məsuliyyət yalnız qanunvericilikdə birbaşa və açıq şəkildə nəzərdə tutulmuş hallarda yarana bilər. Qanunda belə bir xüsusi əsas mövcud olmadıqda, hüquqi şəxsin kommersiya və ya müqavilə öhdəliklərinin keçmiş icra orqanırəhbərinin üzərinə keçirilməsi hüquqi cəhətdən yolverilməzdir. “xxxx” MMC müstəqil hüquqi şəxs kimi öz öhdəliklərinə görə yalnız öz əmlakı ilə cavabdehdir və onun borclarının keçmiş direktorun şəxsi məsuliyyətinə aid edilməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan imperativ müddəalarına ziddir. Birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən mühüm faktiki halları tam və hərtərəfli araşdırmamış, o cümlədən, əmək və ya təmsilçilik münasibətlərinin faktiki və hüquqi olaraq xitam verilib-verilməməsi, eləcə də icraatın başlanma tarixi kimi iş üçün həlledici əhəmiyyət daşıyan halları düzgün müəyyən etməmişdir (İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsi). Məhkəmənin gəldiyi nəticələr iş materiallarında mövcud olan sübutlarla ziddiyyət təşkil etmiş, faktiki hallar düzgün qiymətləndirilməmişdir (135.1.2). Eyni zamanda, inzibati xəta faktını təsdiq edən mötəbər və qanuni sübutlar olmadan məsuliyyətə cəlbetmə həyata keçirilmiş (135.1.3), inzibati məsuliyyətin tətbiqinə dair hüquq normaları səhv və qeyri-düzgün şəkildə tətbiq edilmişdir (135.1.4). Bundan əlavə, inzibati xəta haqqında protokol onun iştirakı təmin edilmədən və izahatı alınmadan birtərəfli qaydada tərtib edilmiş, bununla da işin obyektiv, tam və hərtərəfli araşdırılmasına mane olunmuşdur (135.1.6). Bu hal eyni zamanda onun müdafiə hüququnun pozulmasına, eləcə də inzibati icraatın ədalətli araşdırma prinsiplərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi işin hüquqi nəticəsini dəyişdirə biləcək əhəmiyyətli faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, onun ## ##### 2025-ci il tarixində “xxxx” MMC ilə mövcud olmuş əmək və təmsilçilik münasibətlərinin qanunvericiliyə uyğun olaraq xitam verilməsi faktı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmin xitam icra icraatının başlanıldığı ## #### 2025-ci il tarixindən əvvəl baş verdiyindən, onun icra mərhələsində cəmiyyət adından hər hansı qərar qəbul etmək, bank hesablarına və aktivlərə sərəncam vermək və ya icranın təmin edilməsinə təsir göstərmək imkanı olmamışdır. Eyni zamanda, icra məmuru tərəfindən göndərilmiş könüllü icra bildirişinin ona fiziki şəxs olaraq fərdi qaydada təqdim olunub-olunmaması araşdırılmamış, habelə icra orqanının rəsmi sənədlərində borclu hüquqi şəxsin faktiki rəhbəri kimi Nugzari Shantadze-nin göstərilməsi faktına hüquqi qiymət verilməmişdir. İnzibati məsuliyyətin tətbiqi üçün şəxsin icra sənədinin icrasından qəsdən yayınması, icra məmurunun qanuni tələblərini yerinə yetirmək imkanına malik olduğu halda bundan bilərəkdən imtina etməsi mötəbər və kifayət qədər sübutlarla müəyyən edilməlidir. Lakin iş materiallarında onun borclu hüquqi şəxsin əmlakı, maliyyə vəsaitləri, bank hesabları və ya digər aktivləri üzərində sərəncam vermək səlahiyyətinə malik olmağını təsdiq edən hər hansı sübut mövcud deyildir. Eyni zamanda, ona şəxsən ünvanlanmış və icrası mümkün olan hər hansı qanuni tələb təqdim edildiyi, həmin tələbin ona lazımi qaydada çatdırıldığı və onun onu qəsdən icra etmədiyi də sübuta yetirilməmişdir. Əksinə, iş materiallarında olan rəsmi sənədlərdən görünür ki, icra icraatının başlanıldığı tarixdə o, artıq “xxxx” MMC-nin direktoru olmamış, cəmiyyətin fəaliyyətinin idarə olunması, onun aktiv və passivləri üzərində sərəncam verilməsi, habelə öhdəliklərinin icrasının təmin edilməsi ilə bağlı hər hansı hüquq və vəzifə daşımamışdır. Bu səbəbdən icra sənədinin icrasına təsir göstərmək üçün nə hüquqi səlahiyyəti, nə də faktiki imkanı olmuşdur. Bundan başqa, inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı da qanunun tələblərinə əməl edilməmişdir. İş materiallarında onun icra icraatından lazımi qaydada xəbərdar edilməyini, ona hüquq və vəzifələrinin izah olunmasını, izahat vermək imkanının yaradılmasını, protokolun onun iştirakı ilə tərtib edilməsini və ya protokolu imzalamaqdan imtina etdiyini təsdiq edən hər hansı prosessual sənəd mövcud deyildir. Göründüyü kimi, inzibati məsuliyyətin yaranması üçün zəruri olan həm maddi, həm də prosessual elementlər sübuta yetirilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin halları araşdırmadan və qiymətləndirmədən, yalnız icra məmuru tərəfindən birtərəfli qaydada tərtib edilmiş protokola əsaslanaraq barəsində inzibati tənbeh tətbiq etmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə, subyektliyi, təqsiri və inzibati xətanın törədilmə şəraiti mötəbər sübutlarla təsdiq edilmədiyi halda şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr iş üzrə müəyyən edilmiş faktiki hallarla uzlaşmır və iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə onu icra məmurunun qanuni tələblərini yerinə yetirməyən şəxs kimi qiymətləndirsə də, iş materiallarında olan rəsmi sənədlər bunun əksini sübut edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən əldə edilmiş əmək müqaviləsinin ləğvinə dair arayış, hansı ki, onunla “xxxx” MMC arasında mövcud olmuş əmək münasibətlərinə ## ##### 2025-ci il tarixində xitam verildiyini təsdiq edir. Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən verilmiş çıxarış, hansı ki, “xxxx” MMC-nin qanuni təmsilçisinin Nugzari Shantadze olduğunu təsdiq edir. Protokolu tərtib edən orqan ## ##### 2026-cı il tarixli rəsmi məktubu, hansı ki, böyük icra məmuru İlkin Həsənov tərəfindən imzalanmış və icra öhdəliyinin faktiki subyektinin o deyil, Nugzari Shantadze olduğunu təsdiq edir. Qeyd olunan sübutlar iş üzrə subyekt məsələsinin düzgün müəyyən edilmədiyini, icra sənədindən irəli gələn öhdəliyin ona aid olmadığını və inzibati məsuliyyətin tətbiqi üçün hüquqi əsasların mövcud olmadığını açıq şəkildə təsdiq edir. Bununla yanaşı, həmin sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamış və onlara lazımi hüquqi qiymət verilməmişdir. Eyni zamanda, inzibati xəta haqqında protokol onun iştirakı təmin edilmədən, izahatı alınmadan və müdafiə hüququ tam təmin olunmadan tərtib edilmiş, nəticədə o, müdafiə hüququnun səmərəli həyata keçirilməsindən məhrum edilmişdir. Beləliklə, təqdim edilən sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsassız olduğunu və barəmdə tətbiq edilmiş inzibati tənbehin qanuni əsasdan məhrum olduğunu təsdiq edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən barəsində tənbeh tədbiri tətbiq edilmiş şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək işlərin normal qaydada idarə edilmədiyini gördükdən sonra işdən çıxarılması üçün müraciət etdiyini, ## ##### 2025-ci ildə işdən çıxdığını, barəsində yanlışlıqla sorğu verildiyinin icra məmuru tərəfindən etiraf edildiyini, yeni direktoru tanımadığını, şirkətin alqı-satqı nəticəsində satıldığını, aprel ayında danışıqlar zamanı nümayəndəyə ASAN İmzanın təqdim edildiyini, lakin bu barədə akt tərtib edilmədiyini, bundan sonra isə MMC-nin rəsmi sənədlərinə, bank hesablarına çıxışı olmadığını, həmin MMCdə təsisçinin də özü olduğunu, faktiki sahibin isə Anar Nağıyev olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi çıxış edərək MMC üzrə ölkədə olmayan 90 yaşlı xarici vətəndaşın məqsədli şəkildə borclardan yayınmaq üçün yeni direktor təyin edildiyini, təcrübədə müxtəlif MMC-lərdə borclardan yayınmaq üçün bənzər halların baş verdiyini və direktorların dəyişdirildiyini, direktorun dəyişdirilməsinin təsisçi qərarı ilə icra olunmalı olduğunu, əmrdən başqa, həm də elektron sistemdən çıxarış olmalı olduğunu, vergi orqanına qeydiyyata alınmaq üçün notarial qaydada təsdiq edilmiş ərizə və digər sənədlərlə müraciət etməli olduğunu, lakin yeni direktorun ## ######## 2025-ci ildə qeydə alındığını, həmin tarixədək isə icra qurumuna Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəvət edildiyini, ona könüllü icra barədə bildiriş təqdim edildiyini, yeni direktorun isə bu hərəkətlərdən sonra rəsmiləşdirildiyini, həmin müddət ərzində isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətlərini icra etmədən naməlum şəxsə ötürdüyünü, təqdim etdiyi çıxarışlardan da göstərdiyi halların təsdiqini tapdığını, icra məmuru tərəfindən yol verilə biləcək pozuntularla bağlı qurumların cavab məktublarından da şəxsə qarşı hər hansı pozuntuya yol verilmədiyinin göründüyünü bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən icra məmuru çıxış edərək MMCnin rəhbərinin məhkəmə qərarının icrasından yayınmaq üçün məqsədli şəkildə direktor vəzifəsindən ayrıldığını və yeni direktorun formal təyin edilmiş şəxs olduğunu, əks halda, bütün MMC-lərin məhkəmə qərarlarından sonra bənzər davranışlarla qərarın icrasından yayına biləcəyini, şəxsin hüquqlarının icra məmuru tərəfindən pozulmadığını bildirib apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxsi dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli icra sənədinə əsasən, cavabdeh “xxxx” MMC-dən 304820,32 manat məbləğində əsas borc, 3554,10 manat həcmində illik 5 faiz borcu və 15241,16 manat dəbbə pulu, cəmi 323615,58 manat pul tutularaq, iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında ## #### 2025-ci il tarixli qərardan görünür ki, Protokolu tərtib edən orqan böyük icra məmuru İlkin Həsənov tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında ## #### 2025-ci il tarixli bildirişdən görünür ki, “xxxx” MMC-yə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsində izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərək bildirmişdi ki, ilkin məhkəmə prosesi zamanı “xxxx” MMC-nin direktoru olsa da, hazırda MMC direktoru o deyil. Belə ki, məhkəmə prosesindən sonra öz ərizəsinə əsasən həmin işdən ayrılmışdır. Hazırda Naxçıvan şəhərində yaşayış, başqa yerdə işləyir, himayəsində iki azyaşlı uşağı var. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində höko icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin Qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar”. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, icra məmurunun tələblərin yerinə yetirilməsi nəzərdə tutulmuş icra sənədinin hüquqi nəticələrini aradan qaldıran əhəmiyyətli hal indiyədək mövcud olmamışdır. Bundan başqa, uzun müddət ərzində xəbərdar edilmiş borclu tərəfindən qərarın icra edilmədiyi iş materialları ilə təsdiq edilir. Beləliklə, şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini istisna edən hal mövcud olmamışdır. İş materiallarından və apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, müvafiq qətnamənin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra edilməməsi işin mübahisəsiz halıdır və apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə aid hissədə münasibət bildirilməsini zəruri hesab edir. Əvvəla, apellyasiya instansiya məhkəməsi qeyd edir ki, iş üzrə izahatlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra vərəqəsi üzrə ödənişlərin edilmədiyini, inzibati xətanın mövcudluğunu inkar etmir, lakin inzibati xətanın subyektinin başqa şəxs olduğunu, özünün isə artıq səlahiyyətli olmadığını iddia edir. Qeyd olunan icra vərəqəsinin istinad etdiyi məhkəmə qətnaməsi qəbul edildiyi vaxtda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktor vəzifəsində idi, həm də həmin mülki mübahisənin məhkəmə instansiyalarında mübahisələndirilməsi, araşdırılması zamanı da o bilavasitə direktor olaraq məlumatlı və maraqlı şəxs kimi çıxış etməsi də işin mübahisəsiz hallarından biridir. Məhkəmə qeyd edir ki, məhdud məsuliyyətli cəmiyyətin icra orqanı (o cümlədən, təkbaşına icra orqanı), onun seçilməsi yaxud təyin olunması, habelə səlahiyyət və öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91-2 maddəsi ilə müəyyən edilib. Bu qaydalar MMC-nin direktorunun dəyişdirilməsi zamanı da tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən, cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək, cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək, cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin Məcəllənin 91-2.1-ci maddəsinə əsasən, cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Həmin Məcəllənin 91-2.3-cü maddəsinə əsasən, cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən, nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3-cü maddəsinə görə, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Həmin Qanunun 9-1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-2.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9-1.2-ci maddəsinə əsasən, müraciət zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Həmin Qanunun 9-1.3-cü maddəsinə əsasən, qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Həmin Qanunun 9-1.4-cü maddəsinə əsasən, təsis sənədlərinin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin və ya idarəetmə orqanlarının üzvlərinin gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir. Nizamnamədə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanır. Bu halda təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Həmin Qanunun 9-1.5-ci maddəsinə əsasən, müraciət zamanı dəyişiklik dövlət qeydiyyatına alınaraq, dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə göndərilir. Həmin Qanunun 9-1.6-cı maddəsinə əsasən, təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) təsdiq olunaraq kağız daşıyıcılarında da verilir. Həmin Qanunun 9-1.8-ci maddəsinə əsasən, təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin (təsisçi dəyişikliyi istisna olmaqla) dövlət qeydiyyatı bu maddəyə uyğun olaraq həyata keçirilir. Müvafiq normalardan göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətin direktoru onun adından çıxış edən və onun maraqlarını təmsil edən təkbaşına icra orqanıdır. Onun haqqında məlumatlar dövlət reyestrinə daxil edilir. MMC-nin direktorunun dəyişdirilməsi zamanı dövlət reyestrində məlumat dəyişikliyi aparmaq məqsədi ilə Dövlət Vergi Xidmətinin müvafiq qurumlarına məlumat verilməlidir. Təkbaşına rəhbər və MMC arasında müqavilə, onun təyin olunması haqqında qərar verən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxslə (yaxud müvəkkil edilmiş şəxs) təkbaşına rəhbər (direktor) tərəfindən imzalanır. Cəmiyyət bir təsisçi tərəfindən yaradıldıqda direktorla müqaviləni həmin təsisçi imzalayır. MMC-nin direktorunun dəyişdirilməsi prosesi ümumi iclasın çağırılması, müvafiq sənədlərin hazırlanması, əvvəlki direktorla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, yeni direktorun işə qəbulu, məlumat dəyişikliyinin dövlət reyestrinə daxil edilməsi üçün müraciət, dəyişiklik haqqında banka məlumat verilməsi ardıcıllığı ilə yerinə yetirilir. Bir iştirakçısı olan məhdud məsuliyyətli cəmiyyətin təsisçisinin və MMC-nin direktorunun eyni vaxtda dəyişdirilməsi alqı-satqı müqaviləsi ilə mümkündür. Yuxarıda qeyd edilənlərdən də bu nəticəyə gəlmək olur ki, iş üzrə subyektin müəyyən edilməsində həlledici tarix əmək müqaviləsinə xitam tarixi deyil, reyestrdə dəyişikliyin qeydə alınması tarixidir. Məhkəmə kollegiyası həm də nəzərdə saxlayır ki, iş materiallarında direktorun işdən azad edilməsi barədə təsisçinin də hər hansı qərarı mövcud deyildir və həm də təsisçi olduğunu bildirən direktor özü də belə bir qərarın mövcudluğunu ehtimal şəklində qeyd etsə də həmin qərarı təqdim etməmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi icra işi ilə bağlı materialların tədqiq edilməsi üçün məhkəməyə təqdim edilməsi barədə icra qurumuna sorğu ünvanlamış, həmin sorğuya əsasən materiallar məhkəməyə təqdim edilmiş və elan edilərək məhkəmə iclasında tədqiq edildikdən sonra iş materiallarına müvafiq sənədlər əlavə edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən icra məmuru və tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi sabiq direktorun borcların ödənilməsindən yayınmaq məqsədilə qəsdən dəyişdirildiyini, icra məmuru tərəfindən könüllü bildirişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edildiyi tarixdə yuxarıda sadalanan prosedurlara uyğun olaraq MMC-nin yeni rəhbərinin təyin edilməsi barədə rəsmi qaydada qeydiyyat aparılmadığını bildirmişlər. Məhkəmə qeyd edir ki, tələbkarın nümayəndəsi tərəfindən təqdim edilmiş çıxarışlardan da göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsi elan edilərkən, müvafiq icra vərəqəsi verilərkən və könüllü icra barədə bildiriş göndərilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs deyil, Shantadze Nugzarinin direktor təyin edilməsi barədə məlumat vergi orqanında ümumiyyətlə qeydiyyata alınmamışdır. İcra məmuru inzibati xəta haqqında protokolu reyestrdə edilmiş dəyişiklikdən sonra tərtib edərək sabiq direktoru vəzifəli şəxs kimi göstərsə idi, göstərilənlər qərarın mübahisələndirilməsi üçün əsasların yarana bilməsinə dəlalət edən mümkün hal kimi nəzərədən keçirilə bilərdi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə görə, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapmışdır. Apellyasiya şikayətində göstərilənlər isə özünümüdafiə xarakterli olmaqla əsassızdır. Məhkəmə bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şəxsi 1500 manat məbləğində cərimə etmiş, tənbeh tədbirinin növünün dəyişdirilməsi və ya barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi üçün əsaslar olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində azyaşlı iki uşağının olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1888/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1888/2026
15.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver