Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1894/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs etibarnamə üzrə nümayəndəsi X2, səlahiyyətli orqan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, inkişafı və bərpası üzrə Dövlət Xidmətinın nümayəndələri - X3 və X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 231.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, Nizami rayonu, O.Vəliyev 1 ünvanında yerləşən “Azərneftyanacaq” IB-nin binasında (inv:2863) “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” AR Qanununa uyğun olaraq razılaşdırılmamış təmir işlərinin aparılması nəticəsində abidələrin qorunması və istifadəsi üzrə tələbi pozulmuşdur. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən AR IXM-nin 231.3cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN: **********) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində 3.000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 1994-cü il tarixli 50 NQ-li Sərəncamına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ## ###### 1994-cü il tarixli 13 Ns-li əmrinə əsasən Yeni Bakı Neftayırma zavodunun adı dəyişdirilərək “Azərneftyanacaq” Istehsalat Birliyi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2003-cü il tarixli fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ## #### 2003-cü il tarixli 25 Ne-li əmrinə əsasən “Azərneftyanacaq” Istehsalat Birliyi “Azərneftyanacaq” neft emalı zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ## ##### 2004-cü il tarixli, 42 N-li əmrinə əsasən “Azərneftyanacaq” neft emalı zavodu “Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu” adlandırılmışdır. ARDNŞ-nin ##.##.2014-cü il tarixli ARDNŞ/**-****/**/SM-**-****** saylı əmrinə əsasən “Azərneftyağ”neft emalı zavodu ##.## 2015-ci tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, Heydər Əliyev adına Neft Emalı Zavodu adlandırılmışdır. Bundan sonra əvəllər Bakı şəhəri Nizami rayonu, O.Vəliyev 1 ünvanında yerləşən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (əvvəlki adı ilə “Azərneftyanacaq” Istehsalat Birliyi və sonradan “Azərneftyanacaq” neft emalı zavodu) məxsus bütün əmlaklar (binalar, avadanlıqlar və s) Heydər Əliyev adına Neft Emalı Zavodunun balansına (istifadəsinə) verilmişdir. Əvvəllər “Azərneftyanacaq” istehsalat Birliyinin istifadəsində olmuş, hazırda isə Heydər Əliyev adına Neft Emalı Zavodunun balansına (istifadəsinə) verilmiş binalara dair Zavodda saxlanılan inventar məlumatlarında protokolu tərtib edən orqan1 Bakı Regional Idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş foto şəkildə əks olunmuş binanın “yerli əhəmiyyətli memarlıq abidəsi” olmasına dair heç bir qeyd (məlumat) əks olunmamışdır. Bundan başqa Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev 1 ünvanında həmin binadan başqa əvəllər “Azərneftyanacaq” Istehsalat Birliyinin istifadəsində olmuş hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunun balansına (istifadəsinə) verilmiş bir neçə bina mövcuddur (foto şəkillər əlavə olunur). Göründüyü kimi sözügedən binanın “yerli əhəmiyyətli memarlıq abidəsi” olmasını sübut etmək yükü və buna dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi protokolu tərtib etmiş qurumun üzərinə düşməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq protokolu tərtib edən orqan1 Bakı Regional Idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş bir ədəd foto şəklə istinad etməklə məhz şəkildə göstərilən binanın Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev 1 ünvanında yerləşən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda (* nömrəli əlavə) əsasən “yerli əhəmiyyətli memarlıq abidəsi” hesab olunan “Azərneftyanacaq” IB-nin binası (inv 2863) olması qənətinə gəlmişdir. NEZ tərəfindən protokolu tərtib edən orqan1 Bakı Regional Idarəsinə ünvanlanmış **-*-*/*- ***/**** nömrəli ##.##.2026-cı il tarixli məktubda göstərilmişdir ki, inventar N°2863 üzrə konkret obyektin yerində rəsmi qaydada işarələnməsi və bu barədə NEZ-in məlumatlandırılması həyata keçirilməmiş, həmçinin həmin inventar nömrəsi üzrə konkret obyekt, onun statusu, pasport məlumatları, plan-sxem və ya digər rəsmi identifikasiyaedici məlumatlar NEZ-ə rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən, mövcud mərhələyədək qeyd olunan inventar nömrəsinin NEZ-in balansında və istifadəsində olan konkret hansı inzibati binaya aid olduğu barədə NEZ-də dəqiq və hüquqi baxımdan əsaslandırılmış məlumat mövcud deyildir. Tərəfinizdən ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, müvafiq abidə üzrə pasportlaşma və plan-sxem məlumatlarının hazırlanması növbəti mərhələdə nəzərdə tutulmuşdur. Bu hal nəzərə alınmaqla bildiririk ki, abidənin hüquqi statusunun, sərhədlərinin və konkret yerləşdiyi obyektin dəqiq identifikasiyasını təmin edən rəsmi sənədlər təqdim edilmədən, həmin obyekt üzrə qanunvericiliyin tələblərinə uyğun hərəkətlərin müəyyən edilməsi və icrası obyektiv olaraq mümkün deyildir. Iş materialları ilə dövlət mühafizəsində olan konkret memarlıq abidəsində qanunvericiliyin tələblərini pozmaqla təmir-bərpa işlərinin aparılması faktı sübuta yetirilməmişdir. Eyni zamanda bildirirlər ki, dövlət mühafizəsinə götürüldüyü hüquqi baxımdan müəyyən edilmiş hər hansı memarlıq abidəsi üzərində qanunvericiliyin tələblərini pozan şəkildə təmir-bərpa işlərinin aparılması faktı NEZ tərəfindən qəbul edilmir və bu hal iş materialları ilə də sübuta yetirilməmişdir. Inventar № **** konkret olaraq hansı obyektə aid olduğu bizə məlum olmadığı üçün, həmin obyektin müəyyən edilərək dövlət mühafizəsinə götürüldüyünü təsdiq edən rəsmi sənədlərin, o cümlədən abidənin posport məlumatlarının; plan-sxeminin və sərhədlərinin; mühafizə zonası və rejimi barədə məlumatların; foto-materialların və digər identifikasiyaedici məlumatların NEZ-ə təqdim olunması xahiş olunmuşdur. protokolu tərtib edən orqan1 tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda göstərilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən həmin zavodun nümayəndəsi izahat verməkdən imtina etmişdir. Bundan başqa həmin məktubda o da göstərilmişdir ki, təmir işlərindən əvvəl Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılmış fotoçəkilişdən (surəti əlavə olunur) inzibati xətanın törədildiyi açıq şəkildə görünür. Bildirirlər ki, məktubda göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, inzibati xəta haqqında protokol tərtib olunmasından NEZ-in məlumatı olmamış, eləcə də izahat verilməsi hər hansı nümayəndəyə təklif olunmamışdır. Protokolda “izahat verilməmişdir” ifadəsi yazılmışdır ki, bu da “izahat verməkdən imtina” olunması anlamına gəlmir. Inzibati icraat zamanı hüquqi şəxsin müdafiə hüququnun təmin edilməsi inzibati icraatın əsas prinsiplərindən biridir. Lakin hazırkı iş üzrə protokol NEZ nümayəndəsinin iştirakı təmin edilmədən tərtib edilmiş, nümayəndəyə izahat vermək imkanı yaradılmamış, eləcə də bu barədə hər hansı çağırış və ya bildiriş təqdim edilməmişdir. Bu hal inzibati icraatın obyektiv aparılması prinsipinin pozulduğunu göstərir.Məktuba NEZ-in istifadəsində olan binalardan birinin fotoşəkli əlavə olunmuşdur. Həmin binanın yerli əhəmiyyətli memarlıq abidəsi olması hər hansı sənədlərlə öz təsdiqini tapmamışdır. Bundan başqa iş materiallarına əlavə olunmuş foto-materiallardan həmin obyektin məhz inventar №**** üzrə dövlət mühafizəsində olan memarlıq abidəsi olması müəyyən edilmir. Foto-materiallar özlüyündə obyektin hüquqi statusunu və dövlət qeydiyyatında olan konkret abidəyə aidliyini təsdiq edən mötəbər sübut hesab oluna bilməz. Inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı hüquqi şəxsin müdafiə hüququnun təmin olunması inzibati icraatın əsas təminatlarından biridir, iş materiallarından görünür ki, protokol ilkin olaraq məhz nümayəndənin iştirakı təmin edilmədiyi, izahat alınmadığı və sübutların yetərli olmadığı səbəbindən məhkəmə tərəfindən inzibati orqana geri qaytarılmışdır. Bu hal inzibati icraatın başlanğıc mərhələsində ciddi prosessual pozuntuların mövcud olduğunu təsdiq edir və həmin pozuntuların sonradan formal qaydada aradan qaldırılması onların hüquqi nəticələrini aradan qaldırmır. Bildirirlər ki, inzibati məsuliyyətin tətbiqi üçün ilk növbədə hüquqi qoruma predmetinin konkret və birmənalı şəkildə müəyyən olunması vacibdir. Lakin iş materiallarından və protokolu tərtib edən orqan1 11,03.2026-cı il tarixli məktubundan görünür ki, inventar №°2863 üzrə abidənin pasportlaşdırılması, plan-sxem məlumatlarının hazırlanması və digər identifikasiyaedici məlumatların formalaşdırılması hələ tamamlanmamışdır. Bu halda dövlət mühafizəsinə götürüldüyü iddia olunan konkret obyektin hüquqi sərhədlərinin, statusunun və identifikasiyasının müəyyən edilmədiyi şəraitdə NEZ tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun tələblərinin pozulması barədə nəticəyə gəlmək hüquqi baxımdan mümkün deyildir. protokolu tərtib edən orqan1 Bakı Regional idarəsi tərəfindən NEZ-ə ünvanlanmış 11,03.2026-cı il tarixli, *-**-*-*/*-*/**** nömrəli cavab məktubunda göstərilmişdir ki, Dövlət Xidməti tərəfindən abidələrin pasportlaşdırılması, mühafizə zonalarının müəyyənləşməsi və digər məlumatların sistemləşdirilməsi mərhələli şəkildə həyata keçirilir. Sözügedən abidə binanın pasportunun və plan-sxem məlumatlarının hazırlanması növbəti mərhələdə nəzərdə tutulmuşdur. Göründüyü kimi, inzibati məsuliyyət tətbiq edən dövlət orqanı özü də etiraf edir ki, sözügedən abidə üzrə pasportlaşdırma və plan-sxem məlumatları hələ hazırlanmayıb. Halbuki məhz həmin sənədlər abidənin identifikasiyasını, hüquqi statusunu, sərhədlərini və mühafizə rejimini müəyyən edən əsas sənədlər hesab olunur. Dövlət orqanının öz üzərinə düşən identifikasiya və məlumatlandırma funksiyalarını tam həyata keçirmədiyi şəraitdə istifadəçinin həmin obyekt üzrə xüsusi hüquqi rejimi bilmədiyi və ya bilməli olduğu barədə nəticəyə gəlmək mümkün deyildir. Bundan başqa Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında (* nömrəli əlavə) göstərilən “Azərneftyanacaq” IB-nin binasının (inv. 2863) adının yer alması və həmin binanın yerli əhəmiyyətli memarlıq abidəsi kimi konkret olaraq hansı obyektə aid olmasına dair NEZ-ə rəsmi qaydada təqdim edilmiş identifıkasiyaedici məlumat mövcud deyildir. Hazırda NEZ-in istifadəsində bir neçə inzibati bina mövcuddur. Həmin binalardan hansının siyahıda göstərilən bina olması da bəlli deyildir. Inzibati məsuliyyətin tətbiq edilməsi üçün inzibati xətanın obyektinin və hüquqi qoruma predmetinin konkret və birmənalı şəkildə müəyyən olunması zəruridir. Hüquqi şəxsin üzərinə müəyyən öhdəliklərin qoyulması həmin öhdəliklərin aydın, başa düşülən və icra edilə bilən formada ona çatdırılmasını tələb edir. Hazırkı iş üzrə isə inventar № **** ilə qeyd edilən obyektin konkret olaraq hansı binaya aid olduğu, həmin binanın sərhədləri, texniki göstəriciləri və identifikasiyaedici məlumatları NEZ-ə təqdim edilməmişdir. Bu səbəbdən NEZ tərəfindən hansı obyekt üzrə hansı xüsusi mühafizə rejiminin tətbiq olunduğunu müəyyən etmək obyektiv olaraq mümkün olmamışdır. Belə olan halda, aidiyyəti dövlət orqanı tərəfindən obyektin identifikasiyası təmin edilmədən və istifadəçiyə konkret məlumat verilmədən inzibati məsuliyyətin tətbiq edilməsi hüquqi müəyyənlik və ədalətli inzibati icraat prinsipləri ilə uzlaşmır. Bundan əlavə, inzibati məsuliyyətə cəlb edən orqan tərəfindən məhz fotoşəkildə əks olunan binanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli *** nömrəli Qərarında göstərilən inventar № **** olan "Azərneftyanacaq" IB-nin binası olmasını təsdiq edən hər hansı texniki pasport, inventar sənədi, arxiv materialı, plan-sxem, koordinat məlumatı və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda inzibati məsuliyyət üçün əsas götürülmüş obyektin eyniləşdirilməsi yalnız ehtimallara əsaslanmışdır ki, bu da inzibati məsuliyyət tədbirinin tətbiqi üçün kifayət hesab edilə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin ## #### 1998-ci il tarixli, *** nömrəli Fərmanına əsasən sözügedən binanın siyahıya və dövlət qeydiyyatına alınması və pasportlaşdırılması Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin səlahiyyətindədir. NEZ-in balansında və istifadəsində olan binalardan heç biri barəsində Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin ## #### 1998-ci il tarixli, *** nömrəli Fərmanının tələbinə uyğun olaraq siyahıya və dövlət qeydiyyatına alınma və pasportlaşdırılma proseduru həyata keçirilməmişdir. Beləliklə, qanunvericiliklə bilavasitə Mədəniyyət Nazirliyinin üzərinə qoyulmuş pasportlaşdırma və identifikasiya funksiyalarının yerinə yetirilməməsinin hüquqi nəticələri istifadəçinin üzərinə yüklənə bilməz. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X2 verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, inkişafı və bərpası üzrə Dövlət Xidmətinın nümayəndələri - X3 və X1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər. Işin faktiki halları və hüquqi məsələlər: Inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, Nizami rayonu, O.Vəliyev 1 ünvanında yerləşən “Azərneftyanacaq” IB-nin binasında (inv: 2863) “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” AR Qanununa uyğun olaraq razılaşdırılmamış təmir işlərinin aparılması nəticəsində abidələrin qorunması və istifadəsi üzrə tələbi pozulmuşdur. Nəticədə, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Heydər Əliyev adına Neft Emalı Zavodu tərəfindən AR IXM-nin 231.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. ##.##.2026-cı il tarixli aktdan müəyyən edilir ki, həmin tarixdə “Azərneftyanacaq” IBnin binasına 2863 inventar nömrəli baxış keçirilmişdir. Sözügedən binanın fasadında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” AR Qanununa uyğun olaraq razılaşdırılmamış təmir işlərinin aparılması faktı aşkar edilmişdir. Təmir işləri çərçivəsində pəncərələrin və qapıların sökülərək yenilənməsi müşahidə olunmuişdur. Neft Emalı Zavodunun əməkdaşları tərəfindən binanın strateji əhəmiyyətli olduğu bildirilərək təmir işlərinin gedişatı və görülən işlərlə tanış olmaq məqsədilə foto və videoçəkiliş üçün lazımi şərait yaradılmamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanan ##.##.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, Nizami rayonu, O.Vəliyev 1 ünvanında yerləşən “Azərneftyanacaq” IB-nin binası AR NK-nin ##.##.2001-ci il tarixli *** nömrəli Qərarı ilə 2863 inventar nömrəsi ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür. Qeyd edilmişdir ki, Dövlət Xidməti tərəfindən abidələrin pasportlaşdırılması, mühafizə zonalarının müəyyənləşdirilməsi və digər məlumatların sistemləşdirilməsi mərhələli şəkildə həyata keçirilir. Sözügedən abidə binanın pasportunun və plan-sxem məlumatlarının hazırlanması növbəli mərhələlərdə nəzərdə tutulur. ##.##.2026-cı il tarixli xəbərdarlıqdan müəyyən edilir ki, Nizami rayonu, O.Vəliyev 1 ünvanında yerləşən “Azərneftyanacaq” IB-nin binasında (inv:2863) “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” AR Qanununa uyğun olaraq razılaşdırılmamış təmir işlərinin aparılması faktı qeydə alınmışdır. ##.##.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən zavodun nümayəndəsi izahat verməkdən imtina etmişdir. Həmçinin, təmir işlərindən əvvəl Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılmış fotoçəkilişdən inzibati xətanın törədildiyi açıq şəkildə görünür. Inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Nizami rayonu, O.Vəliyev 1 ünvanında yerləşən binada (inv: 2863) müvafiq təmir işləri aparılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş etirazdan müəyyən edilir ki, protokolu tərtib edən orqan1 Bakı Regional Idarəsi tərəfindən Heydər Əliyev adına Neft Emalı Zavoduna (NEZ) ünvanlanmış ## ###### 2026-cı il tarixli və 3-24- 1-1/2-X- **/**** nömrəli xəbərdarlıq məktubuna cavab olaraq (NEZ-in ##.##.2026-cı il tarixli, 14- *-*/*-***/**** nömrəli məktubu) bildirilmişdir ki, sözügedən inventar nömrəsi üzrə obyektin yerində rəsmi qaydada işarələnməsi və bu barədə NEZ-in məlumatlandırılması indiyə qədər həyata keçirilməmişdir. Həmçinin, inventar №**** ilə bağlı konkret obyekt, onun statusu, pasport məlumatları, plan-sxem və ya digər rəsmi identifikasiyaedici məlumatlar NEZ-ə rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən, mövcud mərhələyədək NEZ tərəfindən qeyd olunan məsələ ilə bağlı icra edilə bilən səviyyədə məlumatlılıq formalaşmamışdır. NEZ strateji əhəmiyyətli dövlət obyekti olaraq fəaliyyətində qanunvericiliyin tələblərinə riayət olunmasına və aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir. Gələcəkdə hər hansı anlaşılmazlıq və hüquqi risklərin qarşısının alınması məqsədilə inventar № **** ilə bağlı konkret olaraq hansı obyektə aid olduğuna dair məlumatların, həmin obyekt üzrə mövcud rəsmi sənədlərin və ya pasport məlumatlarının, plan-sxem, fotomaterial və ya digər identifikasiyaedici məlumatların rəsmi qaydada təqdim edilməsi xahiş olunmuşdur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu maddənin dördüncü hissəsində göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər. 4-cü maddəsinə əsasən, özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etmək qadağandır. 10-cu maddəsinə əsasən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikintiquraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır. 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. 25-ci maddəsinə əsasən, Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Abidələrin konservasiyası fiziki-mexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların dağıdıcı təsirindən qorumaq məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və çəpərlənməsini təmin etməkdən ibarətdir. Abdələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir. Abidələrin rekonstruksiyası dövrümüzə gəlib çatmayan abidələrin rəvayətlərə, rəsmlərə, qravyuralara əsasən tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən qurulmasıdır. Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə abidələrin ilkin həcm-plan həllinin bərpasıdır. Abidənin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər. Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır. 28-ci maddəsinə əsasən, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən, mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər yeddi yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər - üç min manat məbləğində cərimə edilir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşimaqla özünümüdafiə üsuli kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqər nə apellyasiya şikayətində, nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, IXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sadalanan xüsusatlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1894/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1894/2026
29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver