Məhkəmə qərarları › İş №3(3-6)-1892/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1892/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1892/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Məhkəmə iclas katibi X2 Oruc qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDILDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR Mərkəzi Bankı tərəfindən ##.##.2026-cı il tarixli EP******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı ilə ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) AR IXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 35.058 (otuz beş min əlli səkkiz) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 7.011,6 (yeddi min on bir dollar 6 sent) ABŞ dolları (ödənilən günün manatla olan məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək, qeyd olunan qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı əsassızdır.Tətbiq olunmuş tənbeh tədbirinin heç bir faktiki və hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Işin materiallarını araşdırıb aşağıda göstərilən əsaslara görə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli EP******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 36.620 (otuz altı min altı yüz iyirmi) ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ##.##.2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 35.058 (otuz beş min əlli səkkiz) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ##.##.2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.. ##.##.2024-cü il tarixli “Contract” dan müəyyən edilir ki, həmin müqavilə satıcı-“ X3 FZC" arasında bağlanmışdır. - ##.##.2023-cü il tarixli “Proforma Invoice”dan müəyyən edilir ki, cəmi 51.620 ABŞ dolları olan mallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən alınmışdır. - ##.##.2024-cü il tarixli OX* nömrəli “Ödəniş tapşırığından” müəyyən edilir ki, 36.620 ABŞ dolları məbləğində vəsait ##.##.2024-cü il tarixində benefisiar “X3 FZC”nin bank hesabına köçürülmüşdür. - “xxxx” ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanan ##.##.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeydi-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın tələbi olaraq, idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətin idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin siyahısında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC də vardır. - 01231000300112 və ************** nömrəli gömrük bəyannamələrinə əsasən, ümumi dəyəri 51876 və 50668 AE olan mallar idxalatçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən qəbul edilmişdir. - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Mərkəzi Banka müraciət edərək, 01231000300112 və ************** nömrəli gömrük bəyannamələri üzrə açıq qalmış məbləğin bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir Belə ki, Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsinə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikasının Mərkəzi Bankının ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş materiallarını tədqiq edərək əsaslı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 35.058 (otuz beş min əlli səkkiz) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 7.011,6 (yeddi min on bir dollar 6 sent) ABŞ dolları (ödənilən günün manatla olan məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 134-cü maddələrini rəhbər tutularaq QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar