Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1890/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi : “xxxx” MMC barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarına əsasən “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 20.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərardan narazı qalan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə inzibati xəta tərkibi olmadığından və eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin inzibati xəta törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərindən şikayət verən şəxslərin İnzibati Xətalar Məcəlləsinin 62.5-ci maddəsinin tələblərindən irəli gələrək şahid kimi sorğu-sual edilməsi üçün məhkəməyə çağırılmaları barədə şifahi qaydada vəsasət verilmişdir. Məhkəmə qeyd olunan şəxslərin iştirakını təmin etmək üçün məhkəmə iclasını bir dəfə təxirə salmışdır. Həmin şəxslər müxtəlif bəhanələr uyduraraq məhkəmə prosesinə gəlib izahat verməkdən, üzləşmədən yayınmışlar. Nəticədə qeyd olunan şəxslərin şahid kimi çağırılaraq məhkəmədə sorğu-sual edilməsi təmin edilməmişdir. Halbuki, bu işin ədalətli və obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Çünki iş materiallarında sübut kimi sayıla biləcək məlumatlar yalnız şikayət verən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin izahatlarından ibarətdir. “xxxx” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair hər hansı əlavə sənədlər və ya maddi sübutlar mövcud deyildir. Həmin şəxslər isə ümumiyyətlə “xxxx” MMC ilə hər hansı əmək münasibətlərinə daxil olmamışlar, nə bu şirkətin rəhbərliyi, nə də onun əməkdaşları ilə hər hansı işlə bağlı danışıqlar aparmamışlar, ümumiyyətlə şirkət və onun əməkdaşlarını tanımırlar, iş materiallarında verdikləri izahatlardan da göründüyü kimi sadəcə Xaliq adlı şəxslə tanış olmuşlar və ondan tapşırıq almışlar. Məhz bu səbəbdən həmin şəxslər üzləşmədən yayınmaq üçün müxtəlif bəhanələr gətirərək məhkəmədə iştirak etməmişlər. Əmək hüquqlarının pozulduğunu iddia edilən həmin şəxslər Xaliq Heydərovun əməkdaşlarıdır və həmin şəxslərin əmək münasibətləri məhz onların Xaliq Heydərov ilə birbaşa münasibətlərində tənzimlənməlidir. Belə ki, Xaliq Heydərov özünü sahibkar kimi qələmə vermiş, tikinti briqadası olduğunu və Subpodrat Xidmət Müqaviləsi bağlayacağını bildirmişdir. Ələkbərov İsmayıl Xəlil oğlu tərəfindən Xaliq Heydərova 1200 manat pul verilmişdir ki, o “xxxx” MMC-nin işə ciddi yanaşmasını görsün. X1 sonradan müxtəlif bəhanələr gətirərək müqavilə bağlanmasından yayınmışdır və ona ödənilən 1200 manatı qaytarmamaq üçün əməkdaşlarını bölgəyə apararaq orada işlətdiyini iddia etmiş və əlavə ödənişlər tələb etmişdir. Halbuki o, “xxxx” MMC-dən hər hansı göstəriş almadan əməkdaşlarını qanunsuz olaraq bölgəyə aparmış və iş görmələrinə özbaşına tapşırıq vermişdir. “xxxx” MMC subpodrat müqaviləsi bağlamaqdan yayındığına görə Xaliq Heydərovun xidmətlərindən yararlanmayacağı ona bildirmişdir. “xxxx” MMC-nin Xaliq Heydərovun cəlb etdiyi işçi heyəti barədə heç bir məlumatı yoxdur və onların hansı işləri görməsindən məlumatı yoxdur. xxxx” MMC-nin qeyri-rəsmi hər hansısa işlərin görülməsinə marağının olması məntiqə uyğun deyildir. Belə ki, şirkət vergi ödəyicisi kimi görülmüş işlərlə bağlı çəkdiyi xərcləri rəsmi olaraq xərcinə salması üçün bütün işlərin rəsmi sənədləşmə əsasında aparılmasına maraqlıdır. Bu baxımdan birinci instansiya məhkəməsini tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi və apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış prokurorluğun nümayəndəsi iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümükün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan müəyyən olunur ki, hüquqi şəxs “xxxx” MMC-ni təmsil etmək səlahiyyətinə malik olan direktor Ələkbərov İsmayıl Xəlil oğlu həmin hüquqi şəxsin xeyrinə və maraqlarının qorunması üçün AR-nın ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlanmadan və həmin Məcəllənin 49cu maddəsinə əsasən əmək müqaviləsi tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalanmayaraq hüquqi qüvvəyə minmədən 2025-ci ilin noyabr-dekabr aylarında Xocavənd rayonunda şahid5, şahid4, şahid3, X7, X2 qaynaq, şahid1 isə elektrik işlərinin görülməsinə cəlb etdiyinə görə hüquqi şəxs “xxxx” MMC AR İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunanlar şahid5, şahid4, şahid3, X7, X2, şahid1, X3 oğlu və Ələkbərov İsmayıl Xəlil oğlunun izahatları ilə təsdiq olunur. -Ələkbərov İsmayıl Xəlil oğlu izahatında göstərmişdir ki, 2024-cü il tarixdən “xxxx” MMC-nin direktoru işləyir. MMC hüquqi şəxsi qismində fəaliyyət göstərir və hüquqi ünvanı Bakı şəhəriu, Nizami rayonu, Cəmşid Naxçıvanski, ev 63, mənzil 56 ünvanında yerləşir. “xxxx” MMC-nin fəaliyyəti təmir-tikinti, inşaat işlərini həyata keçirməkdən ibarətdir. 2025-ci il tarixdən rəhbərlik etdiyi “xxxx” MMC Xocavəd rayonunda fərdi kənd evlərinin təmir və bərpası ilə məşğuldur. Həmin işləri həm onun rəhbərlik etdiyi “xxxx” MMC-nin işçiləri, həmçinin xidmıt müqaviləsi əsasında cəlb edilən işçilər işləmişdir. Qeyd edir ki, fərdi evlərin sayı çıxdur və evlər aralı məsafələrdə yerləşirlər. Həmin təmir-bərpa işlərin gəm özü, həm də onunla əmək müqaviləsi bağlamış Anar Qasımov və X5 edirlər. 2025-ci ilin noyabr ayının sonunda Xaliq Heydərov onun müavini Vəfa Heydərov ailə əlaqə saxlayaraq təmir tikinti işlərində öz briqadası ilə işləmək istədiyini bildirmişdir. Vəfa xanım da Xaliqi ona yönləndirmiş və o Xaliqlə telefonla danışanda ona bildirmişdir ki, təmir bərpa işlərində öz briqadası ilə o.ləyə bilər. Hər bir evin təmiri üzrə ona 3000 manat ödəniləcəkdir. Həmin təmir işlərinə evin bütün abadlıq işləri, o cümlədən elektrik-santexnik, malyar, boya, fəsad, çəpərləmə, taxta, dəmir və bütün montak işləri daxildir. Xaliq razılaşdı, lakin Xaliqin gördüyü işlər barədə məlumat yoxdur. Xaliq xidmət müqaviləsini bağlamaqdan imtina etmişdir. Xaliqin hansı işləri və işə cəlb etdiyi şəxslərin dairəsindən məlumatsızdır. Xaliq və onun gətirdiyi işçi heyəti barədə heç bir məlumatı yoxudr və onların hansı işləri görməsindən, həmçinin neçə gün işləmələri barədə məlumatı yoxdur. Xaliqə o ilkin olaraq 1200 manat pul vermiş ki, o “xxxx” MMC-nin işə ciddi yanaşmasını görsün. Lakin Xaliq xidmət müqaviləsi bağlamamış və hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Elektron proskurorluq İnformasiya Sisteminin məlumat bazasında şahid5, şahid4, şahid3, X7, X2, şahid1 “xxxx” MMC arasında hansısa əmək müqaviləsi aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, “xxxx” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski, ev 63, mənzil 56-dır. - X3 oğlu izahatında göstərmişdir ki, 2025-ci ilin dekabr ayında Vüqar adlı şəxs ona bildirmişdir ki, Xocavənd rayonunda «xxxx» MMC tərəfindən təmir olunan evlərdə santexnik işlərinin görülməli olduğunu bildirmişdir. O, «xxxx» MMC-nin baş mühasibi Vəfa xanımla telefon əlaqəsi saxlamış və sonuncu ona bildirmişdir ki, həmin evlərdə saxtexnik, elektrik və qaynaq işlərinin olduğunu bildirmişdir. O, Xocavənd rayonunda “xxxx” MMCnin direktoru İsmayıl adlı şəxslə görüşmüş və İsmayıl adlı şəxs cəlb ediləcək şəxslərlə əmək müqaviləsinin bağlanacağını bildirmişdir. O, «xxxx» MMC-nin baş mühasibi vəzifəsində işləyən Vəfa xanımla əlaqəyə çıxdığını, danışıq əsnasında sonuncu dəfə Xocavənd rayonu ərazisində fərdi yaşayış evlərinin təmiri ilə məşğul olduqlarını, hazırda 5 yaşayış evinin santexnik, elektrik, qaynaq işlərini icra etmək lazım olduğunu bildirmişdir. O, daha sonra İsmayıl adlı şəxslə görüşmüş, sonuncu işlər başlanmadan öncə rəsmi əmək müqaviləsi bağlanacağına dair vəd vermiş, şifahi razılaşmaya əsasən hər bir evdə mənim cəlb etdiyi usta və fəhlə briqadası tərəfindən santexnik, elektrik işləri və qaynaq işləri aparılacağını və hər evə görə 3000 manat pul ödəniləcəyi deyilmişdir. O, prorav kimi ystaları təmir işlərini icra etmələri üçün Xocavənd rayonuna göndərdiyini bildirmiş, İsmayıl müəllimlə dəfələrlə əmək müqaviləsinin bağlanmasını tələb etsə də, müxtəlif bəhanələr gətirərək vaxtı uzatdığını, təxminən 7 gün sonra Vəfa xanımla yenidən əlaqə saxladığını, onun isə “biz müqaviləni öz aramızda bağlayacayıq” demişdir. Daha sonra pronlem olduğunu hiss etmiş və işləri dayandırmağa dair göstəriş vermişdir. Həmin vaxt faktiki olaraq 3 fərdi yaşayış evində santexnik işlərini tam icra etmiş, 3 yaşayış evində elektrik işlərini tam icra etmiş, 5 yaşayış evində qaynaqçılar işlərini tam icra etmişdirlər. Təmir işləri ümumilikdə 3 santexnik, 2 elektrik, 1 qaynaqçı, 1 formen, yəni materiallarının alınmasını təmin edən şəxs tərəfindən işlərə cəlb olunmuşdur. Görülən işləri «xxxx» MMC-nin “formen”ləri olan Vüqar Bəybalayev və Əhəd adlı şəxslərin qəbul etdiyini, briqada tərəfindən görülən işlərin tam şəkildə qəbul olunduğunu və işləri yarımçıq saxlayıb ordan çıxdıqlarını bildirmişdir. Ümumilikdə gördükləri işlərə görə 3 nəfər santexnikə 1500 manat, 2 nəfər elektrikə 1200 manat və 1 nəfər qaynaqçıya 800 manat məbləğində pul əmək haqqı qismində ödənilməli olduğu halda ödənilməmişdir. - şahid5 izahatında göstərmişdir ki, 2025-ci ilin noyabr ayında şahid4 və şahid3 ilə birlikdə Xocavənd rayonuna getmişlər. Orada Xaliq adlı şəxslə görüşdükdən sonra evlərdə saxtexnik işləri görmüşlər. 13-14 gün orada işləsələr də, onlarla əmək müqaviləsi bağlanmamışdır. Onlar gördüyü işləri Xaliq adlı şəxsə, sonuncu isə “xxxx” MMC-nin rəhbərliyinə məruzə etmişdir. Lakin işlədiyi müddət ərzində onlara əmək müqaviləsi bağlanmamış və gördükləri işlərin pulları verilməmişdir. - şahid4 izahatında göstərmişdir ki, 6-# ###### 2025-ci il tarixdə şahid5 və şahid3 ilə birlikdə Xocavənd rayonuna getmişlər. Orada Xaliq adlı şəxslə görüşdükdən sonra evlərdə saxtexnik işləri görmüş, 13-14 gün orada işləmiş, yarımçıq qalan santexnik işlərini tamamlamışdırlar. Xaliq ona növbəti təmir işlərinin Ağdam rayonunda aparılacağını, orada onlarla əmək müqaviləsi bağlanacağını demiş, lakin daha sonra zənglərinə cavab verməmişdir. Görülən işlərə görə onlara ümumilikdə 320 manat pulun əmək haqqı qismində ödənildiyini, əlavə olaraq 1850 manat pul ödənilməli olduğunu bildirmişdir. İşlədiklər müddət ərzində səhər saat 08:00-dan axşam saat 18:00-dək işdə olduqlarını, bilavasitə “xxxx” MMC-nin nümayəndəsinə hesabat verdiklərini, həmin şirkətlə aralarında əmək müqaviləsi bağlanılacağına dair vəd verilsə də, heç bir əmək müqaviləsi bağlanılmadığını qeyd etmişdir. - şahid3 izahatında göstərmişdir ki, 6-# ###### 2025-ci il tarixdə şahid5 və şahid4 ilə birlikdə Xocavənd rayonuna getmişlər. Orada Xaliq adlı şəxslə görüşdükdən sonra evlərdə saxtexnik işləri görmüş, 13- 14 gün orada işləmiş, yarımçıq qalan santexnik işlərini tamamlamışdırlar. Xaliq ona növbəti təmir işlərinin Ağdam rayonunda aparılacağını, orada onlarla əmək müqaviləsi bağlanacağını demiş, lakin daha sonra zənglərinə cavab verməmişdir. Görülən işlərə görə onlara ümumilikdə 320 manat pulun əmək haqqı qismində ödənildiyini, əlavə olaraq 1850 manat pul ödənilməli olduğunu bildirmişdir. İşlədiklər müddət ərzində səhər saat 08:00-dan axşam saat 18:00-dək işdə olduqlarını, bilavasitə “xxxx” MMC-nin nümayəndəsinə hesabat verdiklərini, həmin şirkətlə aralarında əmək müqaviləsi bağlanılacağına dair vəd verilsə də, heç bir əmək müqaviləsi bağlanılmadığını qeyd etmişdir. - X2 izahatında göstərmişdir ki, 2025-ci ilin noyabr ayının sonunda Xocalı şəhərində qaynaqçı işlədiyi zaman tanış olduğu Xaliq Heydərov ona bildirmişdir ki, Xocavəd rayonunda “xxxx” MMC tərəfindən təmir edilən evlərdə qaynaqçı işlərinin görülməsi lazımdır. ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək o həmin evlərdə qaynaq işlərini görmüşdür. Lakin onunla əmək müqaviləsi bağlanmamış və gördüyü işlərə görə əmək haqqı ödənilməmişdir. Onların işinə nəzarəti Əhəd, Anar adlı və adını bilmədiyi şəxs nəzarət etmişdir. - şahid1 izahatında göstərmişdir ki, 2025-ci ilin dekabr ayında dostları ilə birlikdə olan zaman iş elanı gördüyünü, qeyd olunan telefon nömrəsi ilə əlaqə saxladığını, onu Xocavənd rayonunda elektrik mütəxəssisi işi görməyə yönləndirdiklərini, ## ###### 20250ci il tarixdən ## ###### 2025-ci il tarixədək orada göstərən “xxxx” MMC tərəfindən tapşırılan işləri gördüyünü, bir neçə dəfə Vəfa xanımla telefon vasitəsilə danışdığını, xanımın onunla əmək müqaviləsi bağlanacağına dair vəd verdiyini, lakin əməl etmədiklərini bildirmişdir. 10 gün sonra işdən ayrıldıqlarını, əməkhaqqı ilə bağlı Vəfa xanıma zəng etdikdə isə zənglərə cavab vermədiyini qeyd etmişdir. - X7 izahatında göstərmişdir ki, 2025-ci ilin noyabr ayında əvvəllər tanıdığı Xaliq Heydərov ona santexnik işi təklif etmiş, o, Xaliqlə birlikdə Xocavəd rayonuna getmiş, orada İsmayıl adlı şəxs bir neçə evi göstərərək təmirli halda təhvil verilməli olduğunu bildirmişdir. O, 15 gün orada işlədiyini, 3 evin santexnik işini gördüyünü, onlara “xxxx” MMC-nin sahə rəisi Anar və Əhəd adlı şəxslərin onlara nəzarət etdiyini, onunla heç bir əmək müqaviləsi bağlanmadığını bildirmişdir. “xxxx” MMC-nin işçisi Vəfa xanımla əlaqə saxladığını əmək müqaviləsinin bağlanmasını və işçilərə əmək haqqının verilməsini bildirdiyini, Vəfa xanımın əmək müqaviləsi bağlanacğını və əmək haqqının veriləcəyini bildirdiyini, lakin nə əmək müqaviləsinin bağlandığını, nə də əmək haqqının verildiyini qeyd etmişdir. - şahid4 və şahid5 tərəfindən verilmiş ərizələrdən müəyyən edilir ki, onlar Xocavənd rayonunda fəaliyyət göstərən “xxxx” MMC və Xocalı rayonunda fəaliyyət göstərən “Platin” şitkətində saxtexnik işləri görmüş, dəfələrlə müraciət etmələrinə baxmayaraq, onlarla rəsmi əmək müqaviləsi bağlanmamış, onlara müqavilə təqdim edilməmiş və nəvacib verilməmişdir. Təxmini 3 aydır ki, maaşlarını ala bilmədiklərini, bununla bağlı dəfələrlə 142 çağrı mərkəzinə müraciət etdiklərini, lakin nəticə əldə etmədiklərini bildirmişdirlər. - “Elektron prokurorluq informasiya sistemi - Əmək müqaviləsi məlumatlarından” müəyyən edilir ki, şahid4, şahid5, şahid2, şahid1, X7 və şahid3 müxtəlif vaxtlarda, müxtəlif şirkətlərlə əmək müqavilələri bağlamışdırlar. Lakin həmin məlumatlar arasında “xxxx” MMC ilə bağlanmış hər hansısa bir əmək müqaviləsi yoxdur. Həmçinin həmin sistemdə X2 barəsində heç bir əmək müqaviləsi aşkar edilməmişdir. - “Məhkəmə işlərinin elektron idarə etmə sistemi” vasitəsi ilə əldə olunmuş məlumatlardan görünür ki, şahid5, şahid4, şahid3, X7, X2, şahid1 vergi ödəyiçisi kimi qeydiyyatdan keçməmişdir. Birinci instansiya məhkəməsnin qərarına əsasən “xxxx” MMC barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab etmişdir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı lazımı qaydada təmin edilmədən iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilmədən qərar qəbul edilmişdir. Belə ki, apellyasiya icraatı zamanı iş materiallarına əlavə edilmiş sənədlərədn görmək olur ki, eyni inzbai xəta üzrə “xxxx” MMC-nin vəzifəli şəxsi barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən## #### 2026-cı il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında və bu Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı, barəsində qərar çıxarılan şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri: - səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsini; - eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından da görünür ki, səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsi istisna edilir. Hazırki iş üzrə “xxxx” MMC-nin vəzifəli şəxsi barəsində səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edildiyindən eyni inzibati xəta ilə bağlı hüquqi şəxs barəsində də qərar qəbul edilməsi düzgün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inizbati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1890/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1890/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver