Məhkəmə qərarları › İş №3(3-6)-1895/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1895/2026

23.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1895/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1, 535.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati material Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5- **)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 09:30 radələrində Nərimanov rayonu Təbriz küçəsi Həsənoğlu küçələrinin kəsişməsində polisin qanuni tələblərinə tabe olmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 (otiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, inzibati qaydada həbsetmənin əvvəlinin ##.##.2026-cı il tarixdən saat 10:00-dən hesablanması qərara alınmışdır. Qərardan narazı qalan barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar proses iştirakçısının izahatını dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilməlidir. Belə ki, iş materialında olan ## #### 2026-cı il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, ##.##.1986-cı il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 535.1 və 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyindən barəsində protokol tərtib edilmişdir. ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 09:30 radələrində Nərimanov rayonu Təbriz küçəsi Həsənoğlu küçələrinin kəsişməsində küçədə ucadan söyüşlər söymüşdür. ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 09:30 radələrində Nərimanov rayonu Təbriz küçəsi Həsənoğlu küçələrinin kəsişməsində polisin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, raport, izahatlar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Hazırda apellyasiya instansiya məhkəməsi iş materiallarında mövcud olan sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum görmür və hesab edir ki, yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təyin edilmiş tənbeh tədbiri məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tənbeh tədbiri tətbiq edilərkən, sonuncunun məsuliyyətini yüngülləşdirən halların olub-olmaması tam araşdırmamışdır. Halbuki, IXM-in: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin edilmiş inzibati tənbeh tədbirinin müddəti azaldılmalıdır. IXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara görə hesab edirəm ki, verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510 və 535.1-ci maddəsi ilə tətbiq edilmiş inzibati tənbeh tədbirinin müddəti azaldılaraq 20 gün həddində müəyyənləşdirilməlidir. Yuxarıdakılara əsasən və IXM-in 128-134, 138.1.3-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 30(otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ## #### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş 30(otuz) gün müddətinə inzibati həbsin müddəti 20 (iyirmi) günə endirilsin. Həbsetmənin əvvəli ## #### 2026-cı il tarixdən, saat 10:00-dan hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar