Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1891/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) AR DİN Bakı şəhər X1 İdarəsinin TP******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində TP******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində mobil telefonunda olan sms radar mobil tətbiqinin cərimələr bölməsində ##.##.2026-cı il tarixində cərimə edilməyi ilə bağlı İXP7841999 saylı protokolun yerləşdirildiyini görmüşdür. Həmin protokola əsasən, ##.##.2026-cı il tarixində idarə etdiyi **SZ*** nömrə nişanlı avtomobillə avtobus zolağına daxil olaraq hərəkət etdiyi göstərilmişdir. Qərardan şikayət verən şəxs elə bir hadisənin baş vermədiyini, ##.##.2026- cı il tarixdə protokola dair qərarın qəbul edilməsi ilə bağlı qeyd yerləşdirilmişdir. Həmin qərarda görünür ki, Bakı şəhəri, Babək prospekti ərazisində inzibati xətanın törədildiyi qeyd edilmişdir. Şəxs inzibati xətanın törədilməsi ilə bağlı DYP əməkdaşı tərəfindən barəsində heç bir sənədləşmə aparılmadığını, heç bir inzibati xəta törətmədiyini, ##.##.2026-cı il tarixədək ona heç bir məlumatın verilmədiyini, törədilməsi ehtimal olunan inzibati xəta ilə bağlı videogörüntünün olmadığını bildirmiş, barəsində tərtib edilmiş qərarı qanunsuz hesab edərək TP******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) AR DİN Bakı şəhər X1 İdarəsinin TP******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ## ###### 2026-cı il tarixində mobil telefonumda olan smsradar mobil tətbiqinin cərimələr bölməsində ## ###### 2026-cı il tarixində cərimdə edilməyimlə bağlı IXP 7841999 sayılı protokol yerləşdirilmişdir. Həmin protokola görə 16 fevral tarixində idarə etdiyim **SZ*** nörmə nişanlı avtomobillə avtobus zolağına daxil olaraq hərəkət etmişəm. ## #### 2026-cı il tarixində isə həmin protokol dair qərar qəbul edilməsi barədə qeyd yerləşdirilmişdir. İlk öncə polis orqanı tərəfindən xəta barədə qeyd yanlış aparılmışdır. Belə ki, İXP-nin açılışıinzibati xəta haqqında protokoldur. Yəni, inzibati xəta hadisəsi yerində aşkar edildikdə DYP əməkdaşı tərəfindən inzibati xətanın törədildiyi yerdə sənədləşmə aparılaraq, protokol tərtib edilir. Əgər inzibati xəta elektron vasitələrlə aşkar edilmiş olsaydı, o halda protokol İXP ilə deyil, EQ (elektron qərar) ilə qeydiyyata alınmalı idi. Bunun üçün isə müşahidə kameraları ilə törədilən inzibati xəta qeydə alınmalı və inzibati xəta barədə şəkillər, eləcə də, videogörüntü smsradara ( e-polis tətbiqində) yerləşdirilməli idi. İnzibati tənbeh haqqında qərar isə 24 saat ərzində elektron kabinetə yerləşdirilməli idi. Yəni ## ###### 2026-cı il tarixli inzibati xəta barədə ən geci ## ###### 2026cı il tarixində internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yeriəşdirilməli idi. Halbuki ## ###### 2026-cı il tarixinə kimi mənə heç bir məlumat daxil olmamışdır. Daha əvvəllər tərəfindən törədilən inzibati xəta hadisələrində isə dərhal sms bildiriş almışam. ## #### 2026-cı il tarixli qərardan verdiyim şikayətə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərarı ilə şikayətimi təmin etməmiş, inzibati orqan tərəfindən təqdim edilmiş videogörüntünü əsas götürərək inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı hesab etmişdir. Lakin məhkəmə işə baxarkən inzibati məsuliyyətə cəlb edilmə prosesində prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, inzibati xəta haqqında sənədlərin qanuna uyğun rəsmiləşdirilməsini və müdafiə hüququnun təmin edilməsini tam və hərtərəfli araşdırmamışdır. Hesab edirəm ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)- ****/**** nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan nəticəyə gəlmiş, yalnız inzibati orqan tərəfindən təqdim edilmiş videogörüntüyə istinad etməklə kifayətlənmişdir. Məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb etmənin qanuni əsaslarının və inzibati icraat zamanı prosessual qanunvericiliyin tələblərinə əməl olunubolunmamasının araşdırılması təmin edilməmişdir. İş materiallarından görünür ki, mənim barəmdə inzibati xəta ##.##.2026-cı il tarixində törədilmiş hesab edilmişdir. Lakin həmin inzibati xəta barədə məlumat və sənədləşdirmə yalnız ##.##.2026-cı il tarixində elektron sistemdə yerləşdirilmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, inzibati xəta elektron qaydada qeydə alınmış pozuntu kimi deyil, inzibati xəta haqqında protokol əsasında rəsmiləşdirilmişdir. Halbuki ##.##.2026-cı il tarixində mən X1 əməkdaşları tərəfindən saxlanılmamış, mənim iştirakımla hər hansı inzibati xəta haqqında protokol tərtib edilməmiş və qanunla nəzərdə tutulmuş digər prosessual hərəkətlər həyata keçirilməmişdir. Bu hal inzibati icraatın qanuniliyinə ciddi şübhələr yaradır. Birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayan və işin nəticəsinə birbaşa təsir edən mühüm hallardan biri də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinin tələblərinin pozulmasıdır. Həmin normaya əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilmiş inzibati xətalar üzrə çıxarılan elektron qərar və onun əlavələri inzibati xətanın törədildiyi vaxtdan etibarən 24 saat müddətində şəxsin elektron kabinetində yerləşdirilməlidir. Qanunverici bu tələbi imperativ qaydada müəyyən etmiş və həmin müddətə əməl edilməməsinin hüquqi nəticəsini də birbaşa göstərərək belə hallarda şəxsin inzibati məsuliyyətə cəlb edilə bilməyəcəyini təsbit etmişdir. Hazırkı işdə isə inzibati xətanın ##.##.2026-cı il tarixində törədildiyi göstərilsə də, həmin inzibati xəta ilə bağlı məlumat və qərar yalnız ##.##.2026-cı il tarixində elektron sistemdə yerləşdirilmişdir. Beləliklə, qanunla nəzərdə tutulmuş 24 saatlıq müddətə açıq şəkildə əməl edilməmişdir. Bu hal inzibati məsuliyyətə cəlb etmənin qanuni əsaslarını aradan qaldıran müstəqil hüquqi fakt olmaqla yanaşı, şəxsin inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hal kimi qiymətləndirilməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi İXM-in 38.6-cı maddəsinin tələblərini ümumiyyətlə araşdırmamış, inzibati xətanın törədildiyi tarixlə elektron sistemdə yerləşdirildiyi tarix arasındakı uyğunsuzluğa hüquqi qiymət verməmişdir. Halbuki qanun həmin pozuntunun hüquqi nəticəsini birbaşa müəyyən etmişdir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğun hesab edilə bilməz, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən, nzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, mənə aid edilməsi iddia olunan inzibati xəta ##.##.2026-cı il tarixində törədilmiş hesab olunsa da, həmin inzibati xəta ilə bağlı məlumat elektron sistemdə yalnız ##.##.2026-cı il tarixində yerləşdirilmişdir. Beləliklə, qanunla müəyyən edilmiş 24 saatlıq müddətə əməl edilmədiyi açıq şəkildə təsdiq olunur. İXM-in 53.1.6-cı maddəsinə əsasən isə Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraat rədd edilməlidir. Göründüyü kimi, qanunverici 38-ci maddənin tələblərinin pozulmasını sadəcə prosessual nöqsan kimi deyil, inzibati məsuliyyətə cəlbetməni istisna edən və iş üzrə icraatın rədd edilməsinə səbəb olan hal kimi müəyyən etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi İXM-in 38.6 və 53.1.6-cı maddələrinin tələblərini ümumiyyətlə araşdırmamış, inzibati xətanın törədildiyi tarixlə elektron kabinetdə yerləşdirildiyi tarix arasındakı uyğunsuzluğa hüquqi qiymət verməmişdir. Halbuki həmin halların mövcudluğu təsdiq edildiyi təqdirdə, qanunun birbaşa göstərişinə əsasən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyil və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, TP******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar etibarsız hesab edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi qərarının 3-cü səhifə 6-cı abzastında qeyd edir ki, fiziki və hüquqi şəxslər.heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidirlər. Məhkəmə üstüörtülü şəkildə olsa da, İXM-nin 38.6-cı maddəsini fiziki şəxslərə qanunun onlara verdiyi imkanın sui-istifadə imkanı kimi görür. Ancaq həmin maddədə müəyyən edilənlər imperativ xarakter daşıyır və sui- istifadə imkanı kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi inzibati xəta qərarından şikayətlərə tamamilə formal baxmışdır. Belə ki, ## #### 2026-cı il tarixli qərardan ## #### 2026-cı il tarixində şikayət verməyimə baxmayaraq ## ##### 2026-cı il tarixli, №*(5-99)-1635/2026 qərardadla şikayətini 20 günlük müddət ötürülməsi əsası ilə icraata qəbul etməmişdir. Halbuki şikayət 16 gün qərardan 16 gün sonra, yəni ## #### 2026-cı il tarixində verilmişdir Növbəti, №*(5-99)-1978/2026 nörməli işin baxılmasını gecikdirmiş, məhkəmə iclaslarını təşkil edə bilməmişdir. Nəticə etibarilə, bütün məhkəmə iclaslarını saatlarla gözlədikdən sonra, məhkəmədə olduğum halda iclasın mənim iştirakım olmadan keçirilməsi barədə ərizə vurmuşam ki, ən azından istənilən saatda belə iclas baş tutsun. Məhkəmənin şikayətləri 2 dəfə əsassız olaraq geri qaytarması və işin baxılmasını gecikdirməsi nəticəsində məhkəməyə müraciət hüququ səmərəsizləşmiş və nəticədə idarə etdiyim avtomobilin üzərinə də məhdudiyyət qoyulmuşdur. Belə olan halda məhkəmə müdafiəsinin mənası qalmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin başa çatması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346¬1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1- ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir 122.1-1. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir 122.2- İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3 məhkəmədən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısın çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan TP******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026cı il tarixində saat 08:00-da ünvan 1 ünvanında “CHANGAN CS55 PLUS-İN-HİBRİD” minik markalı **SZ*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “X2” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir.. İş materiallarına əlavə edilmiş hadisəni əks etdirən videogörüntüdən görünür ki, “CHANGAN CS55 PLUS-İN-HİBRİD” minik markalı **SZ*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) istinad olunan inzibati xətanı törətməsində təqsirinin sübuta yetirildiyi üçün Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayəti rədd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir Qərarın ləğv edilməsi üçün şikayətdə irəli sürülmüş dəlilləri bağlı məhkəmə qeyd edir ki, hazırki iş üzrə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026-cı il tarixində saat 08:00 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazı olan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, bilavasilə səlahiyyətli şəxs tərəfindən aşkar edilmişdir. Belə ki, səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilən ##.##.2026-cı il tarixli raportda görünür ki, ##.##.2026-cı il tarixdə saat təxmini 08:00-da Bakı şəhəri, Nizami rayonu, Babək prospektində xidmətdə olarkən “Changan” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “X2” Qanunun 48-ci maddəsinin 4-cü bəndinin tələbini pozaraq 5.9 nişanı ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolaqla hərəkət etdiyi inspektor görmüş, lakin onun dayandırılması mümkün olmamışdır. Sürücünün müəyyən edilməsi üçün həmin ərazidə olan “Təhlükəsiz Şəhər” kamera görüntülərinə baxış keçirməklə, müvafiq araşdırma aparılması və qanunauyğun tədbir görülməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. ##.##.2026=cı il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması barədə qərardaddan görünür ki, hazırki inzibati xəta haqqında iş üzrə inzibati araşdırılma aparılması qərara alınmışdır. Göründüyü kimi, vizual olaraq aşkar edilmiş inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış və “CHANGAN CS55 PLUS-İN-HİBRİD” minik markalı **SZ*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etməsi müəyyən edilmişdir. Bakı şəhər DYPİ-də aparılan araşdırma nəticəsində Qərardan şikayət verən orqan (şəxs) barəsində 100 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, hazırki iş üzrə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazı olan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, bilavasilə səlahiyyətli şəxs tərəfindən aşkar edilmişdir. Belə olan halda əgər inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilsəydi o zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələblərinə əsasən elektron qərar qəbul edilmiş olardı. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) AR DİN Bakı şəhər X1 İdarəsinin TP******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1891/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1891/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver